Qızıl fəlsəfə

ALİ İDRAKLILAR ÜÇÜN KİTAB

Nitsşenin külliyyatından qızıl fraqmentlər

«XEYİR VƏ ŞƏRİN O TAYINDA» əsərindən

9-cu fraqment
(bir parça)

Siz öz həyatınızı Təbiətin tələbləri ilə uyğunlaşdırmaqmı istəyirsiz? Eh, siz alicənab stoiksiniz. Axı, sizin sözünüz təmiz yalandır. Özlüyünüzdə Təbiət kimi əndazəsiz bir bədxərc təsəvvür edin, eləcə, sonsuz dərəcədə biganə, heç bir məqsəd, heç bir hörmət, şəfqət, heç bir ədalət bilməyən məhsuldar, barsız və eyni bir vaxtda dönük təsəvvür edin, öz-özlüyünüzdə tamamilə hər şeyə tam laqeydlik təsəvvür edin və həm də hər şeyə qadir olan bir qüdrət timsalında, məgər siz öz həyatınızı bu cür tam bir biganəliyin tələblərilə həmahəng etmək istərdinizmi? Məgər həyat – qiymətləndirmək, nəyəsə üstünlük vermək, ədalətsiz olmaq, məhdud olmaq, öz fərqli xüsusiyyətlərinə malik olmaq arzusu kimi ifadə olunmurmu? Yaxşı, tutaq ki, sizin imperativiniz «Təbiətə uyğun yaşamalı» – bu ki, mahiyyətcə həyata uyğun həyat tələbinə bərabərdir, eləcə, məgər bu hökmün dalınca getməmək sizdən asılı deyilmi? Bəs onda özünüzə öz mahiyyətinizdən və nə olmalısınızsa, ondan doğan prinsip yaratmaq nəyə lazımdır? Читать далее

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Su və insanlar

(Fəlsəfi etüdlər silsiləsindən)

Dəniz qırağında qalıb dalğaları sayan axmaq bir məxluq cəmi 200 ilə necə atomu gördü, kompyuter yaratdı, atom bombası düzəltdi?

«Su həyatdır» deyirlər. Çox ümumi olsa da, doğru fikirdir. Bir az dərinliyə gedək. İki element, iki qaz – hidrogen və oksigen birləşir və tamamilə… gözlənilməz, ağlasığmaz, qəribə və möcüzəli bir maddə – su əmələ gəlir.
Bəs yer üzərində ilk dəfə bu qədər su – okeanlar necə əmələ gəlib? Bu qədər oksigen necə yaranıb? Bəli, bu sirdir.
Bununla işimiz yoxdur. Okean əmələ gəlib, amma təbii ki, Yerin – planetin əsasını Mendeleyev cədvəlinin demək olar ki, bütün elementlərinin cəmi toplantısı təşkil edir. Və bu elementlərin hamısının oksidləri, duzları və başqa fermentləri, maddələri var.
Nəticədə onlar tədricən okean çalxalanması, dalğalanması ilə əriyib nəhəng bir «bulyon» əmələ gətirirlər ki, hazırda okean suyunun hər qramında demək olar ki, bütün elementlərin ərintisi var. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

ALİ İDRAKLILAR ÜÇÜN KİTAB

Nitsşenin külliyyatından qızıl seçmələr

«ŞƏN ELM» əsərindən

278-ci fraqment

Ölüm haqqında düşüncələr, mənə bu dalancıqlarda baş verən hay-küy, tələbatlar, qışqırıqlar arasında yaşamaq melanxoliyası xüsusi bir ləzzət verir: hər an nə qədər həzzlər, səbrsizliklər, istəklər, nə qədər yaşamaq aclığı və həyatdan sərməstliklər üzə çıxır və lakin cəmi bir az sonra bu səs-küy salanlar, bu yaşayanlar, həyat üçün, bu əldən gedənlər üçün necə də dinclik başlayacaq! Necə ki, hər kəsi arxasında onun kölgəsi, onun tutqun səyyarəsi gözləyir! Tamamilə köçənlərlə dolu bir gəminin fit verib yola düşməsinin son anlarını yada salın: hamı bir-birinə həmişə olduğundan daha çox söz demək istəyir, vaxtsa azdır. Acgöz, öz ovuna əmin olan okean isə öz səhra sükutu ilə bütün bu səs-küyün bitməsini gözləyir və hamı, hamı fikirləşir ki, hələ indiyə kimi heç nə olmayıb, ya da çox az şey olub, yaxın gələcəkdə hər şey düzələcək və olacaq: və bu tələsmələr, bu qışqırıqlar, bu qulaqbatırmalar, bu «samonaduvatelstvo»lar da, hamısı bununçundur, hamı bu gələcəkdə birinci olmaq istəyir və lakin ölüm və ölüm dincliyi bu gələcəyin hamı üçün yeganə və etibarlı hadisədir ki, nə qədər təəccüblü olsa da, adamların üzərində demək olar ki, heç bir hökmü yoxdur və o, ölümqabağı hamının digərinə özünü qardaş hiss etməli olduğu bu adamlardan ən uzaq şeydir. Mənə ləzzət verir ki, adamlar ölüm barədə fikirləşməyi qətiyyən xoşlamırlar. Mən məmnuniyyətlə nəsə edərdim ki, onlar həyat haqqında fikirləşsinlər. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Nitsşenin külliyyatından qızıl seçmələr

«ŞƏN ELM» əsərindən

361-ci fraqmen

Aktyorluq problemi barədə

Aktyor problemi məni hər şeydən çox narahat edib (bəzən indi də), görəsən, bununla mənim üçün aydın olmayan «sənətkar» anlayışını izah etmək mümkünmü, o anlayış ki, indiyəcən bağışlanmaz bir üzgörənliklə davranıblar, ürəkdən gələn yalan, gücün üzdəniraq xarakteri kənara itələyib onu ayaq altına salıb, bəzən lap axırına çıxaran hiyləgərliyə məhəbbəti, rol oynamağa, maskalanmağa və pozaya daxili meyl; mühitə uyğunlaşmağın hər cür növündə məharətlər bolluğu, artıq yalnız yaxın adama qulluq etmək kimi ən zəruri tələbatlardan doymaq: bəlkə də, bütün bunlar yalnız elə-belə aktyor üçün məhdudlaşmır, belə instinkt, güman ki, hər gün dəyişən əsarət və məcburiyyət ucbatından öz həyatını sürüyə-sürüyə aparmağa məcbur olan aşağı zümrə ailələrində bu instinkt daha asanlıqla inkişaf edir, o ailələr ki, ağır asılı vəziyyətdə «ayağını yorğanına görə uzat» səbəbindən yeni şəraitin əmələ gəlməsiylə həyatlarını ustalıqla yenidən qurmağa məcbur olurlar ki, öz davranışlarının növünü və çeşidini daim yeniləşdirsinlər – bu cür instinkt ardıcıl olaraq insanı hər cür külək üçün münasib olan mantiya geymək bacarığına sahib olur ki, onun özünü də demək olar ki, əvvəl-axır mantiyaya, gizlinpaç oyununun əbədi mücəssiməsinin canlı nümunəsinə çevirir ki, bu da heyvanlarda mimicru adlanır: ta nəticədə nəsildən-nəsilə toplanan bu sərvət hökmlü, dərrakəsiz, azğın bir tipə çevrilsin, instinkt kimi özgə instinktlərə əmr verməyə vərdiş etməyi öyrənsin və aktyoru, hər şeydən əvvəl hoqqabazı, lağlağını, təlxəyi, axmağı, klounu və eyni zamanda klassik lakey Jil Blazanı tərbiyə etsin: zira, bu cür tiplərdə sənətkar və çox vaxt hətta «dahinin» prototipləri meydana çıxır və cəmiyyətin daha yüksək dairələrində eyni əsarətin təsiri altında bu növ adamlar da meydana çıxır: lakin orda çox zaman aktyor instinkti başqa instinktlərin, məsələn, «diplomatın» yüyənində dayanır və yeri gəlmişkən, belə bir qənaətdəyəm ki, yaxşı diplomatın səhnədə yaxşı aktyor olmasına heç kim mane olmur (əgər kimsə «mane olursa»). Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Nitsşenin külliyyatından qızıl fraqmentlər

«BÜTLƏRİN TORANLIĞI» əsərindən

51-ci fraqment

Məndən çox vaxt soruşurlar, niyə mən alman dilində yazıram: Heç yerdə məni vətəndə olduğu kimi pis oxumurlar. Lakin kim bilir, istəyirəmmi ki, hazırkı zamanda məni oxusunlar? Elə şeylər yaratmalı ki, zaman, ölməz forma və mahiyyət üzərində əlləşib əbəs yerə diş sındırsın. Bax, belə şeylər üzərində əlləşməkdə mən qeyri-təvazökaram.
«Əbədiyyətin» forma əsası sayılan aforizmlər, sentensiyalar yaratmaqda mən almanlar arasında birinci ustayam. Mən öyünürəm ki, bəzilərinin bütöv bir kitab yazmalı olduğu, digərlərinə isə hətta bu da kifayət etmədiyi mətləbləri cəmi on cümlədə ifadə edə bilirəm. Mən bəşəriyyətə onun heç vaxt sahib olmadığı dünyanın ən dərin kitablarından birini, məhz öz «Zərdüşt»ümü bağışlamışam; yaxınlarda isə ən müstəqil kitabımı da bağışlayacağam. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Nitsşenin külliyyatından qızıl fraqmentlər

Ölüm həyatın ziddinədir, – deməkdən çəkinməliyik. Canlılar ölümün xüsusi bir növüdür, həm də çox nadir növü. Dünya daim yeniliklər yaradır, – fikrindən də çəkinməliyik. Əbədi mövcud olan heç bir substansiya yoxdur. Materiya da ilahiyyat kimi yanlış düşüncənin məhsuludur, əlbəttə, yalnız ealitlərin anladığı mənada. Biz nə zaman insanı xalis şəkildə təbiətləşdirsək, onda da təbiətdən azad olan yeni insan tapdığımızı iddia etməyə haqqımız olacaq.

«DAN ŞƏFƏQİ» əsərindən

Ön söz

Bu kitabda yer altında yaşayan adam iş vaxtı aşkara çıxarılır; torpağı buran, qazan, qazmaqla özünə yol açan insan. Kimin ki, dərin-dərin dərinliklərdə görülən işləri görməyə qadir olan gözləri var, görməyə bilməz ki, bu adam uzun müddət işıqsız və havasız qalmağından özünü çox da narahat hiss etmədən necə yavaş-yavaş, ehtiyatla, səbrlə irəliləyir. Belə düşünmək olar ki, o, hətta bu zülmətdə öz işindən və həyatından razıdır da. Hansı bir inamsa onu çəkib aparmırmı? Hansı bir təsəllisə onu mükafatlandırmırmı? Başa düşülməyən, müəmmalı, anlaşılmaz olub qalaraq o, öz səhəri var, öz xilası, öz dan şəfəqi var deyə, öz zülmətinə səbrlə dözməyəcəkmi?
O, yenə bura qayıdacaq; lakin onu sorğu-suala çəkməyin ki, orada, yer altında o, nə istəyir? Əgər təzədən insan olacaqsa, o, özü bu haqda bizə danışacaq, bu yalançı trofoni, bu yeraltı sakin! Onun kimi, köstəbək kimi uzun müddət tənhalıqda olanlar lal olmağı unudurlar. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Suallar, suallar

Dünyada nə ilə təsəlli tapmaq olar? Hey fikirləşirəm, tapa bilmirəm. Hətta qədim hind «upanişadları» da köməyə gəlmir.

İnsan nədirsə, nə olursa, kim olursa, mığmığa kimi bir şeydir. Səhərdən-axşama kimi rahatlıq bilmədən vurnuxan, özünü ora-bura vuran bu ötəri molekullar, atomlar, hüceyrələr və neyronlar toplusu eləcə, bir yığın mığmığa kimi əlləşir, vurnuxur, xəbəri olmur ki, zaman onunçün nə hazırlayır.
Əslində nə hazırladığını bilir, amma Burulğanın ondan yan keçəcəyini düşünür. Nəinki düşünür, hətta buna əmindir.
Burulğan isə kordur, kimi aparacağının fərqində deyil.
Amma yox, heç vaxt o, heç kimi yandırıb-yaxmır. Əgər özün arvad-uşağını «tabuta» mindirib, saatda 120-150 kilometr sürməsən, Burulğan heç vaxt adama dağ çəkmir.
O, tədricən, hiss olunmadan, zərrə-zərrə qoparıb aparır.
Nəsə yenə bir sual beynimi döyəcləyir: Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Nitsşenin külliyyatından qızıl fraqmentlər

685-ci fraqment

İnsanın böyük keçmişini fikrən seyrə dalanda məni hər şeydən artıq nə heyrətə salır? O ki, mən orada daim Darvin və onun məktəbinin hazırda gördüklərinin və görmək istədiklərinin, yəni daha güclü, daha uğurlu nüsxələrinin seçimi xeyrinə, növün tərəqqisinin qələbəsi naminə deyilənlərin tamamilə tərsini görürəm. Çünki məhz bunun əksinə olanlar gözə dəyir: xoşbəxt birləşmələrin nəticələrinin məhvi, ali nümunə nümayəndələrinin faydasızlığı, ortabab və ortababdan da aşağı tiplərin ağalığının labüdlüyü!
O hakimiyyət əzmi ki, mən hər cür dəyişmənin son nəticəsi kimi görürəm, əlimizə belə bir əsas verir anlayaq ki, seçmə, – istisnalar və xoşbəxt təsadüflər xeyrinə baş vermir, daha güclü və xoşbəxtlər onlara qarşı çıxan sürü təşkilatlanmanın instinktləri, zəiflərin qorxaqlığı və say üstünlüyü ilə üz-üzə gələndə məlum olur ki, bu mübarizə üçün çox zəifdirlər. Hər hansı növün hakimiyyət yüksəlişi yalnız o halda mümkündür ki, onun orta və aşağı tiplərinin deyil, uğurlu, güclü nüsxələrin üstünlüyü halda mümkündür. Birincilər güclü məhsuldarlıqları və davamiyyətləri ilə seçildikləri halda, ikincilər təhlükələrə məruz qalmaları, tez sıradan çıxmaları və növ kimi saylarının sürətlə azalmaları ilə Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Ömür

İnsan öz səhvi ucundan və ya biganəlikdən istədiyi yaşda ölə bilər:

Xeyirxah Şah İsmayıl kimi 38 yaşında da.
Lakin şər yaşamaq istəyilə də cəmi 60 baharlı ömür yaşamaq olar, – Şah Abbas kimi.
Şah İsmayıl doyub getdi, Şah Abbas isə doymadan.
Ancaq bunlar başqa nümunə, həyatda istisnalardır.
Allah bütün canlılardan fərqli olaraq insana konkret yaşamaq müddəti ayırmayıb. İnsan nə qədər istəsə, yaşaya bilər. Hazırda bizdə orta yaş müddəti 60-65-dir.
Amma 100 yaşlı, hətta daha çox yaşayanlar da doludur. Bəs Allah niyə belə edib, biz bu barədə yazmışıq. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Nitsşenin külliyyatından qızıl fraqmentlər

59-cu fraqment

Antik dünyanın bütün əməyi faydasız oldu. Mən bu fəlakətli fakt qarşısında hiss etdiklərimi ifadə etmək üçün kifayət qədər güclü sözlər tapmaqda acizəm. Bir halda ki, bu, hələ ilkin əmək idi, hələ yalnız minillik üçün özünüdərkin qranit fundamenti idi, onda antik dünyanın varlığının bütün mənası heçə dönür.
Yunanlar, romalılar! İnstinkt alicənablığı, zövq, metodik tədqiqat, təşkilatçılıq və idarəçilik dühası, inam, bəşəriyyət üçün gələcək əzmi və ona edilən himayədarlıq, «İmperium Romanii» simasında hamı üçün eyni olan böyük dəstək, yüksək üslub, lakin incəsənət şəklində deyil, gerçəklik, həqiqət, həyatın özü – və bütün bu zəhmət heç də hər hansı bir katastrofdan deyil, almanlar və onlara bənzər yavaşgedənlər tərəfindən deyil, yox, onu əl altından gözəgörünməzlər, hiyləgərlər, qansız vampirlər məhv etdilər; ona qalib gəlmədilər, qanını içdilər!
Gizli qisas hərisliyi və cılız paxıllıq hissi üstün gəldi! Hər cür dılğır və pis hisslərin sahibləri, bütün dünya mənəviyyat səfilləri birdən-birə mütləqiyyətə çevrildilər. Читать далее

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Блог на WordPress.com.