Şeirlər

Sonuncu «zəlzələ»

Yenə gəldi istilər,
Ürəyə düşmən aylar.
Qoca ürəyi hər gün,
Sərin dağlar haraylar.

Avqust necə olacaq?
Ümid Allaha qalıb.
Bir də bir şəxsiyyətə…
Bəs kim daha qalıb?

Heç bir ümid yeri yox,
Bu iki addan başqa.
İtirəsi heç nə yox
Fani həyatdan başqa. Читать далее

Реклама
Categories: Şeirlər | Оставьте комментарий

Nüşabəyə

Elə keçib gedərdin ki,

Küçə sənə dar gələrdi.

Arxanca dəli küləklər,

Yağış, tufan, qar gələrdi.

 

Sən kimi istəsəydin,

Xoşbəxt edib öldürərdin.

Məcnun kimi dəli edib,

Öz-özünə güldürərdin. Читать далее

Categories: Şeirlər | Оставьте комментарий

Günümüz-güzarımız

Dadlı plov bişirən

Köhnə qazançamız yox.

Qələmimdən savayı

Özgə qazancımız yox.

 

Onun da bir xeylisi

Dava-dərmana gedir.

Ora, bura, rayona

Ya da İrana gedir. Читать далее

Categories: Şeirlər | Оставьте комментарий

Kimdik, kimlərə döndük

(kiçik poema)

Daş ürəkli həmkarlarım,
Qanmaz, paxıl müasirlər,
Necə sirlər yaşadırdı,
Külliyyatım, necə sirlər…

Krosvordlar aşiqiyəm,
Krosvordlar yaradaraq.
Güllələrim açılmayır,
İşlənsə də daraq-daraq.

Böyük olmaq qorxuludur,
Çoxluq görmür, görənlər də,
Paxıllıqdan nifrət edir,
Xəstəlikdir bu bəşərdə. Читать далее

Categories: Şeirlər | Оставьте комментарий

Təbiət yoxsullaşır

Uçub getdi qaranquşlar,

Küsüb getdi Bakımızdan.
Heç kimin yadına düşmür,
Razıyıq idrakımızdan.

Çəmənliklər, meşəliklər,
Ləğv olundu Bakımızdan.
Dəmir-beton evlər tikdik.
Razıyıq idrakımızdan.

Quşlar, böcəklər, arılar,
Yoxa çıxdı Bakımızdan.
Kəpənəklər ləğv edildi,
Razıyıq İdrakımızdan. Читать далее

Categories: Şeirlər | Оставьте комментарий

Mən hansı bir insana bənzədim ki Lenini

Mən hansı bir insana
Bənzədim ki Lenini
Ömrü boyu kütləyə
Yalan küyləmiş olsun
Yüz milyonlarla azad
Fəhlə, kəndli alimi
Kölə eyləmiş olsun.
Mən hansı bir alimə,
Bənzədim ki Lenini
Zəkasıyla dünyanı
Şərə çuğlamış olsun.
Minlərlə, milyonlarla
Haqq söyləyən ağızlar
Yumulsun, xamuş olsun.

Читать далее

Categories: Şeirlər | Метки: | Оставьте комментарий

On bir düha

On bir zəka qəhrəmanı,
On bir göylər sakini,
Əbədilik qəlbimin
Oldular son hakimi.

Birincisi Əlidir
Alicənab qəhrəman,
Müdrik, müqəddəs insan!

Читать далее

Categories: Şeirlər | 1 комментарий

Блог на WordPress.com.