Pritçalar

Günahkar mələk

(Dostum Nurəddinə)

Bir nəfər yapdığı iki insan fiqurunu tərəziyə qoyub hey çəkirdi. Fiqurların biri nəhəng, digəri isə cılız idi. Nəhəng, gülümsəyən bir saqqalsız, cılız isə qanadları olan ciddi bir saqqallı idi. Yapıcı, ha bu fiqurların yerini dəyişdirir, onu tərəzinin bu gözünə, o birisini isə digər gözünə qoyur, yenə cılız saqqallı, gülümsəyən saqqalsızdan ağır gəlirdi.
Bir nəfər yoldan ötən, ona nəzər salıb dedi:
— Əmu, niyə bu fiqurları hey ora-bura qoyub çəkirsən?
Yapıcı dedi: Читать далее

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Qayanı görməyən gözlər

(Əziz və xeyirxah bir dostuma)

Bir nəfər ürəkdən Allah bəndəsi nə müddətdi ki, illər uzunu arzuladığı həcc ziyarətinin lap ağzında dayanıb irəli gedə bilmirdi. Çünki onun yolunu nəhəng qara bir qaya kəsmişdi. Ətrafdan yol yox idi. Qaya da divar kimi ucalırdı. Amma kişi hey gah əyilə-əyilə, gah qaça-qaça gəlib qayaya çatır, əliylə onu yoxlayır, sanki nə olduğunu başa düşməyib niyə irəli gedə bilmədiyinə mat qalırdı.
Bir nəfər yoldan ötən cavan onun bu halına baxıb, nəhayət, dözə bilməyib dedi:
— Əmucan, niyə belə edirsən? Sənin ki, mən bilən sap-sağlam gözlərin var. Bəs qabağındakı o boyda qayanı görmürsən?
— Hanı qaya? Axı, mən heç nə görmürəm.
— Dağ boyda qayanı görmürsən? Читать далее

Categories: Pritçalar | Оставьте комментарий

Kafkanın «Qəsr»i və «PRAP»

(Ədəbi pritça)

Frans Kafkanın «Qəsr» romanı qədər hələ dünyada realist əsər yazılmamışdır. Əlbəttə, keçmişdə və daha çox hazırda da dünyada bu cür hakimlər az deyil və az olmayıb da. Lakin onların ən parlaq nümunəsi bizimkidir. Bunlar Qəsr və PRAP-da güzgüdə əks olunan kimi tamamilə eynidirlər, lakin bir sıra gözəgörünməz fərqlərlə.

Yerölçənin Qəsrə girmək şansı nə qədər sıfra bərabərdirsə, onun bu niyyətə çatmaq istəyinə, istəyinə ha, çatmasına yox, bununçün mübarizəsinə heç bir maneə yoxdur və heç kim də mane olmur. Və roman qəhrəmanı bütün əsər boyu bu istək, bu arzu uğrunda bezikmək, yorulmaq bilmədən mübarizə aparır.
Amma PRAP-a girməyi arzulamaq isə cinayət sayılır. Çünki burada yetişdirilən və törədilən cinayətlər o qədər açıq və qorxuncdur ki, onları sakinlərindən başqa kimsənin görməsi ağlasığmazdır. Читать далее

Categories: Pritçalar | Оставьте комментарий

Danabaş kəndinin əhvalatları

(Pritça)

II hissə

Bu yaxınlarda dahi Mirzə Cəlilin ev muzeyindən əməkdaşları bir əlyazma tapıblar. Bu əlyazma parlaq «Danabaş kəndinin əhvalatları» povestinin ikinci hissəsinin bir növ eskizindən ibarətdir. Əsər hansı səbəbdənsə yazılmamış qalıb. Amma onun planı, qısa süjet xətlərinin təsviri çox maraqlı olduğundan onu oxuculara təqdim edirik.

Bəli, Xudayar bəy zorla dövlətli Zeynəblə evləndi. Zeynəbin mərhum ərindən oğlu və qızı vardı. Sonra təbii ki, Xudayardan da bir oğlu oldu. Zeynəb işləməkdən xəstələnib öldü.
Uşaqlar böyüdülər.
Xudayar bəy Zeynəbdən olan oğulluğunu mal-qaranın və tövlənin qulluqçusuna, qızı isə anası kimi süd, qatıq və başqa təsərrüfat məhsullarının xidmətçisinə çevirdi.
O, öz əyriburun oğlunu Peterburqa ali təhsil almağa göndərdi. Oğlu isə oxuya bilmədi, məktəbdən qovuldu. Amma bunu gizlədərək atasının ayda göndərdiyi çoxlu qızıl pul hesabına gözəl mənzil tutub, fahişələrlə keyf edib, gününü qumarxanalarda keçirməkdə davam etdi. Читать далее

Categories: Pritçalar | Оставьте комментарий

Təpəgöz və qoyunlar

Təpəgöz qoyunları qovub nəhəng bir mağaraya doldurmuş, mağaranın ağzına iri bir qaya parçası qoyub, gedib gəzir və ya uzanıb yatırdı.

O, bununla kifayətlənməyib qoca bir canavarı bu bir neçə milyonluq qoyun sürüsünə qatmışdı. Canavar qoyunlara qardaş olduğuna and içmiş, amma acından ölməməkçün təbii ki, hər gecə xəlvətə salıb birisini yeyər və dərisini geyərək qoyunlardan qətiyyən seçilməzdi.
Təpəgöz bir şeyi nəzərə almamışdı. Bu da ondan ibarət idi ki, onun mağaranın ağzına qoyduğu qaya parçasını qoyunlar əlbir olub, qeyrət göstərərək kənara ata bilərdilər, amma bu, ağıllarına gəlmirdi. Hansının da ağlına gəlirdisə, qətiyyən ona qulaq asmırdılar.
Nəhayət, tale onların üzünə güldü və çoxmilyonlu sürü yığışıb özlərinə vojak – yəni başçı seçmək qərarına gəldilər ki, o, bir çarə tapıb onları bu bəladan xilas etsin. Çünki hər gün Təpəgöz on qoyunu həzm-rabedən keçirirdi.
Uzun və gərgin müzakirələr. Müzakirələrdən sonra seçkilər keçirildi və bir neçə milyonluq qoyun sürüsü bir neçə milyon qoyun və qoçlardan birini deyil, elə məhz Təpəgözün adamı, hər gecə bir qoyunu kabab çəkib yeyən Canavarı özlərinə başçı və vojak seçdilər.
Böyük və qədim yunan şairi Homer yazır ki, bu seçimdən sonra Yabcazəran adasında həmin mağarada qoyunlar hələ də Təpəgözün əsiridirlər.
Amma hər gün bir neçəsinin dərisi soyulsa da, sayları qətiyyən azalmır, əksinə, getdikcə artır. Çünki qoyun ki var, çox məhsuldar heyvandır, nə qədər çox yeyilsələr, bir o qədər artımları böyük olur.

Categories: Pritçalar | Оставьте комментарий

İki pritça

1.Uca mərtəbənin anlaşılmaz sakini

Ev çoxmərtəbəli idi. Amma yuxarı mərtəbələrə yol yox idi. Ona görə də həmin mərtəbələrdə heç kim yaşamırdı. Yalnız naməlum sonuncu mərtəbədə naməlum bir adam yaşayırdı.
O, kim idi, ora necə girib-çıxırdı, heç kim bilmirdi. Əslində heç bilmək istəyən də yox idi.
Yalnız bir şey məlum idi ki, orada daim soyuq küləklər uğuldayırdı, ildırımlar çaxırdı.
Ora çox soyuq idi. Adamlar isə birinci mərtəbədə və zirzəmidə yaşayırdılar. Bura isti idi. Tər və qadın iyi gəlirdi. Hamısının hansı bir oyuna isə başı qarışdığından heç kim heç kimə fikir vermir, siqaret, qəhvə tüstüsü içində adamların üzü güclə seçilir, səs-küydən qulaq tutulurdu.
Birdən qapıdan səs gəldi. Bu yuxarı mərtəbələrə gedən bağlı qapı idi ki, arabir açarla açılır və o anlaşılmaz adam ya içəri girir, ya çölə çıxırdı.
Budur, o, yenə aşağı düşüb, zirzəmi adamlarına qətiyyən nəzər salmadan çıxıb getdi.
O, hara gedir, nəylə yaşayırdı, heç kim bilmir və heç bilmək də istəmirdilər.
Çünki zirzəmidə tər iyi və papiros tüstüsü içində itmiş insan başları müxtəlif oyunlara qızışmışdı. Читать далее

Categories: Pritçalar | Оставьте комментарий

Prezidentin ədaləti

İranda Məhəmməd Rza devrildikdən sonra hakimiyyətə gələn yeni prezident oturub köhnə Daxili İşlər Nazirliyi barədə necə rəftar etməli olduğunu xeyli fikirləşməldi oldu. Məsələ bunda idi ki, keçmiş rejimdə bu nazirlik o qədər rüşvət və rəzalətə bulanmışdı ki, tarixdə beləsi görünməmişdi. Ona görə beləsini vəzifədən və sistemdən qovmaqla kifayətlənməyin özü bir cinayət olardı.

Təzə prezident xalqın tam dəstəyinə əmin olub belə etdi: xüsusi bir əmrlə daxili işlər naziri öz sostavı ilə deyil, bütün zabit və sıravi polisləri ilə birgə vəzifədən qovuldu. Onların illər boyu yığdığı tonlarla dollar paçkaları və başqa saysız sərvətləri əlindən alınıb, özləri də vaqonlara doldurulub İranın kimsəsiz cənub çöllüklərinə sürgün edildilər. Onlara yalnız özləriylə götürə biləcəkləri ərzaqdan başqa heç nə verilmədi.
Beləliklə, yük qatarları başda nazir, müavinləri, bütün başqa yüksək vəzifəliləri, ailələri və bir neçə yüz min polis nəfərləriylə bərabər aparılıb çaqqallar və canavarlar ulayan kimsəsiz düzənliklərə töküldü. Yollar keçilməz hasarlarla bərkidildi ki, heç biri qayıdıb təzədən gəlməsinlər.
Təsəvvür edin ki, tonlarla qızıl və başqa sərvətlərdən, yüzlərlə villa və saraylardan, onlarla və yüzlərlə avtomobillərdən məhrum olan harın insanlar qanqallarla dolu kimsəsiz çöllüklərdə tökülüb qaldılar.
Ev yox, eşik yox, küləklər uğuldayan ucsuz-bucaqsız çöllükdə. Uşaqların ağlaşması bayquş və çaqqalların ulaşmasına qarışdı.
Beləliklə, onlar qamışdan və palçıqdan ev-eşik düzəldincə, çöldən quş və heyvan ovlamağı öyrənincə demək olar ki, əksəriyyəti aclıq, soyuq və ümidsizlikdən qırıldılar. Və illər boyu etdikləri ədalətsizliklər, cinayətlər, tökdükləri nahaq qanlar, zülm və haqsızlıqlar yedikləri ləziz yeməklər kimi burunlarından gəldi.

Categories: Pritçalar | Оставьте комментарий

İki pritça

1. Daxilində gizlənənlər

Onların əgər zahiri şəklini, portretini çəksən, ağız, burun, qulaq, göz hamısı yerindədir.
Amma üzlər donuq, biganə, hissiyyatsız, dayaz…
Bəs daxili portretləri?
Elə-belədə hiss olunmur. Çünki hamısı öz aləmində, öz bədbəxtliyində, öz qazancında, öz vəzifəsində, öz dükanında, öz bazarındadır.
Amma bir balaca toxunsan, tərpətsən və ya ayağını bassan, bir balaca istəyinə, qazancına, mənafeyinə toxunsan, mane olsan, içindən qorxunc, vahiməli, tərbiyəsiz, həyasız, mədəniyyətsiz, kobud, qanmaz, azğın və tupoy bir məxluq çıxacaq.
Necə ki, bataqlıqda nəsə bir şey görürsən, yaxınlaşıb, maraqla nə olduğunu bilmək istəyib əlini ona toxundurursan və bu zaman suyun altından qorxunc bir … begemot çıxır.
Begemot nədir, ondan yüz qat əcaib və yırtıcı bir heyvan. Читать далее

Categories: Pritçalar | Оставьте комментарий

Üç pritça

Asteroid

Alimlər xəbər verdilər ki, bəs Yerə tərəf bir asteroid gəlir. Əlbəttə, böyük bir dağ boyda olan bu daş və dəmirdən ibarət kütlə hansı bir ölkənisə viran qoyacaqdı.
Bütün dünyada adamlar həyəcana düşüb yalnız onunla təsəlli tapır, ona ümid edirdilər ki, dünya böyükdür və asteroidin onların ölkəsinə düşmək gümanı birin minə olan nisbətinə bərabərdir.
Buna baxmayaraq, hər yanda həyəcan artır, adamlar az qala ağıllarını itirirdilər. Bir də ona görə ki, axı xalq ehtimal nəzəriyyəsinin nə olduğunu bilmir və hamılıqla onu bilirlər ki, Yerə nəhəng bir daş gəlir. Və heç kim də qarantiya verə bilməz ki, bu daş hətta mindən birin üstünə düşəcək, ya düşməyəcək. Deməli, qorxu və təhlükə bütün xalqlar üçün eyni dərəcədə real idi. Bütün ölkələr və xalqlar eyni vəziyyətdə idi.
Yalnız bir nəfər, Səlim Vəlixanlı adlı tanınmış və zəkalı bir adam arxayın-arxayın, heç nə vecinə almadan deyib-gülürdü.
Soruşanda da deyirdi ki, bizim ölkəyə heç cür düşə bilməz. Читать далее

Categories: Pritçalar | Оставьте комментарий

Ədəbi tülkü

O, bütün dünyanı gəzib, harada ədəbi toyuq-cücə əldə etmək mümkün olduğunu öyrənir, dərhal ev yiyəsi, qarovulçu və itlərlə dostlaşır. Sonra hamısı yuxuda ikən yağlı toyuq və cücələri çırpışdırır.

Heç kimin də ağlına gəlmir ki, bu, dostumuzun işidir. Lazım olanda hətta ev yiyəsi haqqında mahnı da qoşub oxuyur.
Ev yiyəsi və həyət itləri ona heyrandırlar.
O, çöllüklər və bəhrəsizliklər diyarının övladıdır ki, uşaq yaşlarından gəzib axtarmaq, evlərindən uzaq düşən, yol azmış «toyuq-cücələri» bir qırpımda tutub yuvasına aparmağın ustası və ustadıdır.
O, itləri yuxuya verən həzn melodiyalar «bəstəkarıdır» və hətta körpə cücələrə heyranedici yuxu gətirən nağıllar müəllifidir.
O, ikiayaqlı nağılbaz tülküdür ki, daim qoltuğu altında hansı bir xoruzunsa quyruğu görünür.
Sonuncu qurbanı həmşəri hambalıdır ki, ağzından buraxmır ki, buraxmır.

Categories: Pritçalar | Оставьте комментарий

Блог на WordPress.com.