Ənvər Börüsoydan sürpriz

Axırı ki, o günü gördüm. Axırı ki, Ənvər Börüsoyun qələmindən də həqiqətən aktual, faydalı, məzmunlu, kəsərli və hətta cəsarətli bir yazının meydana çıxdığını gördüm.
İllərdən bəri Ermənistan, Rusiya, İran siyasəti barədə palaz-palaz məntiqsiz, mənasız proqnoz və açıqlamalardan sonra birdən-birə belə parlaq bir publisistika nümunəsinin doğula biləcəyini heç kim təsəvvür edə bilməzdi. Bu, ona oxşayardı ki, məsələn, keçmiş dostum Hadı Rəcəbli Milli Məclisdə mikrafonu əlinə alıb ayda 100-150 manat əməkhaqqı alan həkim və müəllimlərin faciəvi güzaranından danışa. Belə bir şey mümkünmü? Əsla! Hərçənd ki, bu barədə haray-həşir salması ilk növbədə məhz onun vəzifəsidir. Çünki kişi, zarafat deyil, 20 ildir ki, Milli Məclisin Sosial Siyasət Komissiyasının sədridir. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Fizik və loqik

Hekayə

Kaliforniya Universitetinə bir fizik və ya bioximik lazım idi. Onların elanına dərhal iki gənc mütəxəssis gəldi. Fizik, artıq dünya şöhrətli Nobel laureatı idi. İkinci gələn isə məlum oldu ki, bioximik deyil, loqik, yəni məntiqşünasdır. Özü də tək deyil, təzəcə evləndikləri dünya gözəli olan bir qızla gəlmişdir.

Komissiya üzvləri təəccüblə bilmirdilər neyləsinlər. Onlar məntiq müəllimini də işə götürə bilərdilər, hərçənd ki, fizik daha çox lazım idi. Özü də belə bir şöhrətli fizik.

Məsələni ümumi söhbətdən sonra universitetin rektoru həll etməli oldu. Ümumi söhbətdə iştirak edən professorlar hər iki mütəxəssisi əla qiymətləndirdilər.

Arada hər üçü həyətdəki ayaqyoluna getdilər və qabaqda gedən məntiqşünas, dalınca da qız və fizik daxil oldular. Читать далее

Categories: Əsərlərindən | Оставьте комментарий

Nitsşenin külliyyatından qızıl fraqmentlər

«BÜTLƏRİN TORANLIĞI» əsərindən

51-ci fraqment

Məndən çox vaxt soruşurlar, niyə mən alman dilində yazıram: Heç yerdə məni vətəndə olduğu kimi pis oxumurlar. Lakin kim bilir, istəyirəmmi ki, hazırkı zamanda məni oxusunlar? Elə şeylər yaratmalı ki, zaman, ölməz forma və mahiyyət üzərində əlləşib əbəs yerə diş sındırsın. Bax, belə şeylər üzərində əlləşməkdə mən qeyri-təvazökaram.
«Əbədiyyətin» forma əsası sayılan aforizmlər, sentensiyalar yaratmaqda mən almanlar arasında birinci ustayam. Mən öyünürəm ki, bəzilərinin bütöv bir kitab yazmalı olduğu, digərlərinə isə hətta bu da kifayət etmədiyi mətləbləri cəmi on cümlədə ifadə edə bilirəm. Mən bəşəriyyətə onun heç vaxt sahib olmadığı dünyanın ən dərin kitablarından birini, məhz öz «Zərdüşt»ümü bağışlamışam; yaxınlarda isə ən müstəqil kitabımı da bağışlayacağam. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Ərəblər və azərbaycanlılar…

(Fəlsəfi etüdlər silsiləsindən)

Ərəb və Azərbaycanlı xarakterlərinin müxtəlifliyinin şərtləri

İraqda və ya Misirdə hər hansı dövlət ədalətsizliyinə, seçki saxtakarlığına etiraz olaraq nəinki etiraz, sadəcə bununla heç cür barışmayaraq hər gün toqquşmalarda və antidövlət terror aktlarında onlarla, hətta yüzlərlə insan, əksəriyyəti də cavanlar və yetkinlər, canlarından keçirlər.
Eyni hadisə daha kobud ədalətsizlik və seçki saxtakarlığı zamanı Güney və Qüzey Azərbaycanında illərdən bəridir ki, baş verdiyi halda, buna etiraz olaraq bircə nəfər də olsa, canından keçmə hadisəsi baş vermir ki, vermir.
Niyə?
Aydındır ki, xarakterlər başqa-başqadır. Читать далее

Categories: Tarixin qürubu | Оставьте комментарий

Günahkar mələk

(Dostum Nurəddinə)

Bir nəfər yapdığı iki insan fiqurunu tərəziyə qoyub hey çəkirdi. Fiqurların biri nəhəng, digəri isə cılız idi. Nəhəng, gülümsəyən bir saqqalsız, cılız isə qanadları olan ciddi bir saqqallı idi. Yapıcı, ha bu fiqurların yerini dəyişdirir, onu tərəzinin bu gözünə, o birisini isə digər gözünə qoyur, yenə cılız saqqallı, gülümsəyən saqqalsızdan ağır gəlirdi.
Bir nəfər yoldan ötən, ona nəzər salıb dedi:
— Əmu, niyə bu fiqurları hey ora-bura qoyub çəkirsən?
Yapıcı dedi: Читать далее

Categories: Pritçalar | Оставьте комментарий

Qayanı görməyən gözlər

(Əziz və xeyirxah bir dostuma)

Bir nəfər ürəkdən Allah bəndəsi nə müddətdi ki, illər uzunu arzuladığı həcc ziyarətinin lap ağzında dayanıb irəli gedə bilmirdi. Çünki onun yolunu nəhəng qara bir qaya kəsmişdi. Ətrafdan yol yox idi. Qaya da divar kimi ucalırdı. Amma kişi hey gah əyilə-əyilə, gah qaça-qaça gəlib qayaya çatır, əliylə onu yoxlayır, sanki nə olduğunu başa düşməyib niyə irəli gedə bilmədiyinə mat qalırdı.
Bir nəfər yoldan ötən cavan onun bu halına baxıb, nəhayət, dözə bilməyib dedi:
— Əmucan, niyə belə edirsən? Sənin ki, mən bilən sap-sağlam gözlərin var. Bəs qabağındakı o boyda qayanı görmürsən?
— Hanı qaya? Axı, mən heç nə görmürəm.
— Dağ boyda qayanı görmürsən? Читать далее

Categories: Pritçalar | Оставьте комментарий

Nitsşenin külliyyatından qızıl fraqmentlər

Ölüm həyatın ziddinədir, – deməkdən çəkinməliyik. Canlılar ölümün xüsusi bir növüdür, həm də çox nadir növü. Dünya daim yeniliklər yaradır, – fikrindən də çəkinməliyik. Əbədi mövcud olan heç bir substansiya yoxdur. Materiya da ilahiyyat kimi yanlış düşüncənin məhsuludur, əlbəttə, yalnız ealitlərin anladığı mənada. Biz nə zaman insanı xalis şəkildə təbiətləşdirsək, onda da təbiətdən azad olan yeni insan tapdığımızı iddia etməyə haqqımız olacaq.

«DAN ŞƏFƏQİ» əsərindən

Ön söz

Bu kitabda yer altında yaşayan adam iş vaxtı aşkara çıxarılır; torpağı buran, qazan, qazmaqla özünə yol açan insan. Kimin ki, dərin-dərin dərinliklərdə görülən işləri görməyə qadir olan gözləri var, görməyə bilməz ki, bu adam uzun müddət işıqsız və havasız qalmağından özünü çox da narahat hiss etmədən necə yavaş-yavaş, ehtiyatla, səbrlə irəliləyir. Belə düşünmək olar ki, o, hətta bu zülmətdə öz işindən və həyatından razıdır da. Hansı bir inamsa onu çəkib aparmırmı? Hansı bir təsəllisə onu mükafatlandırmırmı? Başa düşülməyən, müəmmalı, anlaşılmaz olub qalaraq o, öz səhəri var, öz xilası, öz dan şəfəqi var deyə, öz zülmətinə səbrlə dözməyəcəkmi?
O, yenə bura qayıdacaq; lakin onu sorğu-suala çəkməyin ki, orada, yer altında o, nə istəyir? Əgər təzədən insan olacaqsa, o, özü bu haqda bizə danışacaq, bu yalançı trofoni, bu yeraltı sakin! Onun kimi, köstəbək kimi uzun müddət tənhalıqda olanlar lal olmağı unudurlar. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Ruhların söhbəti: Lavrenti Beriya və Mir Cəfər Bağırov

24. Lavrenti Beriya və Mir Cəfər Bağırov

beriya2images

BERİYA – Əziz Mir Cəfər, bağışla, səni çox qorudum, amma axırda elə kobud səhv buraxdım ki, özümü də, səni də məhv elədim.
MİR CƏFƏR – Sən də məni bağışla.
BERİYA – Niyə?
MİR CƏFƏR – Məhkəməmdə sənin barəndə bezobidnı olsa da, bir-iki artıq söz dedim.
BERİYA – Eh, artıq nə fərqi, məni söysən də, ya tərifləsən də. Əsas məsələ o idi ki, məni yaramaz Xruşşov artıq məhv etmişdi. Halbuki, mən onu necə asanlıqla aradan götürə bilərdim. Necə bu səhvi buraxdım, bilmirəm.
MİR CƏFƏR – Səhvin onda oldu ki, Xruşşova inandın. Halbuki, biz onu çox təhqir etmişdik. Ona görə gərək ona inanmayaydıq.
BERİYA – Mən düşünürdüm ki, rus xalqını totalitarizm zülmündən azad etməklə bu xalq, onun başbilənləri mənə arxa olacaqlar.
MİR CƏFƏR – Sən rus xalqını tanımırdın? Sən bilmirdin bu xalq yaxşılıq, azadlıq nədir, bilmir. Arvad kimi zoru və gücü sevir.
BERİYA – Elədir. Mən sürətlə sosializmin mənfur cəhətlərini ləğv etmək istəyirdim. Amma unudurdum ki, Xruşşov kimilər həmin o mənfur cəhətlərin hesabına yaşaya bilərlər. Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Torpaq hərisləri

500 ildir ki, Rusiya imperiyadır. 500 il ərzində şişib-şişib, indiki 17 milyon kvadrat kilometr olub.

Tatar, başqırd, çuvaş, kalmık, Altay və Krım tatarlarını (hazırda Ukrayna işğalındadır), sonralar isə Şimali Qafqaz xalqlarını, dünənə kimi isə daha 10 böyük respublikanı işğal altında saxlayırdı.
Qarnı şişmişdi və mədəsi bu nəhəng tikələri heç cür həzm edə bilməyib daim ağrıyır, nə yediyini, nə içdiyini bilib, bilmirdi ki, neyləsin.
Nəhayət, Boris Nikolayeviç Yeltsin adlı nəhəng bir şəxsiyyət xalqına yazığı gəlib heç bir maddi və mənəvi faydası olmayan 10 «müttəfiq respublika»nı mədəsindən qusdurdu və ruslar nəhayət, mədə ağrısından rahat oldular.
Amma göründüyü kimi, orqanizm hələ təzə vəziyyətə öyrəşməyib, bir xeyli ürəkbulanması oldu.
Amma buna baxmayaraq, imperiya yenə ucsuz-bucaqsız, qanunsuzluq, rüşvət, zorakılıq və ədalətsizlik yuvası idi. Xalq yenə yarımac, ölkədə antidemokratik rejim, bütün seçkilər saxtalaşdırılır, parlament də dünənki KQB zabiti Putinin əlində oyuncaqdır.
17 milyon kvadrat kilometr, yerin altı da, üstü də sərvətlə dolu olan bir ölkənin xalqı yenə bədbəxtdir. Və bu sərvətlərin yarıdan çoxu mifik düşmənlərə, ilk növbədə isə ABŞ-a və Yaponiyaya qarşı müharibə hazırlığına sərf olunur. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Suallar, suallar

Dünyada nə ilə təsəlli tapmaq olar? Hey fikirləşirəm, tapa bilmirəm. Hətta qədim hind «upanişadları» da köməyə gəlmir.

İnsan nədirsə, nə olursa, kim olursa, mığmığa kimi bir şeydir. Səhərdən-axşama kimi rahatlıq bilmədən vurnuxan, özünü ora-bura vuran bu ötəri molekullar, atomlar, hüceyrələr və neyronlar toplusu eləcə, bir yığın mığmığa kimi əlləşir, vurnuxur, xəbəri olmur ki, zaman onunçün nə hazırlayır.
Əslində nə hazırladığını bilir, amma Burulğanın ondan yan keçəcəyini düşünür. Nəinki düşünür, hətta buna əmindir.
Burulğan isə kordur, kimi aparacağının fərqində deyil.
Amma yox, heç vaxt o, heç kimi yandırıb-yaxmır. Əgər özün arvad-uşağını «tabuta» mindirib, saatda 120-150 kilometr sürməsən, Burulğan heç vaxt adama dağ çəkmir.
O, tədricən, hiss olunmadan, zərrə-zərrə qoparıb aparır.
Nəsə yenə bir sual beynimi döyəcləyir: Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Создайте бесплатный сайт или блог на WordPress.com.