Haqqında

Gec də olsa alışdım

Bu səhnənin sirrinə

Milyon-milyon aktyor

Qarışıb bir-birinə…

Tamaşaçı tək mənəm

O, Azərbaycan yaşadıqca heç bir zaman qüruba enməyəcək bir dahidir. O, gəncliyimizin sevimli tarixi romançısı, cavanlığımızın publisisti, şairi, müdriklik çağımızın isə filosofudur. Tarixin hər bir dönəmi üçün onun yaradıcılığı, düşüncələri aktualdır. O, Azərbaycan fəlsəfə tarixinin parlaq bir günəşidir. Ən əsası o, hər bir oxucuya xitab etməyi bacaran Əlisa Nicatdır.

Tam səmimi olaraq qeyd edim ki, illərdir yaradıcılığını sevə-sevə izlədiyim Əlisa Nicatı həyatda canlı görmək, onun düşüncələrini öz dilindən eşitmək mənə də nəsib olduğu üçün ömrümün ən maraqlı xatirəsi olacağına əminəm.

Əlisa Nicatla tanışlığım “Tarixin sübh çağı” kitabı ilə başlandı. Bizdən minillər öncə yaşamış əcdadlarımızın-sumerlərin, iskitlərin mədəniyyəti, bir fars mehtərinin qos-qoca Midiya xaqanlığını süquta yetirməsinin acısını, yeddi yunan müdrikinin dahiliyini bu əsərdən öyrəndik. Ən əsası türkçülüyü sevməyi Əlisa Nicatdan öyrəndik.

Bioqrafik bilgi:

Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində doğulub. 1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olur, 1963-cü ildə oranı tamamlayır.

1955-ci ildə “Ədəbiyyat və incəsənət” jurnalında Əlisa Nicatın “Bircə söz” adlı ilk şeiri çap olunur. 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilir. 1961-ci ildə yazıçının “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr edilir.

1967-69-cu illərdə Əlisa Nicat Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərir. 1973-83-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışır. 1983-90-cı illərdə Lənkəranda yaşayan Əlisa Nicat bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alır, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (1983) kitablarını tərcümə edir. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilir. SSRİ-nin süqutundan və bağımsızlığın əldə edilməsindən sonra Əlisa Nicat 1993-94-cü illərdə “Turan” jurnalını nəşr etdirir. Müstəqillik dövründən sonra Əlisa Nicatın “Nağıllara dönən tarix” (1993), “Ruhların söhbəti” (1994), “Dünya sərkərdələri” (1995), “Dünya filosofları” (1996), “Kədər şərabı” (1997), “Dünya tarixçiləri” (1998), “Yüz böyük Azərbaycanlı” (1999), “Karvan” (2000), “Tarixin qürubu” (2009) kitabları çap edilir. Eyni zamanda Əlisa Nicat bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışır.

Sovet dönəminin türkçüsü:

Əlisa Nicat mətbuata verdiyi müsahibələrinin birində qorxunc sovet dönəmində türkçülüklə bağlı araşdırmalar aparmasının səbəblərini belə izah edir: “Mən türkçü olmaqla türkdilli xalqların tarixinə edilən haqsızlıqlara etirazımı ifadə edirdim. Türkçülüyüm sosializmə, ideoloji köləliyə olan etiraz idi”. Əlisa Nicat Azərbaycan tarixində türk-şumer əlaqələrini üzə çıxaran, atalarımız iskitlərin, hunların yaşam tərzini bizə anladan, dünyanın şölələnən mərkəzi olan Midiyanın ənənəvi sovet tarixşünaslığından fərqli olaraq Azərbaycan-türk dövləti olduğunu sübut edən, Zərdüştün bu torpaqlarda yaşamasını isbatlayan ilk tədqiqatçılardan olub. Türk-şumer qohumluğuna dair ilk tədqiqatçılardan olan Əlisa Nicatın bu sözü acı həqiqətdən xəbər verir: “Ax.. Əgər bu saysız hesabsız Şumer dil kitabələrində bircə dənə slavyan sözü, sanskrit sözü, yunan sözü, heç olmasa hər hansı bir qondarma Hind-Avropa sözü tapılsaydı, heç olmasa onlara bənzəyən bir söz tapılsaydı. Ax, ax.. O zaman gör, dünyanın böyük-böyük şəhərlərində neçə-neçə şumerşünaslıq mükafatları təsis olunardı. Hər il şumerə aid dünya dillərində yüzlərlə kitab nəşr edilərdi”. Yazıçı haqlı idi, çünki şumer-türk əlaqələrinə dair yetərincə bilgilər olduğu halda türk tarixşünaslığında tədqiqatlar həddindən artıq azdır. Amma Əlisa Nicat Sovet dönəmində tarix tabularını sındıraraq bu sahədə məqalələr hazırladı. Bu tədqiqatlara kifayət qədər yazılar daxildir. Sərkərdəsi krallar olan Atillanı, Romanın varlığına son qoyan hun Odoakrı onun sayəsində tanıdıq. Məhz onun tərcüməsində Atillanı öz gözləri ilə görmüş Bizans elçisi Paniyalı Priskin “Xatirələr”ini oxuduq. Və yenə də oxuyacağıq. Hazırda əsərlərinin toplandığı 26 cildlik külliyyatın 18-ci cildi məhz türkçülüklə bağlı yazıları əhatə edəcəkdir.

