Putin və Bəşər Əsəd

(Birpərdəlik pyes)

putin_ve_esed_gizlice_anlasti_iddiasi13788907260_h1072432

PUTİN – Ay heyvan, onsuz da mənim ərəb paltarı geyinən zabit və generalların, həmçinin, silahların – tank və raketlərin hesabına qalib gəlirdik. Niyə kimyəvi silahı, zəhərli qazları buraxıb on minlərlə dinc sakini qıraraq düşmənlərimizin əlinə sübut verdin, niyə?
B.ƏSƏD – Məəə…əəə…əəə.
PUTİN – Ay heyvan, mələmə, cavab ver. Məgər BMT-nin baş katibi Pan Ki Munun bəyanatını oxumamışdın?
B.ƏSƏD – Oxuuumuşdum.
PUTİN – Bəs orda yazılmamışdı ki, kimyəvi silah bəşəriyyətə qarşı cinayət hesab olunacaq?
B.ƏSƏD – Məəən dedim, ataram, həm qıraram, həm də bunu düşmənin boynuna yıxaram. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Təbiətin səbir kasası daşacaq

Özü də lap yaxınlarda. Bəlkə, hətta onu biz də gördük. Buna işarələr çoxdur, Amurun daşması və s.

Rusiyanı nə diz çökdürə bilər? Zəlzələ istisna olunur, Rusiyada zəlzələlər olmur. Tufan, qasırğa, smerç də nadir hadisədir. Soyuğa öyrəşiblər, 50 dərəcə soyuqda da dözürlər. Meşələri də, qazları da boldur.
Hə, meşələr… Meşələr yana bilər, amma bu, Putinin vecinə deyil, eləcə də, əhalinin kütləvi qırğını.
Atom stansiyaları partlaya bilər, əlbəttə, haçansa və buna ümid var.
Ümumiyyətlə, Avropa Rusiyasında nə ola bilər? Təbiət bu zəli xalqa neyləyə bilər? Hə, astroid. Bunun da gümanı çox azdır. Belə şeylər olmur. Ola bilər, amma olmur. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

ALİ İDRAKLILAR ÜÇÜN KİTAB

Nitsşenin külliyyatından qızıl fraqmentlər

«XEYİR VƏ ŞƏRİN O TAYINDA» əsərindən

9-cu fraqment
(bir parça)

Siz öz həyatınızı Təbiətin tələbləri ilə uyğunlaşdırmaqmı istəyirsiz? Eh, siz alicənab stoiksiniz. Axı, sizin sözünüz təmiz yalandır. Özlüyünüzdə Təbiət kimi əndazəsiz bir bədxərc təsəvvür edin, eləcə, sonsuz dərəcədə biganə, heç bir məqsəd, heç bir hörmət, şəfqət, heç bir ədalət bilməyən məhsuldar, barsız və eyni bir vaxtda dönük təsəvvür edin, öz-özlüyünüzdə tamamilə hər şeyə tam laqeydlik təsəvvür edin və həm də hər şeyə qadir olan bir qüdrət timsalında, məgər siz öz həyatınızı bu cür tam bir biganəliyin tələblərilə həmahəng etmək istərdinizmi? Məgər həyat – qiymətləndirmək, nəyəsə üstünlük vermək, ədalətsiz olmaq, məhdud olmaq, öz fərqli xüsusiyyətlərinə malik olmaq arzusu kimi ifadə olunmurmu? Yaxşı, tutaq ki, sizin imperativiniz «Təbiətə uyğun yaşamalı» – bu ki, mahiyyətcə həyata uyğun həyat tələbinə bərabərdir, eləcə, məgər bu hökmün dalınca getməmək sizdən asılı deyilmi? Bəs onda özünüzə öz mahiyyətinizdən və nə olmalısınızsa, ondan doğan prinsip yaratmaq nəyə lazımdır? Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Su və insanlar

(Fəlsəfi etüdlər silsiləsindən)

Dəniz qırağında qalıb dalğaları sayan axmaq bir məxluq cəmi 200 ilə necə atomu gördü, kompyuter yaratdı, atom bombası düzəltdi?

«Su həyatdır» deyirlər. Çox ümumi olsa da, doğru fikirdir. Bir az dərinliyə gedək. İki element, iki qaz – hidrogen və oksigen birləşir və tamamilə… gözlənilməz, ağlasığmaz, qəribə və möcüzəli bir maddə – su əmələ gəlir.
Bəs yer üzərində ilk dəfə bu qədər su – okeanlar necə əmələ gəlib? Bu qədər oksigen necə yaranıb? Bəli, bu sirdir.
Bununla işimiz yoxdur. Okean əmələ gəlib, amma təbii ki, Yerin – planetin əsasını Mendeleyev cədvəlinin demək olar ki, bütün elementlərinin cəmi toplantısı təşkil edir. Və bu elementlərin hamısının oksidləri, duzları və başqa fermentləri, maddələri var.
Nəticədə onlar tədricən okean çalxalanması, dalğalanması ilə əriyib nəhəng bir «bulyon» əmələ gətirirlər ki, hazırda okean suyunun hər qramında demək olar ki, bütün elementlərin ərintisi var. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Azərbaycan yazıçısı nə yaza bilər?

Azərbaycan realist ədəbiyyatı xülyəvi poeziya sərməstliyindən ayılandan sonra başlayır. Və Mirzə Şəfi və Mirzə Fətəlidən sonrakı 70 il ərzində nəsr və dramaturgiya nümunələri ilə meydana çıxıb. Əslində nəsrimiz cəmi 25-30 illik dövrü əhatə edir.

Çünki 1920-ci ildən sonra Azərbaycanda bolşevik müstəmləkəçilik dövrü gəldi və ədəbiyyat, Leninin təbirincə, «ümumproletar işinin bir hissəsi»nə çevrildi.
Əlbəttə, Cəfər Cabbarlının özünəməxsus ustalıqla yazılmış pyesləri ayrıca bir mövzudur.
Bu 70 illik saxta «sosializm realizmi» epoxasından əvvəlki 30 ildə yaranan bütün poeziya, proza və dramaturgiya nümunələrinin hamısının mövzu və motivi Mirzə Fətəli əsərləri ilə bərabər milli xarakterin, milli davranış və rəftarın, milli düşüncə tərzinin və bütün bunlarda zəka, məntiq və mənəviyyatın yoxluğunun təsvirindən və ən başlıcası, qamçılanmasından ibarətdir. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

ALİ İDRAKLILAR ÜÇÜN KİTAB

Nitsşenin külliyyatından qızıl seçmələr

«ŞƏN ELM» əsərindən

278-ci fraqment

Ölüm haqqında düşüncələr, mənə bu dalancıqlarda baş verən hay-küy, tələbatlar, qışqırıqlar arasında yaşamaq melanxoliyası xüsusi bir ləzzət verir: hər an nə qədər həzzlər, səbrsizliklər, istəklər, nə qədər yaşamaq aclığı və həyatdan sərməstliklər üzə çıxır və lakin cəmi bir az sonra bu səs-küy salanlar, bu yaşayanlar, həyat üçün, bu əldən gedənlər üçün necə də dinclik başlayacaq! Necə ki, hər kəsi arxasında onun kölgəsi, onun tutqun səyyarəsi gözləyir! Tamamilə köçənlərlə dolu bir gəminin fit verib yola düşməsinin son anlarını yada salın: hamı bir-birinə həmişə olduğundan daha çox söz demək istəyir, vaxtsa azdır. Acgöz, öz ovuna əmin olan okean isə öz səhra sükutu ilə bütün bu səs-küyün bitməsini gözləyir və hamı, hamı fikirləşir ki, hələ indiyə kimi heç nə olmayıb, ya da çox az şey olub, yaxın gələcəkdə hər şey düzələcək və olacaq: və bu tələsmələr, bu qışqırıqlar, bu qulaqbatırmalar, bu «samonaduvatelstvo»lar da, hamısı bununçundur, hamı bu gələcəkdə birinci olmaq istəyir və lakin ölüm və ölüm dincliyi bu gələcəyin hamı üçün yeganə və etibarlı hadisədir ki, nə qədər təəccüblü olsa da, adamların üzərində demək olar ki, heç bir hökmü yoxdur və o, ölümqabağı hamının digərinə özünü qardaş hiss etməli olduğu bu adamlardan ən uzaq şeydir. Mənə ləzzət verir ki, adamlar ölüm barədə fikirləşməyi qətiyyən xoşlamırlar. Mən məmnuniyyətlə nəsə edərdim ki, onlar həyat haqqında fikirləşsinlər. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Jirinovskidən yeni açıqlama

Yaramaz Vladimir (nədənsə bütün Vladimirlər belə olur) Jirinovski RTR telekanalında çox maraqlı bir həqiqəti açıqladı:

Rusiya iki növ mövcudluq qarşısındadır, yəni iki cür şəkildə ola bilər, ya despotik bir rejim olub tamlığını, bütövlüyünü saxlamaq, ya da demokratik olub parçalanmaq.
Yəni, əgər Rusiya, rus dövləti, rus xalqı 17 milyon kvadrat kilometrlik ərazinin daimi sahibi olub qalmaq istəyirsə, mütləq güclü, hərbi, antidemokratik, aqressiv və yarımac dövlət olaraq qalmalıdır. Çünki yalnız bu cür o, bu 17 milyon kvadrat kilometrlik ərazisini saxlaya bilər. Yox, əgər demokratik, sülhpərvər, iqtisadi cəhətdən inkişaf etmiş, Konstitusiya ilə idarə olunan və azad seçkilər keçirən bir ölkə olmaq istəyirsə, onda mütləq gec-tez Şimali Qafqaz, sonra isə Sibir, Ural, Uzaq Şərq, Başqırdıstan, Tatarıstan, Kalmıkstan və s. respublikalara parçalanmaq zərurəti ilə üzləşəcək və o zaman indiki Rusiyanın yerində 6-7 və bəlkə də, daha çox müstəqil dövlətlər əmələ gələcək. Və çox güman ki, hamısı da Pribaltika, Ukrayna və başqaları kimi Rusiyaya düşmən olacaq. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Anamın kəndi

Mən Lerikin Zuvand mahalının Yuxarı Gədik kəndində doğulmuşam. Çünki atam oralıdır. Və biz müxtəlif yerlərdə yaşayan vaxtı əmim Rəşid və başqa çoxlu qohum-qardaşlarımız hələ də orada yaşayırdılar.

1948, ya 50-ci ildə atam Lerikdə «Lesxoz»un – yəni Meşə İdarəsinin direktoru işləyərkən mən Qosmalyanlı Firuz dayının atının tərkində gecəykən Yuxarı Gədiyə gedib, bir ay əmim qızı Simuzərin evində qalmışam.
Sonralar həmin hadisə «Monoloq» hekayəsində təsvir olunub.
Bir-iki il sonra Sovet-İran sərhəd məsələləri ilə əlaqədar ata yurdum Yuxarı Gədik, dünyanın bəlkə də bu ən səfalı yaylağı öz havası, suyu və dadlı ərik, alma ağacları ilə bərabər köçürüldü. Aydındır ki, ağaclar köçə bilməzdi və bir müddət sonra məhv olub getdilər. Eləcə də, evlərin xarabalıqları qaldı. Amma sən demə, evlər də ölürmüş, çünki həmin xarabalıqlar belə, yox olub itdi. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Nitsşenin külliyyatından qızıl seçmələr

«ŞƏN ELM» əsərindən

361-ci fraqmen

Aktyorluq problemi barədə

Aktyor problemi məni hər şeydən çox narahat edib (bəzən indi də), görəsən, bununla mənim üçün aydın olmayan «sənətkar» anlayışını izah etmək mümkünmü, o anlayış ki, indiyəcən bağışlanmaz bir üzgörənliklə davranıblar, ürəkdən gələn yalan, gücün üzdəniraq xarakteri kənara itələyib onu ayaq altına salıb, bəzən lap axırına çıxaran hiyləgərliyə məhəbbəti, rol oynamağa, maskalanmağa və pozaya daxili meyl; mühitə uyğunlaşmağın hər cür növündə məharətlər bolluğu, artıq yalnız yaxın adama qulluq etmək kimi ən zəruri tələbatlardan doymaq: bəlkə də, bütün bunlar yalnız elə-belə aktyor üçün məhdudlaşmır, belə instinkt, güman ki, hər gün dəyişən əsarət və məcburiyyət ucbatından öz həyatını sürüyə-sürüyə aparmağa məcbur olan aşağı zümrə ailələrində bu instinkt daha asanlıqla inkişaf edir, o ailələr ki, ağır asılı vəziyyətdə «ayağını yorğanına görə uzat» səbəbindən yeni şəraitin əmələ gəlməsiylə həyatlarını ustalıqla yenidən qurmağa məcbur olurlar ki, öz davranışlarının növünü və çeşidini daim yeniləşdirsinlər – bu cür instinkt ardıcıl olaraq insanı hər cür külək üçün münasib olan mantiya geymək bacarığına sahib olur ki, onun özünü də demək olar ki, əvvəl-axır mantiyaya, gizlinpaç oyununun əbədi mücəssiməsinin canlı nümunəsinə çevirir ki, bu da heyvanlarda mimicru adlanır: ta nəticədə nəsildən-nəsilə toplanan bu sərvət hökmlü, dərrakəsiz, azğın bir tipə çevrilsin, instinkt kimi özgə instinktlərə əmr verməyə vərdiş etməyi öyrənsin və aktyoru, hər şeydən əvvəl hoqqabazı, lağlağını, təlxəyi, axmağı, klounu və eyni zamanda klassik lakey Jil Blazanı tərbiyə etsin: zira, bu cür tiplərdə sənətkar və çox vaxt hətta «dahinin» prototipləri meydana çıxır və cəmiyyətin daha yüksək dairələrində eyni əsarətin təsiri altında bu növ adamlar da meydana çıxır: lakin orda çox zaman aktyor instinkti başqa instinktlərin, məsələn, «diplomatın» yüyənində dayanır və yeri gəlmişkən, belə bir qənaətdəyəm ki, yaxşı diplomatın səhnədə yaxşı aktyor olmasına heç kim mane olmur (əgər kimsə «mane olursa»). Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Bəşər Əsədin uşaq qətlləri

Eşidəndə ki, avqustun 5-də Şimali Suriyada Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında döyüş zamanı dinc əhalidən 450 nəfər, o cümlədən, 120 uşaq öldürülmüşdür, bir xeyli özümə gəlmədim.

Hətta təsadüfən 1 uşaq ölsə belə, bütün ölkələrdə bunun üçün səbəbkar məhkəməyə verilir, kim olursa-olsun. Əgər lap prezidentin əmri ilə bir əməliyyat zamanı uşaq öldürülübsə, prezident məhkəməyə çəkilir. Amma bu mənfur degenerat neçə ildir ki, on minlərlə insan, o cümlədən, yüzlərlə məsum uşaq qanını tökə-tökə hakimiyyətdən əl çəkmir ki, çəkmir. Bəlkə də o, artıq hakimiyyətdən getmək qərarına gəlir, amma Rusiya, Çin və başqaları buna icazə vermirlər. Bütün bunlar öz yerində, mən ümumiyyətlə, bütün tarix ərzində bu qədər rəzil diktator və tirana rast gəlməmişəm. Adamı çox da məzlum xalq üstünə qısqırdarlar və bunun üçün çox da adama ən yeni təyyarə, raket və tank verərlər, bəs insan öz xalqına, onun günahsız nümayəndələrinə qarşı bu qədər qəddarlığa razı olarmı? Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Блог на WordPress.com.