ALİ İDRAKLILAR ÜÇÜN KİTAB

Nitsşenin külliyyatından qızıl fraqmentlər

«XEYİR VƏ ŞƏRİN O TAYINDA» əsərindən

9-cu fraqment
(bir parça)

Siz öz həyatınızı Təbiətin tələbləri ilə uyğunlaşdırmaqmı istəyirsiz? Eh, siz alicənab stoiksiniz. Axı, sizin sözünüz təmiz yalandır. Özlüyünüzdə Təbiət kimi əndazəsiz bir bədxərc təsəvvür edin, eləcə, sonsuz dərəcədə biganə, heç bir məqsəd, heç bir hörmət, şəfqət, heç bir ədalət bilməyən məhsuldar, barsız və eyni bir vaxtda dönük təsəvvür edin, öz-özlüyünüzdə tamamilə hər şeyə tam laqeydlik təsəvvür edin və həm də hər şeyə qadir olan bir qüdrət timsalında, məgər siz öz həyatınızı bu cür tam bir biganəliyin tələblərilə həmahəng etmək istərdinizmi? Məgər həyat – qiymətləndirmək, nəyəsə üstünlük vermək, ədalətsiz olmaq, məhdud olmaq, öz fərqli xüsusiyyətlərinə malik olmaq arzusu kimi ifadə olunmurmu? Yaxşı, tutaq ki, sizin imperativiniz «Təbiətə uyğun yaşamalı» – bu ki, mahiyyətcə həyata uyğun həyat tələbinə bərabərdir, eləcə, məgər bu hökmün dalınca getməmək sizdən asılı deyilmi? Bəs onda özünüzə öz mahiyyətinizdən və nə olmalısınızsa, ondan doğan prinsip yaratmaq nəyə lazımdır?

29-cu fraqment

Müstəqilliyə çox az adam qadirdir, adətən, güclülər. Və kim, məcbur olduğuna görə yox, buna həqiqətən haqqı çatdığına görə öz müstəqilliyini üzə çıxarmağa səy edirsə, o, öz bu cür hərəkəti ilə nəinki öz gücünü, həm də ağılsızlıq dərəcəsinə çatan şücaətini sübuta yetirir. O, labirintə enir, o, həyatın özünün bizi üz-üzə gətirdiyi təhlükəni min qat artırır; bu təhlükələrin ən kiçiyi olmayanı elə odur ki, heç bir kəs öz şəxsi gözləriylə ondan hər hansı bir mağara minotavrı tərəfindən necə parçalanıb, necə tikə-tikə olmasına baxmağa qadir deyil. Tutaq ki, belə insan həlak olur, amma onun həlakı adamlar üçün o qədər dərkedilməzdir ki, onlar nə onun hərəkətinə nüfuz etmək, nə də ona acımaq qabiliyyətində olurlar.

Tərcüməçidən
Bu pritça sanki tamamilə Elmar Hüseynovun taleyini təsvir edir və doğrudan da, bu ağlasığmaz ruh qəhrəmanı ümumiyyətlə, Azərbaycan xalqına az da olsa, şərəf gətirən bir hadisədir, amma Azərbaycan türklərinə yox.

(ardı var)

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: