Qriqori Perelman və Frans Kafka

Qriqori Perelman Rusiyada yaşayan yəhudi alimidir və Puankare nəzəriyyəsini sübut etdiyinə görə hazırki bəşəriyyətin dahiləri sırasında doqquzuncu yeri tutur. Və heç şübhəsiz ki, yaxınlarda Nobel mükafatını da alacaq. Almasa da, şöhrət və pul başından aşır.

Mən Qərb elmi ictimaiyyətinə üz tutub deyirəm ki, bəs Kafka neçənci dahi idi?
Amma onun dühası xoşunuza gəlmirdi. Çünki söylədikləri və təsvir etdikləri sizin fahişə əxlaqınıza, təbiətinizə və dünyagörüşünüzə uyğun gəlmirdi. Ona görə tənhalıqdan, xəstəlikdən və qədirbilməzlikdən cavan yaşında ölüb getdi. Hələ Maks Brod olmasaydı, öləndən sonra da qazandığı ölməzlikdən məhrum olacaq, büs-bütün unudulacaqdı.
Siz perelmanları qaldırıb göyə qoyursuz. Çünki zəkaları, dühaları zərərsizdir. Yəhudilərə, ruslara, sosializmə və dövlətlərə, hakimiyyətlərə toxunmur və nəzəriyyəsinin də heç bir konkret faydası yoxdur.
Kafkanı isə XX əsrin bir nömrəli dühası kimi hələ də qəbul etmirsiz. Çünki şalvarlarınızı qaldırıb sizi ifşa edir.
İkincisi, Perelmana paxıllıq etmirsiz. Çünki içinizdə perelmanlar az deyil və təzələri də meydana çıxa bilər. Kafka isə bir dənədir və yerinə də bir başqası çıxa bilməz.
Kafka əsərləri, əlbəttə, İngiltərə kraliçası kimi (özü etiraf edir) ağıllı dövlət başçılarına təsir edib, onları zülm və riyakarlığı azaldıb, insan azadlığına yol açmağa çağırır, Perelman isə heç nəyə.
Ona görə Kafkanı bədbəxtliyi ilə baş-başa buraxdınız, bunu isə göylərə qaldırırsız!
Hələ siz beləykən, sizdə vicdan və əxlaq beləykən, gör başqalarında, xüsusilə bədbəxt türkdilli ölkələrdə vəziyyət necədir.
Harada istəyirsiz, harada sizə lazımdır, demokratiya bərqərar edirsiz, harada sizin üçün fərqi yoxdur, heç vecinizə deyil. İstəyir, insan fəryadlarından lap qulaqlarınız kar olsun.
Və beləcə, sizə yad olan ölkələrdə nə qədər kafkalar və perelmanlar açılmadan məhv olub gedir.
Bəli, bəsirətli Qumploviç düz deyirdi, siz irqlərin gözəgörünməz müharibəsinin taktikləri və strateqlərisiniz.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Оставьте комментарий

Создайте бесплатный сайт или блог на WordPress.com.