Xalqımızın 12 şanlı dostu

2. Vladimir İliç Lenin

Bəli, bəli, məhz Lenin. Həmin Lenin ki, xalqımızın həm də ən qəddar düşmənlərindən biridir.
Lenin haqqında o qədər əsərlər və kitablar yazılıb ki, yığsan, böyük bir kitabxana olar. Bəs bu yaramaz dahi niyə ölkəmizin dostu olsun?
Eyni zamanda o, xalqımızın qatı düşmənlərindən biridir. Bu barədə də danışacağıq.
Hələlik dostudur.
Birinci dünya müharibəsi hələ başa çatmamışdı ki, yarıkalmık, yarıyəhudi olan bu şəxs saysız ideya qardaşları ilə birlikdə çar imperiyasını dağıtdı. Hələlik hakimiyyət bolşeviklərin əlinə keçməsə də, artıq dünyanı sarsıdan inqilab baş vermiş, səltənət dağılmışdı.
Və Azərbaycan neçə yüz ildən sonra nisbi də olsa, azad olmuşdu və hələlik Zaqafqaziya seymi, üç respublika birliyi şəklində olsa da, müstəqil idi.
Bu, tarixdə görünməmiş bir töhfə idi. Çünki dünyada azadlıq və müstəqillikdən böyük qismət ola bilməz, istər fərd üçün, istərsə də xalq üçün.
Və nə yaxşı ki, o dövrdə keçmiş çar Dövlət Dumasının üzvü seçilən bir dəstə şanlı oğullarımız var idi. Çünki az sonra Gürcüstan Zaqafqaziya seymindən ayrılıb öz müstəqilliyini elan edəndə bizim keçmiş Duma vəkilləri də eyni işi görməyə məcbur oldular və az sonra tarixdə ilk müstəqil Azərbaycan dövləti – Azərbaycan Demokratik Cümhuriyyəti meydana gəldi.
Və bu, heç şübhəsiz ki, çar imperiyasını yıxan qüvvələrin başçısı yaramaz Vladimir İliç Ulyanovun töhfəsi idi, hətta özü bunu istəməsə də. Və az sonra bu mənfur adam Azərbaycan Demokratik Cümhuriyyətini məhv etsə də.

(ardı var)

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: