Nağıllara dönən tarix

Tolstoyun böyüklüyü

I Nikolayın bir gün ərzində nə qədər riyakar və hətta pozğun əməllərdən çıxdığını təsvir edən Tolstoyun bu cəsarəti və əzəməti önündə baş əyməmək mümkün olmur

Hər hansı bir yazıçımızdan və ya filoloq-professordan soruşsan ki, Tolstoy necə yazıçıdır, deyəcək dahi. Bu dahilik nədə təzahur edir? Deyəcək nə bilim, belə realistdir, belə güclüdür, belə sənətkardır.
Yəni Tolstoyun böyüklüyünün konkret olaraq göstəricisi olan heç nə deyə bilməyəcəklər.
Gəlin biz bu cəhətdən yazıçının «Hacı Murad» povestinə müraciət edib, Tolstoyun böyüklüyünün nədə olduğunu aydınlaşdıraq.
Ümumiyyətlə, özünə, özünkülərə və öz xalqına münasibətdə obyektiv olmaq çətindir. Siyasi müxalifətçilik hələ bu deyil. Hər cür müxalifətçi sadəcə, satirik də ola bilər.
Lakin öz millətini, onun xarakter və təbiətindəki eyibləri, özü də heç cür düzəlməyən eyibləri görmək və bunu açıb göstərmək çox nəhəng bir ürək istəyir. Читать далее

Реклама
Categories: Nağıllara dönən tarix | Оставьте комментарий

Azərbaycanın 20 amansız düşməni

4. Qarpaq

(milladdan əvvəl VI əsrin ikinci yarısı)

Qarpaq, Midiya çarı Astiaqın baş komandanı idi. «Tarixin atası» Herodotun yazdığına görə, onun hansı bir pis əməlinə görəsə Astiaq sərkərdəsini ağır cəzalandırıb öz oğlunun bozbaşına qonaq etmişdi.
Aydındır ki, Qarpaq bunu unuda bilməzdi və qisas hissi ilə yanıb-yaxılırdı.
Göründüyü kimi Astiaq çox ağılsız bir hökmdar olub. Belə ki, bu cür qəddarcasına cəzalandırdığı bir adamı yenə də ordu başçısı kimi saxlayıb.
Qarpaq hiyləgərcəsinə özünü çox sakit aparıb, nifrətini hər vəchlə gizlədir. Читать далее

Categories: Nağıllara dönən tarix | Оставьте комментарий

Zərdüş Ağsoylu

Eramızdan əvvəl VII əsrin 20-ci illəri…….Dünyada ilk ehramlar ucaldıb, ilk əsatirlər yaradan şumərlər öz tarixlərini gil lövhəciklərə həkk edib çoxdan tarix meydanını tərk etmişdilər. Anadolu hetləri də yalnız qonşu xalqların xatirələrində yaşayırdılar. Hetlərin İtaliyanın şimalına köçən övladları isə “tuskilər” adıyla (etrusklar) orada tamamilə yeni bir sivilizasiya yaratsalar da, əcdadları kimi nənəyə nənə, oğlana oğlan, akkaya (atalığa) akka……… deyirdilər.
Zaman o zaman idi ki, ən ulu türk ocaqlarından Elam Assur aslanlarının zərbələrindən xarabazara dönüb tüstülənirdi. Bu beş əsrdən bəri yaxın şərqi tapdaq altında qoyan assuriyalıların əzəmətinin son parıltısı idi. Amma xəbərləri yox idi ki, elamların qardaşları midiyalılar cəmi 10-15 il sonra onlara elə bir divan tutacaqlar ki, hətta yaddaşlarda, xatirələrdə belə qalmayacaqlar.
Dünya bu böyük sarsıntı ərəfəsində idi. 
Yaxın şərqin gözləri Ağbatandan doğan təzə günəşin şəfəqlərindən qamaşmaqdaydı. Midiyada isə ondan qat-qat parlaq bir günəş doğurdu. Bu günəş ordu, güc və mütləqiyyət günəşi deyildi. İdrak və zəka günəşi idi. Читать далее

Categories: Nağıllara dönən tarix | Оставьте комментарий

Mete və onun Pinçen qələbəsi

Əslində Türklər həm gündoğar, həm də günbatarda eyni vaxtda “Vura!” sədaları ilə tarixin ilk səhifələrini açmışlar. Bunlar Hun və Şumer türkləridir Şumerlərin ulu qədimlərin zülmətində məşəl kimi yanan sivilizasiyası daşa dönmüş gil lövhəciklərdə bizim günlərə kimi gəlib çıxdığı halda, Hunların dəri və taxta üzərində yazılan mədəniyyət və tarixi zamanın tozu altında çürüyüb getmişdir.

Lakin, ulu Tanrı böyük əməllər sahibini yaradanda onun ölməzliyi qayğısına qalmağıda unutmur. Kimin ağlına gələrdi ki, eramızdan əvvəl 145-ci ildə-Metenin ölümündən cəmi 30 il sonra Hun-Çin müharibələrinin ən qızğın bir dövründə Çinin Xançen əyalətində bir oğlan dünyaya gələcək və öz xalqının düşmənlərinin tarixini olduğu kimi, bəzəksiz-düzəksiz əks etdirib gələcək bütün türkdilli xalqlar üçün misilsiz xidmət göstərəcək. Bu, Sıma Syan idi.

Читать далее

Categories: Nağıllara dönən tarix | Оставьте комментарий

Tarixdən öncə

Dünyada hələ tarix yox idi.Tarix səni gözləyirdi.Ancaq sən Afina Pallada kimi qılınclı-qalxanlı doğuldun.

Hardan yürüşə başlamısan?

İlk yayın harda dartılıb,ilk oxun harda vıyıldayıb?

Axı Sarı dəniz sahilindən Atlantika sahillərinə təkin torpaq hər yerdə sənin keçmişini,sənin hünərini örtüb.Heç yerdə torpağa toxunmaq olmur.Hər qarış yerdən sənin qılıncın,sənin qəzəbin çıxır.

Hərdən yorğun yay axşamlarında,soyuq qış günlərinin dadlı mürgüsündə gözlərimi yumub sənin ilk yürüşünü təsəvvürümdə canlandırmağa çalışıram.

…Tarixin uzaq alatoranında Altay dağlarının cənub ətəklərində səfalı yaylaqlar,yaşıl düzənliklər diyarında günlərin bir günü igidlər gördülər ki,babaların ulu yurdu-ata-baba ocağı artıq onların ilxıları,sürüləri üçün çox darısqaldır.

Читать далее

Categories: Nağıllara dönən tarix | Оставьте комментарий

Создайте бесплатный сайт или блог на WordPress.com.