Bəşər Əsədin uşaq qətlləri

Eşidəndə ki, avqustun 5-də Şimali Suriyada Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında döyüş zamanı dinc əhalidən 450 nəfər, o cümlədən, 120 uşaq öldürülmüşdür, bir xeyli özümə gəlmədim.

Hətta təsadüfən 1 uşaq ölsə belə, bütün ölkələrdə bunun üçün səbəbkar məhkəməyə verilir, kim olursa-olsun. Əgər lap prezidentin əmri ilə bir əməliyyat zamanı uşaq öldürülübsə, prezident məhkəməyə çəkilir. Amma bu mənfur degenerat neçə ildir ki, on minlərlə insan, o cümlədən, yüzlərlə məsum uşaq qanını tökə-tökə hakimiyyətdən əl çəkmir ki, çəkmir. Bəlkə də o, artıq hakimiyyətdən getmək qərarına gəlir, amma Rusiya, Çin və başqaları buna icazə vermirlər. Bütün bunlar öz yerində, mən ümumiyyətlə, bütün tarix ərzində bu qədər rəzil diktator və tirana rast gəlməmişəm. Adamı çox da məzlum xalq üstünə qısqırdarlar və bunun üçün çox da adama ən yeni təyyarə, raket və tank verərlər, bəs insan öz xalqına, onun günahsız nümayəndələrinə qarşı bu qədər qəddarlığa razı olarmı?

Bəli, 120 uşaq, körpədən 5 beş yaşına qədər məxluq uzaqdan atılan avtomat və minomyot atəşləriylə dəlik-deşik edilir və yaramazlar yaramazı olan Putin də bu qanlı əməllər qəhrəmanına güldən ağır söz deyilməsinə imkan vermir.

Görəsən, bunların hansı biri daha əclaf, daha qəddar, daha mənfurdur? Mənə elə gəlir ki, qırıb-tökənlə qırdırıb-tökdürənin qətiyyən fərqi yoxdur və bəlkə də, ikinci daha böyük qatildir.

Bəziləri kimi heç bir xüsusi ləyaqəti olmayan və beləcə, hər gün yüzlərlə günahsız dinc əhalini və uşaqları qətlə yetirən adamın toxunulmazlığına dözən və hər gün ritorika ilə məşğul olan ABŞ və qabaqcıl Avropa ölkələri də eyni dərəcədə bunun üçün məsuliyyət daşıyır və günahkardırlar.

Allahın da ki, vecinə deyil.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: