Təbiətin səbir kasası daşacaq

Özü də lap yaxınlarda. Bəlkə, hətta onu biz də gördük. Buna işarələr çoxdur, Amurun daşması və s.

Rusiyanı nə diz çökdürə bilər? Zəlzələ istisna olunur, Rusiyada zəlzələlər olmur. Tufan, qasırğa, smerç də nadir hadisədir. Soyuğa öyrəşiblər, 50 dərəcə soyuqda da dözürlər. Meşələri də, qazları da boldur.
Hə, meşələr… Meşələr yana bilər, amma bu, Putinin vecinə deyil, eləcə də, əhalinin kütləvi qırğını.
Atom stansiyaları partlaya bilər, əlbəttə, haçansa və buna ümid var.
Ümumiyyətlə, Avropa Rusiyasında nə ola bilər? Təbiət bu zəli xalqa neyləyə bilər? Hə, astroid. Bunun da gümanı çox azdır. Belə şeylər olmur. Ola bilər, amma olmur.
Günəş sürpriz edə bilərmi? Bilər, amma bütün bəşəriyyət qırıla bilər. Rus elitası isə səfalı guşələrdə gizlənər. Ölkə çox böyükdür və yeraltı şəhərləri də var.
Bəs nəyə ümid etmək olar? Realist Əlisa Nicat fantastik xülyalara dalıb.
Lakin ümid var. Şər imperiyasının çökməsi üçün hansı şərtlər tələb olunur?
Xarici istila, – istisna olunur.
Daxili çürümə, – proses gedir. Hansı mərhələdədir, müəyyən etmək çətindir.
Fakt ondadır ki, zorakı və riyakar rejimlər axırda mütləq dağılıb məhv olurlar. Hələ 3 min il qabaq mövcud olan Assuriya dövləti kimi. 500 il davam etsə də, sonra məhv olan bu imperiyanın bir ovuc nümayəndələri endemik nüsxələr kimi hələ də qalırlar. Keçmişdə Moskvada bütün çəkməsilənlər assuriyalılar idi. İranda da onlardan bir xeylisi var.
Nisbətən ağıllı, ədalətli millətlərin dövlətləri isə (ədalətli olanda riyakarlığa ehtiyac olmur, riyakarlıq ədalətsizliyi ört-basdır etmək üçün lazım olur), məsələn, İngiltərədə, Çində (Çin hazırda ədalətsiz rejim kimidir), Yaponiyada, ABŞ-da və bir çox Avropa ölkələrində az qala min illərdir ki, necə varsa, eləcə də mövcuddurlar.
Hazırda əsasən Rusiya və İran başda olmaqla bir neçə ədalətsiz və riyakar rejim mövcuddur. Əgər Rusiya imperiyası dağılsa, şübhəsiz ki, İran və digərləri də dağılacaq, çünki onları saxlayan Rusiyadır.
Ona görə Rusiya dövləti antisistem kimi zor gücünə yaşayır. Əslində heç yaşamır da, çünki azadlıq və ədalət olmayan yerdə (bizdə olduğu kimi) təbii ki, yaşayış da mümkün deyil. Daimi qorxu, təhlükə, polis özbaşınalığı, zorakılığın qanun kimi mövcud olduğu bu cür rejimlərdə nə həyat!
Amma azad insan bu monstr rejimin tez dağılmasını, rusların, assuriyalıların (aysorların) gününə düşməsini istəyir və ona görə də bu cür xoş xülyalara dalır. Lakin Təbiət və Təkamül səbirlidir. Haçansa ruslar bir sistem kimi tamamilə dağılıb assuriyalıların gününə düşəcəklərmi? Səbirlə gözləmək lazım gəlir.
Bizim özümüzə gəldikdə isə, eh, bizdə məgər xalq var, hanı o xalq! Mən onu heç yerdə görmürəm. Əhali var, ev və çöl heyvanları var, insanlar da birincilərin içindədir, vəssalam.
Ona görə bu günə, bu hala da min şükür.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: