Ruhların söhbəti

Ruhların söhbəti: Lavrenti Beriya və Mir Cəfər Bağırov

24. Lavrenti Beriya və Mir Cəfər Bağırov

beriya2images

BERİYA – Əziz Mir Cəfər, bağışla, səni çox qorudum, amma axırda elə kobud səhv buraxdım ki, özümü də, səni də məhv elədim.
MİR CƏFƏR – Sən də məni bağışla.
BERİYA – Niyə?
MİR CƏFƏR – Məhkəməmdə sənin barəndə bezobidnı olsa da, bir-iki artıq söz dedim.
BERİYA – Eh, artıq nə fərqi, məni söysən də, ya tərifləsən də. Əsas məsələ o idi ki, məni yaramaz Xruşşov artıq məhv etmişdi. Halbuki, mən onu necə asanlıqla aradan götürə bilərdim. Necə bu səhvi buraxdım, bilmirəm.
MİR CƏFƏR – Səhvin onda oldu ki, Xruşşova inandın. Halbuki, biz onu çox təhqir etmişdik. Ona görə gərək ona inanmayaydıq.
BERİYA – Mən düşünürdüm ki, rus xalqını totalitarizm zülmündən azad etməklə bu xalq, onun başbilənləri mənə arxa olacaqlar.
MİR CƏFƏR – Sən rus xalqını tanımırdın? Sən bilmirdin bu xalq yaxşılıq, azadlıq nədir, bilmir. Arvad kimi zoru və gücü sevir.
BERİYA – Elədir. Mən sürətlə sosializmin mənfur cəhətlərini ləğv etmək istəyirdim. Amma unudurdum ki, Xruşşov kimilər həmin o mənfur cəhətlərin hesabına yaşaya bilərlər. Читать далее

Реклама
Categories: Ruhların söhbəti | Оставьте комментарий

Ruhların söhbəti: Stalin və Beriya

23. Stalin və Beriya

stalinDM2109_468x551beriya

STALİN – Lavrenti, sən axırda mənimlə niyə belə rəftar elədin? Hətta boğub öldürdün.
BERİYA – Pato (gürcücə xozeyn), sən artıq bütün reallıq hissini itirib dünya üçün təhlükəli idin. Açıq-aşkar üçüncü dünya müharibəsinə hazırlaşırdın.
STALİN – Hə?
BERİYA – Məgər üçüncü dünya müharibəsinə hazırlaşmırdın? Özü də təzəcə Amerikadan oğurlayıb istehsal etdiyimiz atom bombası ilə. Sən artıq xəstəlikdən tamamilə ağlını itirmişdin. Mən bu bombanın ABŞ-dan oğurlanmasını və istehsalını təşkil etdim ki, Amerika bizi şantaj eləməsin, sən isə onu həqiqətən işə salmaq istəyirdin. İkincisi, bütün Siyasi Büronu həbs etdirib güllələtmək niyyətində idin, elə deyilmi?
STALİN – Hə, doğrudur. Çünki hamınız ingilis casusları idiniz.
BERİYA – Ay pato, nə ingilis, nə casus? Molotov kimi dünyada sənə sadiq olan bir adam ingilis casusu ola bilərdimi?
STALİN – İnsan nə desən, edə bilər. Sən insan təbiətinə bələd deyilsən. Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Ruhların söhbəti: Polyak və rus

22. Polyak və rus

yazi

POLYAK – Adə, ay haramzadə, ay Allahın bici, nə istəyirsən məndən? Min ildir zəhərli sarmaşıq ağaca sarılıb onu inkişafa qoymadığı kimi, daim yapışmısan məndən, əl çəkmirsən. Axı, nə istəyirsən? Məqsədin nədir? Say çoxluğundan, alman hərbi generallarının beyni və dəyərsiz kölə saldatların çəyirtkə kimi axını ilə neçə yüz ildir əl çəkmirsən məndən.
RUS – Neyləyim, almana, fransıza, ingilisə gücüm çatmır. Həm zəka, həm istedad, həm hərbi hünər, həm də ləyaqət ilə hamısından necə çarəsizcəsinə aşağı olduğumu görüb acığımı səndən çıxıram. Sənə ki gücüm çatır, səni ki əzib-parçalayıram, ürəyim az da olsa, təsəlli tapır.
POLYAK – Ay yaramaz haramzadə, bir halda ki, öz ərazin, öz torpaqların ucsuz-bucaqsızdır, bir halda ki, özün daim kölə, ac və bədbəxtsən, nə olar ki, otur öz xarabanda. Dost əlini uzat, uzaq qohum kimi, dost kimi mehriban olaq! Hansı yaxşıdır, bizi parçalayıb daim sataşmaq, ya əl-ələ verib dost-qardaş olmaq? Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Ruhların söhbəti: Rus və yəhudi

21. Rus və yəhudi

RUS – Bilmirəm sizin əlinizdən hara qaçım? Belə də iş olar? Dünyanın yarısını fəth edəsən, amma özün itaətdə saxladıqlarının köləsi olasan. Necə qurtarım bu bəladan, bilmirəm.
YƏHUDİ – Bu bəlaya səni Allah salıb. Çünki Allah səni ancaq üç şey üçün yaradıb: saldat, fəhlə və mujik olmaq üçün. İstəyirsən göyə çıx, sən bu işlərdən başqa heç nədə kara gələ bilməyəcəksən. Lap bütün dünyanın sahibi olsan da, yenə belə qalacaqsan.
RUS – Niyə, bəs Pyotra qədər necə yaşayırdım?
YƏHUDİ – Lap pis, bağışla məni, heyvan kimi. Yenə sağ olsun Pyotr ki, öz qohumları olan almanları çağırıb sizi bir az səliqəyə saldı, tərbiyələndirdi, bir az adama oxşatdı. Bilirsizmi, sizi yıxan da özgələrdir, qaldıran da.
RUS – Necə yəni?
YƏHUDİ – Sizin yaradıcı şəxsiyyətlərinizin 90 faizindən çoxu özgələrdir. Sizi uçuruma aparanların, başınıza bəla açanların da 80-90 faizi yadlardır. Başlayaq Puşkindən. Lap Ryurikdən bu yana bütün çarlarınız alman, bütün böyük generallarınız alman, fransız, türk, yəhudi, bütün sənətkarlarınız alman, fransız, yunan, polyak. Adlarını sadalayımmı?
RUS – Yox. Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Ruhların söhbəti: Türk və fars

20. Türk və fars

TÜRK – Doğru deyirlər ki, qızıl taxtım olunca, qızıl batxım olaydı. Bu necə işdir, necə bəxtdir ki, 2500 illik tarix ərzində hadisələr bircə dəfə də sənin zərərinə həll olunmamışdır?
FARS – Necə yəni?
TÜRK – Necəsi yoxdur ki. Min ildən çoxdur ki, İrada hakimiyyət bizdə ola-ola, hakim xalq biz ola-ola, axırda səfasını görən, kef eliyən, qazanan siz oldunuz. Qanımızı tökən biz, səfasını görən siz. Siz bizim yerimizdə olsaydınız, bilirsinizmi neylərdiz?
FARS – Neylərdik?
TÜRK – Ya bizi tamamilə qırıb, ya qovub, yaxud da assimilyasiya edərdiniz, necə ki, edirsiz. Elədirmi?
FARS – Ola bilər. Ancaq yalnız assimilyasiya olmağa etiraz etməyən xalqı assimilyasiya etmək olar.
TÜRK – A kişi, necə yəni ola bilər ki, 50-60 il ərzində Pəhləvilər başımıza nə oyun açmadı. Bir az da keçsəydi, hamımız dönüb ya «dəxo» olacaqdıq, ya da SAVAK-ın casusu. Amma biz, min il ərzində nəinki sizə güldən ağır söz demədik, hətta sizin üçün dünya şöhrətli poeziya inciləri yaratdıq. Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Ruhların söhbəti: 19. Stalin və Hitler

19. Stalin və Hitler

hitler-stalin

STALİN – Adolf, sən mənimçün ideal idin, amma nə boyda, qrandioznı planımı pozdun.
HİTLER – Hə, elədir. Mən dünyanı xilas elədim, amma sən generalisimus oldun.
STALİN – Çünki axmaq Ruzveltin və sərxoş Çörçillin və torpaq hərisi olan rusların sayəsində.
HİTLER – Amma sən axmaqların, mən isə ağıllıların kumiri oldum.
STALİN – Ona görə də sənin pərəstişkarların tək-tük, mənimki isə çox-çoxdur.
HİTLER – Niyə demirsən ki, sənin kitablarının üzünə baxan yoxdur, mənimki isə hələ də əldən-ələ gəzir.
STALİN – Adolf, bəs niyə belə? Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Ruhların söhbəti: 18. Azərbaycanlı və erməni

18. Azərbaycanlı və erməni

Untitled-1

Dialoq 1991-ci ildə yazıldığından bəzi sonrakı hadisələr hələ əksini tapmayıb.

AZƏRBAYCANLI – Ay dinc yaşaya bilməyən erməni, Qarabağı aldın, ya yox? Özünü də bəlaya saldın, bizi də.
ERMƏNİ – Bu gün almasam da, sabah alacağam. Nə bilim ki, ruslar mənimlə siçan-pişik oynayacaq. Amma niyə belə elədilər, hələ də başa düşə bilmirəm.
AZƏRBAYCANLI – Çünki nə onları tanıyırsan, nə bizi, nə də özünüzü.
ERMƏNİ – Hər halda, sizi yaxşı tanıyıram, tanımasaydım, bu işi başlamazdım. Sən yaxşı bilməsən də mən yaxşı bilirəm ki, 1920-ci ildə mənim ərazim cəmi 14 min kvadrat kilometr idi, indi isə Allaha şükür, 30 min olub. Mən 70 ildir sənin haqqında nə istəsəm yazıram, amma sən indi-indi ağzını açıb danışmağa başlamısan, o da ki, belə.
AZƏRBAYCANLI – Mən neyləyim, Allah lənət eləsin mənə rəhbərlik edənlərə. Ağzıma bir yumruq tıxamışlar ki, yazmaq nədi, hələ heç nəfəs ala bilmirdim. Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Ruhların söhbəti: Ruzvelt, Çörçill və Stalin

17. Ruzvelt, Çörçill və Stalin

69954888_280pxFDR_in_1933910914141297147700_k4

RUZVELT – İosif Vissarionoviç, bu qədər yaxşılıqlarımızın əvəzində bizi aldatdın, neçə gözəl, azad ölkəni işğal edib öz gününüzə saldın, de görüm, bununla nə qazandın? Neçə-neçə ölkədə totalitar rejim yaratmağın sənə nə faydası oldu?
STALİN – O xeyri oldu ki…
RUZVELT – Dayan, sözümü qurtarım. Kobudluğun hələ də qalır. Hə, Asiya, Afrika, Latın Amerikasının 5-6 ölkəsində sosializm qurdun. Onları saxlamaq üçün ildə neçə milyard zərərə düşürsüz?
STALİN – Hə, indi olar?
RUZVELT – Buyur.
STALİN – Əvvələn, özünüz məndən yaxşı bilirsiz ki, siyasət aldatmaqdır. Xüsusilə, Çörçill kimi qoca tülkünü aldatmaqdan ləzzətli nə ola bilər? Axı o da, mən də bilirdik ki, əməkdaşlığımız iki düşmənin üçüncü düşmənə qarşı məcburi, müvəqqəti ittifaqıdır. Zərərə gəldikdə isə, sovet imperiyasının ucu-bucağı yox, təbii ehtiyatlarımız da bitib-tükənməz. Necə deyərlər, nə gedir bağdan gedir, bağbandan heç nə getmir. İndi ildə 5-10 milyard nədir ki… Əvəzində gör neçə dövlət çaldığımızla oynayır.
ÇÖRÇİLL – Çəkməçi oğlu, deməli, sən bundan ləzzət alırmışsan. Mən elə bilirdim ki, sən ancaq adamların başını daldan güllələtməkdən ləzzət alırsan.
STALİN – Hansı adamları deyirsən? Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Ruhların söhbəti: 16. Sezar və Pompey

16. Sezar və Pompey

121

POMPEY – Yuli, müasirlərimiz adını «böyük» epiteti ilə çağırırdılar, amma sonra gələnlər bunu dandılar. Niyə belə?
SEZAR – Müasirlər adətən, düz görmürlər və obyektiv qiymətləndirə bilmirlər. Sonra gələnlərin isə artıq subyektiv olmalarına heç bir əsas olmur.
POMPEY – Deyirsən, mənim əməllərimdə heç bir böyüklük yox idi?
SEZAR – Məğlub olana «böyük» demirlər.
POMPEY – Bəs mən axı, qalib də gəlmişdim. Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Ruhların söhbəti: II Nikolay, Lenin və Stalin

15. II Nikolay, Lenin və Stalin

1326304263_2lenin1stalin

II NİKOLAY – Hə, İosif Vissarionoviç, axır ki, gəlib çıxdınız. 36 ildir sizi gözləyirdim.

STALİN – Buyurun yoldaş, bağışlayın, cənab Nikolay, mənə sözünüz var?
II NİKOLAY – Hələ soruşursan da. İndi ki Vladimir İliç də burdadır, sualım ikinizə də aiddir. Əvvələn, ey ədalət carçıları, mən istəsəydim, sizin ikinizi də istədiyim vaxt öldürtdürə bilərdim və buna görə heç kim məni danlamazdı da, çünki hər ikiniz mənə və hakimiyyətimə qarşı açıq-aşkar silahlı üsyana çağırırdınız. Amma mən axmaq neyləyirdim, sizi və başqa qatı, düzəlməz, rəhmsiz düşmənlərimi ağıllandırmaq istəyir, ölkənin səfalı guşələrinə istirahətə göndərirdim, elədirmi?
LENİN – Bəli, sözlərinizdə müəyyən həqiqət var. Şuşenskoye həqiqətən, pis yer deyildi.
II NİKOLAY – Hər halda, sizə ki toxunmurdum. Bəs siz neylədiniz? Məni, ailəmi, xəstə oğlumu, hətta körpə uşaqlarımı belə güllələtdirdiniz. Məgər siz də məni ya daxilə, ya da xaricə sürgün edə bilməzdiniz?
LENİN – Bilirsiniz, bir az anlaşılmazlıq, daha doğrusu, özbaşınalıq oldu.
II NİKOLAY – Yalan deyirsən, bircə dənə teleqram vursaydın, heç kim bizə toxuna bilməzdi. Читать далее

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Блог на WordPress.com.