Putin və Bəşər Əsəd

(Birpərdəlik pyes)

putin_ve_esed_gizlice_anlasti_iddiasi13788907260_h1072432

PUTİN – Ay heyvan, onsuz da mənim ərəb paltarı geyinən zabit və generalların, həmçinin, silahların – tank və raketlərin hesabına qalib gəlirdik. Niyə kimyəvi silahı, zəhərli qazları buraxıb on minlərlə dinc sakini qıraraq düşmənlərimizin əlinə sübut verdin, niyə?
B.ƏSƏD – Məəə…əəə…əəə.
PUTİN – Ay heyvan, mələmə, cavab ver. Məgər BMT-nin baş katibi Pan Ki Munun bəyanatını oxumamışdın?
B.ƏSƏD – Oxuuumuşdum.
PUTİN – Bəs orda yazılmamışdı ki, kimyəvi silah bəşəriyyətə qarşı cinayət hesab olunacaq?
B.ƏSƏD – Məəən dedim, ataram, həm qıraram, həm də bunu düşmənin boynuna yıxaram.
PUTİN – Ay heyvan, məgər bilmirsən Şərqdə bu zəhərli qaz bir İranda var, bir də səndə, ikinizə də mən vermişəm, düşmənlərimizdə yoxdur. Yoxlayıb biləcəklər, sonra neyləyəcəksən?
B.ƏSƏD – Məə…
PUTİN – Ay yırtıcı qoyun, indi mən səni necə müdafiə edim? Səndən ötrü üçüncü dünya müharibəsinə başlayım, dünya bir-birinə dəysin? Mən təkbaşına hamının öhdəsindən necə gəlim? Onsuz da səni müdafiə etməkdən cırığım çıxıb, ağzım əyilib, indi necə eləyim?
B.ƏSƏD – Məəə, sənə qurban olum, imkan vermə.
PUTİN – Necə imkan verməyim? Amerika avianoseslərini atəşə tutum?
B.ƏSƏD – Hə, bəli, başına dönüm, tutun.
PUTİN – Ay heyvan, axı dünya müharibəsi başlanar, bütün NATO raketlərini başımıza yağdırar.
B.ƏSƏD – Hi, hi, hi, siz böyüksüz, çoxsuz, sizə heç nə olmaz.
PUTİN – Ay heyvan, atom bombaları partlayar, bütün dünya yanıb külə dönər, Dəməşq də, Moskva da…
B.ƏSƏD – Mən İrana qaçaram, siz də yeraltı şəhərlərdə gizlənərsiz.
PUTİN – Bəs mənim xalqım?
B.ƏSƏD – Siz çoxsuz. 140 milyonun 40 milyonu ki sağ qalar.
PUTİN – Ay heyvan, sənin murdar cəmdəyin üçün 100 milyon rusu qurban verim?
B.ƏSƏD – Hə, nooolar ki, zato, sonra mən sizdən nə qədər desən silah alaram, özü də nağd, qızıl pulla.
PUTİN – Ay heyvan (gülür), mənim özümün 1200 ton təmiz qızılım var, neynirəm sənin bir ovuc qızılını. Öl, canın çıxsın!
(Telefonun söndürür, sonra xarici işlər naziri Lavrova zəng vurur.)
LAVROV – Eşidirəm, Vladimir Vladimiroviç.
PUTİN – Bəyanat ver ki, ABŞ Suriyaya, Dəməşqə atəş açsa, rus hərbi gəmiləri ABŞ avianoseslərin hədəfə alacaq.
LAVROV (susur, haçandan-haçana) – Vladimir Vladimiroviç, ciddi deyirsiz? Bu ki, üçüncü dünya müharibəsinin başlanması demək olar.

PUTİN – Olsun da. Bizim atom başlıqlarımızın sayı onlarkından çox deyil?
LAVROV (gülür) – Zarafat edirsiz?
PUTİN (haçandan-haçana) – Bəs onda neyləyək, Suriyanı da itirək?
LAVROV – Qoy onda ABŞ-a gedim, danışım, min ton qızıl verək, əl çəksinlər.
PUTİN – Min ton qızıl verək?
LAVROV – Daha neyləməli? Qızılı bəs niyə saxlamışıq?
PUTİN – Yaxşı da, elə bu gün Vaşinqtona uç!

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: