Su və insanlar

(Fəlsəfi etüdlər silsiləsindən)

Dəniz qırağında qalıb dalğaları sayan axmaq bir məxluq cəmi 200 ilə necə atomu gördü, kompyuter yaratdı, atom bombası düzəltdi?

«Su həyatdır» deyirlər. Çox ümumi olsa da, doğru fikirdir. Bir az dərinliyə gedək. İki element, iki qaz – hidrogen və oksigen birləşir və tamamilə… gözlənilməz, ağlasığmaz, qəribə və möcüzəli bir maddə – su əmələ gəlir.
Bəs yer üzərində ilk dəfə bu qədər su – okeanlar necə əmələ gəlib? Bu qədər oksigen necə yaranıb? Bəli, bu sirdir.
Bununla işimiz yoxdur. Okean əmələ gəlib, amma təbii ki, Yerin – planetin əsasını Mendeleyev cədvəlinin demək olar ki, bütün elementlərinin cəmi toplantısı təşkil edir. Və bu elementlərin hamısının oksidləri, duzları və başqa fermentləri, maddələri var.
Nəticədə onlar tədricən okean çalxalanması, dalğalanması ilə əriyib nəhəng bir «bulyon» əmələ gətirirlər ki, hazırda okean suyunun hər qramında demək olar ki, bütün elementlərin ərintisi var.
Bir vedrə təmiz su götürün, günün qabağında qoyun. Bir neçə gündən sonra baxsanız, içində saysız mikroskopik canlılar görəcəksiz.
Bu, necə olur? Cansız bir məkanda, hidrogenlə oksigenin birləşməsindən başqa heç nə olmayan bir yerdə bu qədər canlılar necə əmələ gəlir?
Ümumiyyətlə, canlı orqanizmlər nədən ibarətdir? Əlbəttə, cansız elementlərin zərrələrinin toplusundan.
Götürək insanı. Onun bütün orqanları mahiyyətcə okean suyundan – yəni hidrogenlə oksigenin həmin birləşməsindən ibarətdir, özü də az yox, 80-85 faizi. Qalanları da müxtəlif elementlərin hissələridir. Məsələn, deyirlər ki, insan orqanizmində bir mıx qədər dəmir var, eləcə də, başqa elementlər. Lakin quru yerdə bu elementləri nə qədər toplasan və bir-birinə qarışdırsan, orqanizm əmələ gəlmir.
Onun üçün mütləq su şəraiti, su mühiti lazımdır, bir də Günəşin isti şüaları.
Və beləcə, 4 milyard il əvvəl okeanda, kainatda o vaxta qədər görünməyən qəribə, inanılmaz, dərkedilməz bir yeni maddə, sərhədləri, qabığı olan, özünə çəkilən, öz-özünü idarə edən, dörd tərəfə hərəkət edə bilən və bunun üçün enerji – yəni qida axtaran bir subyekt əmələ gəldi.
Və vedrədəki sudan göründüyü kimi, indi də çox asanlıqla əmələ gəlir. Nə üçün və necə? Dərk etmək olmur. Allahın iradəsiləmi? Ağla sığmır. Allah vedrədəki su ilə məşğul olur?
Burda hansı bir fiziki qanunsa işləyir, daha doğrusu, biokimyəvi qanın.
Elementlərin atomları suyun tərkibində Günəşin istisi ilə qızışır, oynaşır, birləşir və nəhayət, hansı bir sirli proses nəticəsində tamamilə yeni bir «nəhəng» maddə, bir şübhəli subyekti əmələ gətirirlər.
Deməli, bu, biokimyəvi bir qanundur. Harda su əmələ gəlirsə və o kənardan qızdırılırsa, mütləq «canlı» adlanan tamamilə yeni bir substansiya əmələ gələcək.
Bəs, bu biokimyəvi qanunun özü necə əmələ gəlib? Günəşlərə – yəni ulduzlara cazibə gücü, yəni ətrafında olan kütlələri özünə çəkmək xüsusiyyəti verilib. Niyə verilib, aydındır. Çünki bu xüsusiyyət olmasaydı, aləm bir-birinə qarışar, bir-birinə dəyərdi. Bəs, kütləyə bu qanun necə verilib? Cansız kütlə onu necə yerinə yetirir? Bunun da cavabı yoxdur. Məsələ gedib Allaha çıxır.
Bəs, bu «canlı» adlanan orqanizm niyə əmələ gəlir? Axı, hər şeyin bir mənası var. Elə-beləmi? Axı, insan orqanizminin ayrı-ayrı xüsusiyyətləri açıq-aşkar göstərir ki, onun üzərində «işləyən» olur. Bu qədər qəliz, mükəmməl hissələr və orqanlar öz-özünə formalaşa bilərmi? Beyin kimi superqəliz və mürəkkəb bir aləm, bir kainat, cəmi 2 kiloluq bir həcmdə, 100 trilyon hissəciklər, hər saniyədə milyon tapşırıq və əməliyyat yerinə yetirən bir boz «veşestvo» necə əmələ gəlir? Elə-belə, öz-özünəmi?
Dərk etmək, cavab tapmaq çətindir. Tutalım ki, orqanizm milyon illər ərzində qarşıya çıxan maneələri həll etmək, öhdəsindən gəlmək üçün ehtiyac hiss edir. Məsələn, on milyon əvvəl çay qırağında yaşayan dördayaqlı və təzəcə ikiayaqlı olan heyvan suda balıqları görüb tutub yemək istəyir. Bəs, bunu necə etməli? Görünür, elə bu zaman beyində bu sualı həll edən neyron əmələ gəlib. Əlbəttə, bir gündə, bir ildə yox, min illər ərzində.
Və beləcə, milyon illər ərzində həmin məxluqların beynində yeni-yeni neyronlar yaranıb və həcmi də bugünkü həcmə, sayı da yüz trilyonlara çatıb.
Bunu başa düşmək olur.
Eləcə, daha qədimlərdə ilk dəfə sudan quruya çıxan balığın orqanizmində yeni şəraitə uyğunlaşmağı tələb edən zərurət əmələ gəlib. Yəni ətrafa baxmağı bacarmaq (axı, balığın boynu yoxdur, o, sağa-sola baxa bilmir), hündürlüyə çıxmaq və qidanı tutmaq üçün əllər və dırnaqlar lazım olur və sonra da min illər ərzində onlar yavaş-yavaş əmələ gəlib. Bu da aydındır.
Amma yox, heç də hər şey belə deyil. Məsələ ondadır ki, canlı məxluqlar hətta bir gecədə bir siçan ikən nəhəng siçanabənzər məxluqa çevrilə bilirlər. Buna biologiyada «mutasiya» deyilir.
Bəs bu, necə olur? Bəs Təkamül? Deməli, hamısı sual altına alınır.
Paho, indi gəl bu düyünü aç görüm, necə açırsan. Burada Allahın da şübhəsiz ki, rolu yoxdur. Onun nəyinə lazımdır ki, bir gecədə balaca siçanı nəhəng bir siçovula çevirsin.
Lakin açıq-aşkar görünür və genetik tədqiqatlar sübut edir ki, müasir insan min illərin deyil, milyon illərin məhsuludur və xüsusi, yeni bir növün davamıdır. Bəs bu nadir növ, cəmi 100-150 il ərzində ağlasığmaz zəka tələb edən elmi nailiyyətlərə necə nail oldu?
Qədim Yunanıstanda olduğu kimi, dəniz qırağında qalıb dalğaları sayan axmaq bir məxluq cəmi 200 ilə necə atomu gördü, kompyuter yaratdı, atom bombası düzəltdi?
ELƏ BİL, ƏVVƏLLƏR QƏTİYYƏN TƏLƏSMƏYƏN KİMSƏ, SON ƏSRLƏRDƏ BİRDƏN-BİRƏ ELƏ BİL NƏSƏ YADINA DÜŞƏRƏK, TƏLƏSİB İNSANI İRƏLİ QOVUR.
NİYƏ?
MƏN BİLƏN, ONUN BAŞINDAN ATDANMAQ, ONU BAŞINDAN ELƏMƏK ÜÇÜN. İNSAN, TƏBİƏTİ CANA YIĞIB, ONU BEZİKDİRİB VƏ TƏBİƏT DƏ ÖZ ƏLİYLƏ ONU MƏHV ETMƏYƏ HAZIRLAŞIR.
VƏ İNSAN DA HƏVƏSLƏ BUNA GEDİR.

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: