Tərcümələri haqqında

Albert Camus “Yad”

Kamyu deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş “Yad” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir Ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik (burada Kafkanı xatırlamaq yerinə düşər).
Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Kamyu üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamyunun məşhur “absurd” fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi “hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…) İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur”, – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır.

Bakı, Qanun Nəşriyyatı, 2011
136 səh.

Qiyməti: 4 AZN

Реклама
Categories: Tərcümələri haqqında | Оставьте комментарий

Paniyalı Prisk: «Atillanı necə gördüm»

“Çünki Tanrı özü bunu istəyib, müharibə allahı Marsın qılıncını ona göndərmişdir”

Çağdaş Azərbaycanın sonuncu filosofu Əlisa Nicat Paniyalı Priskin Atilla haqqında olan xatirələrini dilimizə çevirib. Hələ illər öncə sovet dönəmində yazmış olduğu “Krallar onun sərkərdəsiydi” adlı hekayəsində Əlisa bəy hun türklərinin başçısının orijinal obrazını yaratmışdı. Atillanı düşmən cəbhədə qərar tutan müasirindən öyrənmək isə daha həyəcanlıdır. Baxmayaraq ki, Prisk romalı idi, amma bütün hallarda hər bir şeydən üstün olan insanlığı onun gerçək bir xatirə yaratmasına səbəb olub. Prisk qeyd edir ki, romalılar Atillanın hər cür tələbinə əməl edir, onun hər cür təhrikinə rəhbərlikdən gələn əmr kimi baxırdılar. Hətta bunu özlərinə alçaqlıq bilsələr də, yenə də Atillanı əzizləməkdə, onun göndərdiyi elçiləri təmtəraqla yola salmaqda davam edirdilər. Atillanın ətrafında dahilər qərar tutmuşdu. Gələcəkdə Romanın varlığına son qoyacaq hun sərkərdəsi Odoakrın atası skif Edikon böyük hərbi qələbələr qazanmış bir şəxs kimi Bizansa göndərilən elçilərə rəhbərlik edirdi.

Читать далее

Categories: Tərcümələri haqqında | Оставьте комментарий

Viktor Suvorov: «Sonuncu respublika»

“ƏN YENİ TƏSCÜMƏ” seriyasından daha bir kitab nəş olundu.

Bütün dünyada Viktor Suvorov kimi tanınan keçmiş SSRİ təhlükəsizlik xidmati polkovniki Vladimir Rezin sovet rejiminin eybəcərliklərinə qarşı çıxmış təqibter üzündən 1978-ci ildə Böyük Britaniyaya qaçmış və həmin ildə o, qiyabi olaraq ölüm cəzasına məhkum edilmişdir.

V.Suvorov xaricdə də boş dayanmamış, bir-birinin ardınca “Xilaskar”, “Akvarium”, “Buzqıran”, “İntihar” və digər kitablannı dərc etdirmiş və bu kitablar dünyanın əksar dillərinə tarcümə olunmuşdur. SSRİ kəşfiyyat sisteminin bütün sirlərinə bələd olan müəllif öz əsərlərində rus imperiyasında baş verən gizli hadisələri, özbaşınalıq va cinayətləri böyük məharətlə açıb göstərə bilmişdir.

“Qanun” nəşriyyatında çap olunan “Sonuncu respublika” V.Suvorovun Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabıdır. Burada asasan Sovet İttifaqının İkinci Dünya müharibəsində uduzması, döyüşçülərin əsassız qırğına verilməsi və digər hallar böyük ustalıqla təsvir və ifşa edilmişdir.

Kitab geniş oxucu auditoriyası üçün nazərdə tutulmuşdur.

Categories: Tərcümələri haqqında | Оставьте комментарий

Ceyms Coys: «Dublinlilər»

Bu əsər — cəmiyyətə qoyulmuş diaqnozdur.
Və bu diaqnoz — ölümdür…
Xalqın taleyinə biganəlik, yaltaqlıq, ləyaqətsizlik, avamlıq…
Azərbaycan oxucusuna da yaxşı tanış olan «Ölülər» teması…
Məşhur irland yazıçısı Ceyms Coysun «Dublinlilər» romanı müstəqil hekayələrdən ibarətdir, onların hər biri cəmiyyətin iliyinə hopan bir bəlanı açıb göstərir.
Bu təsvirlər üzlərdən maskaları dartıb qoparır.
Amma bu hekayələr həm də yazıçının — Vətəninin ingilis işğalından niyə qurtula bilməməsi, millət kimi niyə formalaşa bilməməsi, irlandların öz ölkəsinin taleyinə niyə sahib bilməməsi ilə bağlı düşüncələrindən çıxan ümumi nəticədir.
20-ci əsrin ən böyük yazıçılarından və modernizm cərəyanının mühüm simalarından sayılan, amma SSRİ-də çox tanınmasına şərait yaradılmayan Coysun belə iri həcmli əsəri ilk dəfədir ki, Azərbaycan dilinə tərcümə edilib.
«Qanun» nəşriyyatının çap etdiyi kitabı Azərbaycan dilinə Əlisa Nicat və Ramiz Abbaslı çeviriblər.
Categories: Tərcümələri haqqında | Оставьте комментарий

Создайте бесплатный сайт или блог на WordPress.com.