Kommunist partiyasının üzvü olmayan yeganə yazıçı

“1960-cı ildən sonra bir dəyərsiz oçerkdən başqa heç bir yazımda nəinki sovet qurumunu təbliğ etməmişəm, hətta “partiya”, “sovet”, “sosializm”, “kommunizm”, “Lenin”, “Moskva”, “Kreml”, “Sovxoz” kimi sözlər belə işlətməmişəm”

Əlisa Nicatın ən dəyərli yönü də məhz budur. Onun roman və povestlərinin qəhrəmanları Şah İsmayıl, Mirzə Şəfi Vazeh, Zərdüşt, hekayələrinin qəhrəmanları Atilla, Tomris, Mete, Qam Ata, Astiaq idi. Son dönəmlər yazmış olduğu “Sasanilərin sonu”, “Ehramlar”, “Sarsılmaz Mir Cəfər”, “Mələklər və İblislər”, “Rza xan”, “Artakserks və bitlisiləşmiş türklər” əsərləri onun şedevrləridir. Ən əsası Əlisa Nicat Azərbaycan ədəbiyyatında pritça janrının ustadıdır.

Müdriklik məbədinin memarı

1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilir. Əlisa Nicat təkcə fəlsəfə tarixini araşdıran bir alim deyil, fələfi düşüncələri ilə düşüncələrimizə yön verən bir dahidir. Mən onun yazmış olduğu min səhifədən çox olan və bəşəriyyətin 2500 illik fəlsəfi fikir tarixini ehtiva edən “Müdriklik məbədi” fəlsəfəsi əsərinə bir yazı da əlavə edərək onu həmin məbədin memarı adlandırardım. Əlisa Nicatın həmin məbədində kimlər yoxdur ki… Zərdüştən Nitşeyə qədər bəşərə tarixinin əksər dühalarına yer ayrılıb.

Əlisa Nicata görə millət bir orqanizmdir, onun hansı hissəsinə toxunsan dərhal bütün hissələrə informasiya çatır, hamı reaksiya verir və köməyə gəlir, onlar arasında gözəgörünməz tellər olur, haqsızlıq baş verdiyi təqdirdə laqeydlik və biganəlik göstərilmir. Yəni Əlisa Nicata görə millət bir tamdır, onun bütün üzvləri vəhdətdədir. İnsanın ilk qorxusu totalitar rejimlərlə, onların gizli, amansız repressiv aparatının yaranması ilə başladı. Dünyada insandan başqa həqiqəti danan bir məxluq yoxdur, əgər həmin məxluqlar hakimiyyəti təmsil edirlərsə, bu həyat üçün faciədir.

Qocalığın sahilində

İllər boyu tənhalıqdan

Sakitlikdən ləzzət alıb

Zülm dolu, zalım dolu

Dövranları yola salıb,

Gəlib çatdıq qocalığın

Çiçəklənən sahilinə

70 yaşını haqlayan dəyərli ustad bu gün özünün yazdığı şeirdə qeyd etdiyi kimi qocalığın çiçəklənən sahilindədir. Müdriklər ən dəyərli əsərlərini məhz bu çağlarda yaradır. Gənclik dövründə yaşadığı dönəmin təlatümləri səbəbindən Əlisa Nicatın yaradıcılığının ən parlaq dövrü son onilliklərə məxsusdur. Zaman öz qiymətini verəcəkdir kimi fikirlərlə özümü ovundurmaq istəmirəm. Zaman heç bir dahinin qiymətini vermir, əgər versəydi bu gün yaşamımız həmin dahilərin arzuladıqları kimi olardı.  Bəlkə də, ustadın dediyi kimi “dünyada xeyirlə şərin mübarizəsi getmir, insan vəziyyətin, şəraitin köləsidir”.  Amma heç bir vəziyyətin, şəraitin köləsi olmayan Əlisa Nicat Əbülfəz Elçibəyin qeyd etdiyi kimi vicdanlı qələm sahibi, yetkin şəxsiyyətdir.

Dilqəm Əhməd

10 комментариев

10 thoughts on “Haqqında

  1. Əlisa Nicatın əsərləri bu millət üçün «qalx» «oyan» deyə çalınan həyəcan təbilidir.
    O, böyük adam Azərbaycanın üzünə ilk olaraq dünya fəlsəfəsinin qapısını acdı.
    «nə qədər böyük gördümsə acı çəkmiş gördüm, nə qədər acı çəkmiş gördümsə böyük gördüm» Əlisa Nicat acıların bəslədiyi adamdır.
    usta maarif.

  2. Natiq Qehremanov

    Allah sizden razi olsun.mene universitetdən ingilisce «en sevimli yaziçin» haqqinda inşa tapşirilib,mən də fikirləşmədən sizin haqqinizda yazmaq qərarina gəldim.ona görə də internetdə axtariş verdim ki,daha ətrafli məlumat toplaya bilim,hal hazirda isə sizin «Mələklər və İblislər» əsərinizi oxuyuram.çox gozəl əsərdir!təşəkkürlər

  3. Rovshan

    Salam
    Sizin «Qebile bawcisi» kitabinizin elektron versiyasini axtariram.Hardan tapmag olar?

  4. Allah sizden razi olsun.mƏn internetdə axtariş zamani sizin saytdan daha ətrafli məlumat toplaya bilim,hal hazirda isə sizin Makedoniyalı İskəndər” əsərinizi axtariram təşəkkürlər!
    Sizizn həmyaşiniz Sədagət

  5. Men Size tesekkur edirem! Əlisa Nicatın Sizin cesaretli yazilariniz bu gun bize cox lazimdir! Heqiqet! Menim menliyimi mene De. Ne qeder agir olsada De /

  6. NERMIN

    salam . evvelce bu cur melumatlari bizlere catdirdiginiz ucun tewekkur edirem. Men sizin qizilbawlar romaninizi nece elde ede bilerem. hemin kitab mene cox maraqli gelir.

  7. NERMIN

    eslinde bu kitab haqqinda mene nenem Mahire xanim daniwdi. Elisa Nicatin bu eserini bir televiziya veriliwinde ewidib ve mene bu roman haqqinda melumatlar verdi. ele danisdiki menim ucun cox maraqli oldu ve men bu kitabi elde etmek isteyirem. nenemin 70 yawi var . ozu emekdar muellimdi. helede kitab oxumagi cox sevir. mene ele gelir ki menimde kitablara qarwi olan sevgim burdan esaslanir. . sizden cox xaiw edirem » QIZILBAWLAR ROMANI»ni nece elde etmek barede mene melunat veresiz. indiden tewekkurler …..

  8. elxan

    cox xahish ediram agsaggalin al ishi olan Dunya felsefi irsindan yarpaglar adli asarini axtariram mana komak edin pul problem deyil alaga nomrasi 050/0553333040 baxtiyar

  9. Rasim Hesimov

    14 yasim olanda »Qizilbaslar’i oxudum. »Turan»i oxuyanda filologiya fakultesinin telebesi idim. Sizinle qurur duyuram.

  10. Məhəmməd

    men bu dahi İNSANLA şəxsən görüşmək və onunla söhbət etmək arzusundayam. Bu arzumu necə reallaşdıra bilərəm?

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: