ALİ İDRAKLILAR ÜÇÜN KİTAB

Nitsşenin külliyyatından qızıl seçmələr

«ŞƏN ELM» əsərindən

278-ci fraqment

Ölüm haqqında düşüncələr, mənə bu dalancıqlarda baş verən hay-küy, tələbatlar, qışqırıqlar arasında yaşamaq melanxoliyası xüsusi bir ləzzət verir: hər an nə qədər həzzlər, səbrsizliklər, istəklər, nə qədər yaşamaq aclığı və həyatdan sərməstliklər üzə çıxır və lakin cəmi bir az sonra bu səs-küy salanlar, bu yaşayanlar, həyat üçün, bu əldən gedənlər üçün necə də dinclik başlayacaq! Necə ki, hər kəsi arxasında onun kölgəsi, onun tutqun səyyarəsi gözləyir! Tamamilə köçənlərlə dolu bir gəminin fit verib yola düşməsinin son anlarını yada salın: hamı bir-birinə həmişə olduğundan daha çox söz demək istəyir, vaxtsa azdır. Acgöz, öz ovuna əmin olan okean isə öz səhra sükutu ilə bütün bu səs-küyün bitməsini gözləyir və hamı, hamı fikirləşir ki, hələ indiyə kimi heç nə olmayıb, ya da çox az şey olub, yaxın gələcəkdə hər şey düzələcək və olacaq: və bu tələsmələr, bu qışqırıqlar, bu qulaqbatırmalar, bu «samonaduvatelstvo»lar da, hamısı bununçundur, hamı bu gələcəkdə birinci olmaq istəyir və lakin ölüm və ölüm dincliyi bu gələcəyin hamı üçün yeganə və etibarlı hadisədir ki, nə qədər təəccüblü olsa da, adamların üzərində demək olar ki, heç bir hökmü yoxdur və o, ölümqabağı hamının digərinə özünü qardaş hiss etməli olduğu bu adamlardan ən uzaq şeydir. Mənə ləzzət verir ki, adamlar ölüm barədə fikirləşməyi qətiyyən xoşlamırlar. Mən məmnuniyyətlə nəsə edərdim ki, onlar həyat haqqında fikirləşsinlər.

301-ci fraqment

Seyrçilərin səhvi

Ali insanlar aşağı insanlardan fərqli olaraq hədsiz dərəcədə çox şey görür, eşidir və eləcə, idraklarıyla da görür və eşidirlər. Eləcə də, ali heyvanlar da ibtidai heyvanlardan fərqlənirlər. Bəşəriyyəti göylərə yüksəldənlər üçün işıq həmişə boldur; belələri üçün həyat daim böyük maraq mənbəyidir; onun saysız kamillikləri daim artacaq, eləcə də, ləzzətləri növ-növ olacaq. Bu növ yüksək insanlar daim xoşbəxt, eyni zamanda bədbəxt olacaqlar. Bütün bunlarla bərabər, bir yanlış düşüncə də daim onları müşayiət edəcək. Belə adam fikirləşir ki, «həyat» adlanan böyük drama və operanın dinləyicisi və tamaşaçısıdır. O, öz naturasını seyrçi hesab edir, bununla belə bilmir ki, əslində o, həyatın əsl müəllifidir ki, var.

Tərcüməçidən

Mənim xarakterim, missiyam və təyinatımla Nitşe arasında oxşarlığı hələ onun ilk aforizmi ilə tanış olandan hiss etdim və nəhayət, kitablarını əldə edəndə tamamilə eyni cür ruh adamı olduğumuzu və nəticədə eyni taleyə məruz qaldığımızı gördüm.
Nəhayət, «Zərdüşt belə deyirdi» əsərində böyük şəhərdə «bazar milçəkləri» əlindən yaşaya bilməyən məni onun hələ 100 il əvvəl görüb qaçmağı məsləhət görməsi buna misal ola bilər. Çünki həmin fəsil elə bil, tamamilə 300 milyon insan içində tənha olan tək mənə müraciətlə yazılmışdı və o vaxt, yəni 45 il qabaq ilk dəfə mən bir-birimizlə necə bağlı olduğumuzu hiss etdim.
Sonralar bunu təsdiq edən fraqmentlərə dönə-dönə rast gəldim ki, bu da Nitşe ilə mənim ruh qardaşı olduğumuzu bir daha sübut etdi.
Ona görə bu fraqment də mənə çox tanışdır. Çünki hələ 40 il əvvəl «Seyrçi» adlı pritça-hekayə yazmış və bu imzayla çoxlu-çoxlu publisistik yazılar da çap etdirmişdim.

362-ci fraqment

Avropanın yetkinləşməsinə inamımız Napoleona heç də xalqların «qardaşlaşması» və hamı üçün «ürəkaçıqlığına» hesablanmış Fransız inqilabına deyil, onunla minnətdar olmalıyıq ki, indi daha tarixdə tayı-bərabəri olmayan 2-3 yüzilliklər bir-birlərinin ardınca düzülməlidirlər, – qısası, biz təlim, eyni zamanda imkan, qabiliyyət və intizamla nəhəngmiqyaslı xalq müharibəsinin klassik dövrünə qədəm basmışıq. O dövrə ki, bütün gələcək minilliyə öz-özlüyündə bir kamillik nümunəsi kimi baxacaq: zira, milli hərəkat ki həmin müharibənin təntənəsindən doğulur, yalnız choc əleyhinə – Napoleon əleyhinə olub onsuz yarana bilməzdi. Heç şübhəsiz, haçansa onu Avropada tacirlər və filisterlər üstündə yenidən bir kişinin, bir ərin ağalıq etməsinin səbəbkarı kimi qiymətləndirəcəklər. Ola bilsin, hətta 18-ci yüzilliyin xəyalpərvər ruhu ilə ərköyünləşən qadından da yüksəkdə tutulacaq, həm də «müasir ideyalar»dan da yüksəkdə. Müasir ideyalarda və deməli, Avropa sivilizasiyasında nəsə öz şəxsi düşmənləri kimi bir şey görən Napoleon, məhz öz bu düşmənçiliyi ilə özünü renesansın böyük davametdiricisi kimi göstərdi: o, antik dünya həyatının bütöv bir parçasını dünya işığına çıxartdı, ola bilsin ki, «rokovoy» bir qranit parçasını. Və kim bilir, bu «antik həyat parçası» milli hərəkat tərəfindən yenidən mənimsənilməyəcəkmi və o, bununla özünü Napoleon irsinin varisi və davamçısı etməyəcəkmi – hansı ki, məlum olduğu kimi, vahid Avropa istəyir və necə ki, Napoleon da bu vahid Avropanı dünyanın ağası etmək istəyirdi.

«XEYİR VƏ ŞƏRİN O TAYI» əsərindən

309-cu fraqment

Tənha adam

Bir dəfə yolçu, ardınca qapını çırpıb dayandı və ağlamağa başladı. Sonra dedi: – Ey doğru, real, həqiqi həqiqətlərə meyl! Mən sənə qarşı necə hirslənmişəm. Niyə bu səbirsiz, qaraqabaq çodar məni daim qovur! Dincəlmək istərdim, amma o, qoymur. Eh, neçə dəfə şirniklənib dayanmaq istəmişəm, amma yox, Armidi bağları məni saxlaya bilməyib. Mən yenə ayaqlarımı işə salmalıyam, – bu yorulan, yaralanan ayaqlarımı.

Tərcüməçidən

Görürsüzmü, mən də o növ adamlardanam ki, doğulandan bəri okean sahillərində rəngbərəng qiymətli daşlar axtarıram. Nə doya bilirəm, nə də dayana! Okean öz dalğalarıyla neçə dəfə məni yuyub apara bilərdi, amma aparmayıb. Ətəyim parlaq həqiqət daşlarıyla doludur, amma heç birinin mənə faydası yoxdur.

330-cu fraqment

Təqdir

«Mütəfəkkirin, əgər o, özü-özünü alqışlamırsa, heç bir təqdirə və alqışa ehtiyacı yoxdur. Lakin elə adamlar varmı ki, ümumiyyətlə, heç bir təqdirə ehtiyacı olmasın? Şübhə edirəm və hətta ən müdrik adamlar da» – Tasit belə deyir. Deməli, onda heç vaxt bu ehtiyac olmayıb.

Tərcüməçidən

Kimsə inanır, ya inanmır, bilmirəm, şəxsən mən Prezident təqaüdündən başqa nəinki dövlət təqdirinə, hətta dost-tanışın alqışına belə, ehtiyac görməmişəm. Hərçənd ki, bu cür alqışlar olur.

371-ci fraqment

Biz anlaşılmazlar

Biz anlaşılmaz olmağımıza, tanınmazlığımıza, düz şərh edilməməyimizə, böhtana məruz qaldığımıza, heç kimin səsimizi eşitməməsinə görə haçansa şikayət etmişikmi? Halbuki, taleyimiz məhz belə olub. Və eh, hələ uzun müddət də belə olacaq, 1901-ci iləcən. Təvazökarlıq naminə 1901-ci ilə kimi və bu, həm də bizi fərqləndirən bir cəhətdir. Əgər biz ayrı tale arzulasaydıq, özümüzə hörmətsizlik olardı. Bizi başqa cür edirlər, bu da onunla nəticələnir ki, biz özümüz artırıq, fasiləsiz dəyişirik, köhnə qabığımızı atırıq, hər yaz qabığımızı dəyişirik, hər dəfə gənc oluruq, daha artıq «gələcəkləşirik», daha uca, daha möhkəm oluruq, yerin daha dərinliklərinə – zalımlığa kök atırıq; eyni zamanda göyləri daha artıq gur məhəbbətlə, daha geniş qollarla qucaqlayırıq və öz budaqlarımız və yarpaqlarımızla onun işığını acgözlüklə içimizə çəkirik. Biz ağac kimi ucalırıq, bunu başa düşmək çətindir, eləcə, bizim bütün həyatımızı da – bir yerdə yox, hər yerdə, bir istiqamətdə yox, yuxarı da, aşağı da, üzə də, daxilə də, – bizim gücümüz eyni vaxtda həm gövdəyə, həm budaqlara, həm də köklərə gedir. Artıq bizə nəyisə əlahiddə etmək, nə isə ayrıca bir şey olmaq imkanı verilməyib. Taleyimiz belə yazılıb ki, biz yüksəyə boy atırıq və qoy bu, bizim üçün nəhs olsun. Beləcə, bu cür biz hey ildırımlara yaxınlaşırıq, olsun, nə etməli! Biz bunu şərəf bilirik, qismətimiz odur ki, onu heç kimlə bölüşmək istəmirik, başqalarına o barədə heç nə demək istəmirik, – ucalmaq bizim nəsibimizdir.

(ardı var)

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: