Jirinovskidən yeni açıqlama

Yaramaz Vladimir (nədənsə bütün Vladimirlər belə olur) Jirinovski RTR telekanalında çox maraqlı bir həqiqəti açıqladı:

Rusiya iki növ mövcudluq qarşısındadır, yəni iki cür şəkildə ola bilər, ya despotik bir rejim olub tamlığını, bütövlüyünü saxlamaq, ya da demokratik olub parçalanmaq.
Yəni, əgər Rusiya, rus dövləti, rus xalqı 17 milyon kvadrat kilometrlik ərazinin daimi sahibi olub qalmaq istəyirsə, mütləq güclü, hərbi, antidemokratik, aqressiv və yarımac dövlət olaraq qalmalıdır. Çünki yalnız bu cür o, bu 17 milyon kvadrat kilometrlik ərazisini saxlaya bilər. Yox, əgər demokratik, sülhpərvər, iqtisadi cəhətdən inkişaf etmiş, Konstitusiya ilə idarə olunan və azad seçkilər keçirən bir ölkə olmaq istəyirsə, onda mütləq gec-tez Şimali Qafqaz, sonra isə Sibir, Ural, Uzaq Şərq, Başqırdıstan, Tatarıstan, Kalmıkstan və s. respublikalara parçalanmaq zərurəti ilə üzləşəcək və o zaman indiki Rusiyanın yerində 6-7 və bəlkə də, daha çox müstəqil dövlətlər əmələ gələcək. Və çox güman ki, hamısı da Pribaltika, Ukrayna və başqaları kimi Rusiyaya düşmən olacaq.
Əgər Rusiya bunu istəmirsə, hər bölgənin və xalqın azadlıq və müstəqillik meyllərini amansızcasına məhv etməklə, iqtisadiyyatını hərbiyə və yeni silahların yaranmasına sərf etməklə öz ərazi bütövlüyünü saxlayıb separatçılığa qalib gələ bilər. Amma əlbəttə, antidemokratik, aqressiv və əhalisi də yarımac olan ölkə kimi.
Çox qəribədir ki, bunu deyən Liberal-Demokratlar Partiyasının sədridir. Bu qanmaz, elə bil nə dediyini bilmir və eyni zamanda düzünü deyir.
Ay yaramaz, indi ki sən belə istəyirsən, yaratdığın partiyanın adını dəyişib, məsələn, Putin kimi «Yedinaya Rossiya» kimi bir ad qoy. Ay riyakar, bəs niyə özünü demokrat adlandırırsan, özü də liberal-demokrat?
Sən düz deyirsən, Rusiyada heç vaxt demokratiya ola bilməz, olsa, sən dediyin kimi parçalanıb dağılacaq. İndi ki belədir və sən də bütün varlığınla bunu arzulayıb, Rusiya xalqlarının demokratik istəklərinə nifrət edirsən, partiyanın adını da buna uyğun elə. Və o zaman bəlkə, hətta Rusiyanın prezidenti də seçilə bilərsən.
Sən ikibaşlı oyun oynayırsan və buna görə də yalnız Putinin mərhəməti ilə parlamentdə 10-15 yer alıb başını girləyirsən.
Amma görəsən, doğrudanmı, sənin məsləhətinə əməl edən Putinlə Rusiyanı daim bu cür əsarət və şər imperiyası kimi saxlaya biləcəklərmi? Məsələ ondadır ki, Rusiyanın digər xalqları sayca getdikcə artır, ruslar isə əksinə, sürətlə azalır və haçansa bunlar bir vaxt sayca bərabər olacaq və hətta digərlərinin sayı rusların sayını ötüb keçəcək.
Məgər putinlər, jirinovskilər bunu bilmirlərmi? Bilirlər və ona görə də Rusiyanın qapısını açıb, hər yandan gələnlərə geniş meydan verirlər.
Mən NTV-də hər gün saatlarla siyasi debatlara və başqa verilişlərə baxıram. Bütün çıxış edənlər ki, sayları-hesabları yoxdur, heç biri rusa oxşamır. Hamısı və ya əksəriyyəti qarasaç, qaragöz və sifəti də başqa cür adamlardır. Amma hamısı tamamilə ruslaşıb, rus kimi düşünür, rus kimi davranır, rus kimi yeyir, içir və rus kimi yaşayırlar. Putin və jirinovskilər də buna ümid edirlər.
Amma görəsən, belə olacaqmı? Axı, konqlomerat, yəni bütün millətlərin qaynayıb-qarışdığı və yeni bir millətə çevrildiyi dövlətlər heç vaxt uzun müddət yaşaya bilməyib. Ona görə Rusiyanı da çox güman ki, can atdığı bu qatmaqarışıqlıq, bu «turşulu aş» məhv edəcək.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: