Tarixin qürubu

Putin və Bəşər Əsəd

(Birpərdəlik pyes)

putin_ve_esed_gizlice_anlasti_iddiasi13788907260_h1072432

PUTİN – Ay heyvan, onsuz da mənim ərəb paltarı geyinən zabit və generalların, həmçinin, silahların – tank və raketlərin hesabına qalib gəlirdik. Niyə kimyəvi silahı, zəhərli qazları buraxıb on minlərlə dinc sakini qıraraq düşmənlərimizin əlinə sübut verdin, niyə?
B.ƏSƏD – Məəə…əəə…əəə.
PUTİN – Ay heyvan, mələmə, cavab ver. Məgər BMT-nin baş katibi Pan Ki Munun bəyanatını oxumamışdın?
B.ƏSƏD – Oxuuumuşdum.
PUTİN – Bəs orda yazılmamışdı ki, kimyəvi silah bəşəriyyətə qarşı cinayət hesab olunacaq?
B.ƏSƏD – Məəən dedim, ataram, həm qıraram, həm də bunu düşmənin boynuna yıxaram. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Ərəblər və azərbaycanlılar…

(Fəlsəfi etüdlər silsiləsindən)

Ərəb və Azərbaycanlı xarakterlərinin müxtəlifliyinin şərtləri

İraqda və ya Misirdə hər hansı dövlət ədalətsizliyinə, seçki saxtakarlığına etiraz olaraq nəinki etiraz, sadəcə bununla heç cür barışmayaraq hər gün toqquşmalarda və antidövlət terror aktlarında onlarla, hətta yüzlərlə insan, əksəriyyəti də cavanlar və yetkinlər, canlarından keçirlər.
Eyni hadisə daha kobud ədalətsizlik və seçki saxtakarlığı zamanı Güney və Qüzey Azərbaycanında illərdən bəridir ki, baş verdiyi halda, buna etiraz olaraq bircə nəfər də olsa, canından keçmə hadisəsi baş vermir ki, vermir.
Niyə?
Aydındır ki, xarakterlər başqa-başqadır. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Bir nəfər

Əvvələn, belə əclaflar əksər Avropa ölkələrində – Çexiyada, Almaniyada (Hitler, xalqının düşməni olmayıb, əksinə, xalqını ən çox sevən rəhbər idi), İngiltərədə, Fransada, Skandinav ölkələrində, İspaniyada (Franko, xalqını kommunizm zülmündən xilas elədi), ABŞ-da, İsveçrədə və s. doğula bilməz.

Lenin, Mao, Kim ir Sen, Çauşesku doğula bilməz. Çauşesku kimi olsalar belə, dərhal zavala gələrlər; ikincisi, hakimiyyətə gələ bilməzlər, gəlsələr, gec-tez zavala gələrlər. Çünki bu ölkələrin xalqları zülmə dözə bilməzlər. Belələri yalnız Rusiyada, İranda, Çində, Orta Asiya türk respublikalarında və sairlərdə ola bilər və olur. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Heyvan, həşərat və bitkilərin ağlı

Məncə, ən ağıllı canlı bitkilərdir…

Böyük Darvin qarışqanı ən ağıllı canlı məxluq hesab edirdi. Bunu zarafat deyil, Darvin deyirdi və alimlər uzun müşahidələrdən sonra həqiqətən də, belə olduğunu təsdiq edirlər. Bu yaxınlarda isə onlar qarışqaların eynilə insanlar kimi qul əməyindən də istifadə etdiyini müəyyənləşdiriblər. Bir növ qarışqalar, digər bir növün nümayəndələrini əsir edir, sonra qul kimi onların əməyindən müxtəlif işlərdə istifadə edirlər.
Bundan başqa, qarışqaların ən iradəli canlı olduqları da çoxdan məlumdur.
Rəvayətə görə, Teymurləng gəncliyində döyüşlərin birində dəstəsiylə pərən-pərən düşür. Özü də güclə qaçıb bir yarğanda gizlənməklə canını qurtarır. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Dınışlar səltənəti

Əgər sözün dəyəri bu qədər heçdirsə, bəs onda nəyin dəyəri var? Kimi istəyir asıb-kəsmək, kimi istəyir aclığa, səfalətə məhkum etmək zorununmu?
Bəli, həyatda zorakılıq hakimdir. İnsanlar zora baş əyir, zorun hər cür əməlinə, istəyinə, ozbaşınalığına dözür, boyun əyirlər.
Nəinki dözürlər, baş əyirlər və bundan hətta faydalanırlar. Baş əy, nə istəyirsən, nə bacarırsan, elə. Diktatoru Günəşə bənzət, hər gün bir orden al.
Qəribədir ki, bu vəziyyət irs kimi atadan oğula keçir.
Nə etməli, həyat budur. Əhmədinejat tamamilə adi, bəsit və yazıq bir adam idi. Amma onu görüb qabağa saldılar, çünki böyük ayətollaların əlini, hətta əbasının kənarını öpürdü. Buna görə hakimiyyət üçün çox sərfəli olduğunu görüb bu cür adi, bəsit bir adamı prezident seçdirdilər və açıq-aşkar zorakılıqla. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Mənim missiyam

Doğrusu, adam bəzən milli mənfilikləri açıb-tökməkdən, qamçılamaqdan bezikir. Bir yandan da dil pəhləvanı olan başıboşlar adamı qınayır.
Rable bir əsər yazıb dahiləşdi.
Ümumiyyətlə, bəşəriyyət pozitiv yaradıcılıq və xususilə, nəsr üçün material verirmi?
Bəli, qədim yunan həyatından, zəkalı Herakldan, yaxud Platon və Aristoteldən, Aristotelin İsgəndərə müəllimlik etdiyi on illik naməlum dövrlərdən, onların gündəlik söhbətlərindən və münasibətlərindən bəhs edən romanlar yazmaq olar. Çətin olsa da, yaza bilərəm.
Lakin ümumilikdə dünya ədəbiyyatının şedevrləri insan təbiətinin və əməllərinin naqis tərəflərinin təsvirinə həsr olunub. Şeksprin demək olar ki, bütün pyesləri, Volterin povestləri, «Don Kixot» romanı, Şillerin dramları, Hötenin «Faust»u, Bayronun poemaları, Qoqolun və Tolstoyun povestləri və nəhayət, bizim dövrlərin bir çox xrestomatik şedevrləri əsasən bir dəfə oxunur və ümumilikdə həyat üçün çox az xarakterikdirlər. Hərçənd ki, əsərlərində, roman, povest və hekayələrində həyatın çox rəngarəng mənzərələri təsvir olunur. Çünki o dövr Fransa və Rusiya həyatı doğrudan da, maraqlı və rəngarəng idi. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Hakimiyyət və kütlə

Bütün dünyada hakimiyyətdə əsasən kütlə adamlarıdır

Amma Platonun tələb etdiyi kimi hakimiyyətdə aristokratlar və filosoflar olmalıdır. Böyük Karl kimi, Harun ər Rəşid kimi, IV Vilhelm kimi, Bismark kimi və nəhayət, Ənvər Paşa kimi.
Birinci dünya müharibəsində bəxtimiz gətirmədi, elə ikincidə də. Birincidə Almaniya qələbə çalsaydı, Azərbaycan vahid, müstəqil dövlət olacaqdı. Hitler qalib gəlsəydi, elə ikincidə də.
Amma heç birində bəxtimiz gətirmədi.
Bəxtimiz ikitərəfli gətirmir. Bəli, xarakterimiz yoxdur. Yəni bizdən asılı olan bəxt! Bir də bizdən asılı olmayan bəxt!
Qəfəsə öyrənmək pis şeydir. Biz isə artıq ona çoxdan öyrəşmişik. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Əlisa Nicatın yeni həqiqətləri…

Tanınmış yazar nə üçün «çin dilini» öyrənməyi məsləhət bilir?

“Hələ «banalnı», yəni gözlə görünən həqiqətləri qələmə aldığımıza görə 150 manata məhkum edilmişik, deyilməyən həqiqətləri üzə çıxarsaq, necə olar?”

Tanınmış yazar-publisist Əlisa Nicatın avqustun 10-da həmişəki kimi ad gününü qeyd edəcəyik. Çünki «Hürriyyət»in son 15 ili həm də onun adı ilə bağlıdır. Bu 15 ildə bəlkə, bir neçə baş redaktor, 10 yaradıcı kollektiv və hətta təsisçi dəyişsə də, Əlisa Nicat dəyişilməzdir.
Əlisa müəllim nəinki bir yazıçı, mütəfəkkir, şair, publisist, bir məfkurə sahibi kimi də dəyişməz və sarsılmazsınız.
Budur, 77 tamam olub 78-ə qədəm basacaq. Zarafat deyil, 80-ə cəmi 2 il qalır.
Bu ad gün qabağı, bu il, bu yaşda «Hürriyyət»in oxucularına hansı hələ də demədiyi həqiqətlər varmı? Yəni «Hürriyyət»də bu 15 ildə çap olunan minlərlə bənzərsiz həqiqətlərdən sonra yenəmi bu cür həqiqət var və qalır?
Ad günü qabağı Əlisa müəllimlə söhbətimizdə yeni açıqlayacağı həqiqətlərdən söhbət açdıq: Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

«İt ürəyi»

M.Bulqakovun ədəbi şedevri

Doğrudan da, xalqla xalq arasında, onun eyni peşə sahibi olan nümayəndələri arasında nə qədər fərq var.

Birində ruslaşmış başqa millətlərin nümayəndələri olsalar da, yaratdıqları SSRİ adlanan mənfur və riyakar rejimin iç üzünü açan əsərlər – roman, povest və hekayələr yazır, digərlərində – yəni rusların müstəmləkələri olan müttəfiq respublikalarda; konkret desək bizdə, Azərbaycanda isə yazıçılar bütün varlıqları ilə, bütün neyronları ilə həmin ədalətsiz və amansız rejimi tərənnüm etməkdən başqa heç nə yaratmayıblar. Nəinki yaratmayıb, hətta bir balaca quruluşu ürəkdən təbliğ və tərənnüm etməyənlərin dərhal üstünə düşür, onu «ifşa» edir, gedər-gəlməzə göndərməyincə əl çəkmir və bütün bu məsələlərdə və rejimə sədaqətdə bir-birləriylə yarışa girirdilər.
S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.İbrahimov, S.Rəhimov, Ə.Vəliyev, M.Hüseyn, Z.Xəlil, N.Xəzri və başqaları o qədər Kommunist Partiyasının və sosializm rejiminin əbədiliyinə inanırmışlar ki, bircə dənə də gördüklərini, reallığı, rejimin mahiyyətini əks etdirən, necə deyərlər, sandıq ədəbiyyatı nümunəsi yazmamışlar. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Xalq adlanan mənfi qüvvə

Əgər ölkə rəmzi ürəyi nə istəyirsə, xalqla necə istəyir rəftar edirsə və xalq da buna dözürsə, nəinki dözür, hətta onunla necə rəftar edildiyinin fərqində deyilsə, belə xalq artıq mənfi qüvvə olmaq dərəcəsindən də aşağıdadır…

Bu həqiqəti hələ qədimlərdən bilirdilər. Ona görə xalqı çox vaxt «kütlə» anlayışı ilə eyniləşdirmişdilər.
Bəsirətli və ayıq Kanetti kütlənin çox parlaq və hərtərəfli xarakter və obrazını təsvir etmişdir. Lakin hələ ondan çox-çox əvvəl Burkhard, Nitşe, Lebon və başqaları xalq kütləsinin hər cür azadlıq, dərinlik, işıq və tərəqqiyə düşmən bir qüvvə olduğunu sübut etmişlər.
Mənim bugünki söhbətim isə xalqın hər cür uçuşa, pərvərişə, ən başlıcası isə dahiliyə və dahilərə necə yabançı və əksər hallarda düşmən, ən yaxşı halda isə biganə olduğunu şərh etməkdir.
Əyani olsun deyə, son dərəcə bu sahədə avtoritetli və bir nasir kimi isə dahi yazıçı olan Cek Londonu əsas götürməyi qərara aldım. Zira, öz təcrübəm şübhə altına alınmasın deyə, daha çox bu böyük zəkalı insana üz tutdum. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Блог на WordPress.com.