Nitsşenin külliyyatından qızıl seçmələr

«ŞƏN ELM» əsərindən

361-ci fraqmen

Aktyorluq problemi barədə

Aktyor problemi məni hər şeydən çox narahat edib (bəzən indi də), görəsən, bununla mənim üçün aydın olmayan «sənətkar» anlayışını izah etmək mümkünmü, o anlayış ki, indiyəcən bağışlanmaz bir üzgörənliklə davranıblar, ürəkdən gələn yalan, gücün üzdəniraq xarakteri kənara itələyib onu ayaq altına salıb, bəzən lap axırına çıxaran hiyləgərliyə məhəbbəti, rol oynamağa, maskalanmağa və pozaya daxili meyl; mühitə uyğunlaşmağın hər cür növündə məharətlər bolluğu, artıq yalnız yaxın adama qulluq etmək kimi ən zəruri tələbatlardan doymaq: bəlkə də, bütün bunlar yalnız elə-belə aktyor üçün məhdudlaşmır, belə instinkt, güman ki, hər gün dəyişən əsarət və məcburiyyət ucbatından öz həyatını sürüyə-sürüyə aparmağa məcbur olan aşağı zümrə ailələrində bu instinkt daha asanlıqla inkişaf edir, o ailələr ki, ağır asılı vəziyyətdə «ayağını yorğanına görə uzat» səbəbindən yeni şəraitin əmələ gəlməsiylə həyatlarını ustalıqla yenidən qurmağa məcbur olurlar ki, öz davranışlarının növünü və çeşidini daim yeniləşdirsinlər – bu cür instinkt ardıcıl olaraq insanı hər cür külək üçün münasib olan mantiya geymək bacarığına sahib olur ki, onun özünü də demək olar ki, əvvəl-axır mantiyaya, gizlinpaç oyununun əbədi mücəssiməsinin canlı nümunəsinə çevirir ki, bu da heyvanlarda mimicru adlanır: ta nəticədə nəsildən-nəsilə toplanan bu sərvət hökmlü, dərrakəsiz, azğın bir tipə çevrilsin, instinkt kimi özgə instinktlərə əmr verməyə vərdiş etməyi öyrənsin və aktyoru, hər şeydən əvvəl hoqqabazı, lağlağını, təlxəyi, axmağı, klounu və eyni zamanda klassik lakey Jil Blazanı tərbiyə etsin: zira, bu cür tiplərdə sənətkar və çox vaxt hətta «dahinin» prototipləri meydana çıxır və cəmiyyətin daha yüksək dairələrində eyni əsarətin təsiri altında bu növ adamlar da meydana çıxır: lakin orda çox zaman aktyor instinkti başqa instinktlərin, məsələn, «diplomatın» yüyənində dayanır və yeri gəlmişkən, belə bir qənaətdəyəm ki, yaxşı diplomatın səhnədə yaxşı aktyor olmasına heç kim mane olmur (əgər kimsə «mane olursa»).
Yəhudilərə gəldikdə isə, pat excellence-yə öyrəşmək ustalığına malik olan bu xalqa gəldikdə isə onlarda məntiqli olmaq naminə a priori ümumdünya tarixi aktyorluğun mənbəyini görmək lazımdır, aktyorların həqiqi toplantısını; və belə bir sualın düppədüz qoyuluşu yerinə düşər: hansı yaxşı aktyor yəhudi deyil? (doğrudan da Rusiyanın, ABŞ-ın, eləcə böyük ölkələrin hansı məşhur aktyoru yəhudi deyil. – Ə.N.) Və anadangəlmə ədəbiyyatçı, faktiki olaraq Avropa mətbuatının ağası olan yəhudi eləcə, özünün həmin aktyor bacarığı sayəsində, – axı ədəbiyyatçı da mahiyyətcə aktyordur, məhz o, yaxşı bilici və ekspertdir: nəhayət, qadınlar: qadınların bütün tarixi haqqında fikirləşin, məgər onlar hər şeydən əvvəl daha çox, daha artıq aktrisa olmalı deyillərmi? Təsadüfən qadınları hipnoz edən həkimlər nə deyir; nəhayət, onları sevməyə cəhd edin, – özünüzün onlar tərəfindən hipnozlaşmağınıza imkan verin. Adətən, bu vaxt nə baş verir? Onlar hətta uyanda da (koqda ona otdayutsya) təslim olurlar (zdayutsya).
Qadın… necə də aktrisadır.

9-cu fraqment

Bizim püskürməyimiz

Bəşəriyyətin inkişafının ən aşağı pillələrində topladığı saysız keyfiyyətlər, elə zərif və rüşeym halında ki, heç kim bu toplantını hətta hiss edə bilmir də, – yalnız uzun illər, hətta bütöv əsrlərdən sonra aşkara çıxır: bu illər və qərinələr ərzində həmin keyfiyyətlər möhkəmlənir və yetişir. Bəzi nəsillər güman ki, başqalarına xas olan bu və ya digər istedaddan və ya digər comərdlikdən tam məhrumdurlar: lakin siz nəvə və nəticələri gözləyin, güman ki, gözləməyə vaxt var, onlar, babaların topladıqları gizli xəzinələrini mütləq üzə çıxaracaqlar, o xəzinələr ki, babaların heç bundan xəbərləri olmayıb. Çox zaman artıq oğul, atasını bu cür satan olur: bu sonuncu, öz oğlu olan kimi özünü çox yaxşı tanımağa başlayır. Bizim hamımızda gizli bağlar və şitilliklər var, başqa cür desək, biz hamımız inkişaf etməkdə olan vulkanlarıq ki, mütləq püskürmə zamanı gələcək, nə vaxt gələcək, əlbbətə, bunu heç kim deyə bilməz, hətta Olimp allahlarının özləri də.

Tərcüməçidən

Eşq olsun sənin ruhuna, ey dahilər dahisi! Təkcə bu fraqment Nobel mükafatına dəyər. Nəinki Nobel mükafatına, hətta onlarla Nobel mükafatı laureatlarının bütöv yaradıcılığına dəyər!

33-cü fraqment

Bnp aydumopiu. «İnsanın mahiyyətcə ədəbli heyvan olduğunu sizə sübut etmək üçün xatırlada bilərəm ki, o, uzun müddət çox sadəlövh olmuşdur. Yalnız indi, çox gec və öz-özüylə son dərəcədə böyük mübarizədən sonra o, hər şeyə inanmayan heyvana çevrilib; – bəli! İndi artıq insan həmişəkindən kinli olub. («zley»).»
« – Bunu anlamıram, bu cür inanmaz və kinli insan olmaq insanın nəyinə lazım idi?» « – Çünki onun artıq elmi vardır və o, bu elmə möhtacdır.»

34-cü fraqment

Historia absconditu. – Hər böyük adam retrospektiv gücə malikdir. Ondan ötrü bütün tarix tərəziyə qoyulur və onun künc-bucağından minlərlə sirr onun günəşinin işığına çıxır. Ona görə vaxtilə nəyin tarix olacağını müəyyən etmək əsla mümkün deyil. Keçmiş ola bilsin ki, mahiyyətcə hələ heç açılmayıb da. Bunun üçün hələ çoxlu-çoxlu retrospektiv güc lazımdır.

72-ci fraqment

Analar

Heyvanlar, dişilər haqqında adamlardan fərqli düşünürlər: onlar üçün dişi məhsuldar varlıq kimi vacibdir. Onlar atalıq məhəbbətinin nə olduğunu bilmirlər. Lakin uşaqlarına nəsə öz sevgililərinin körpələri kimi baxırlar və onlara öyrəşirlər. Dişilər isə uşaqlarına öz hakimiyyətpərəstliklərinin təmin olunması mənbəyi, nəyləsə vaxtı öldürmək üçün onlar üçün aydın olmayan şəxsi mülkiyyət, məşğuliyyət predmeti kimi baxırlar: bütün bunların cəminin anlayışı da ana məhəbbətini təşkil edir ki, onu rəssamın öz əsərinə olan məhəbbətilə müqayisə etmək olar: hamiləlik qadını daha məsum, səbrli, qorxaq və itaətkar edir və eləcə, qadın xarakterinə uyğun olan naturaları da. Bu sonuncular ana erkəklərdir. Heyvanlarda kişi cinsi gözəl sayılır.

52-ci fraqment

Başqaları haqqımızda nə düşünür?

Biz özümüz barədə nə bilirik və nə xatırlayırıq, həyatımızın xoşbəxtliyi üçün o qədər də əhəmiyyəti yoxdur, yaxşı günlərin birində başqaları bizim barədə nə bilirlər (və ya düşünürlər ki, bilirlər), – başımızın üstündə tufan qoparır və yalnız o vaxt əmin oluruq ki, bunun əhəmiyyəti daha vacibdir. Ləkəli vicdanın öhdəsindən gəlmək asandır, nəinki ləkəli reputasiyanın.

(ardı var)

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: