Müsahibələr

“Lənkəranda Şərqiyə adında qızı sevirdim, alınmadı”

elisa nicat (1)“Bizim xalq üçün azadlıqla köləliyin bir fərqi yoxdur”

“Qafqazinfo” yazıçı Əlisa Nicatın müsahibəsini təqdim edir:

— Nədən narazıdır bu gün Əlisa Nicat? Layiqli diqqəti görürsünüzmü özünüzə qarşı? 
— Həm şəxsi, həm ictimai, həm də ədəbi həyatımdan, ailəm, dost-tanış və ətrafımdan çox razıyam. Dövlətin qayğısı isə məsələn, prezident təqaüdüylə bağlı məktub da yazmışdım, onu da Fatma xanım Abdullazadə qoymur, imkan vermir baxılmağına. Başqa heç bir narazılığım yoxdur. Qəzetdir işləyirəm, yazıçıya nə lazımdır? Fikrini ifadə etsin, düşüncələrini açıq çatdırsın, yazsın.

— Sərbəst, istədiyiniz yazını yazıb yayımlaya bilirsiniz? 
— Bəli. 15 ildir “Hürriyət” qəzetində çalışıram, hələ heç vaxt mənə deyilməyib ki, bu olar, bu olmaz. Və ya sifarişli yazmamışam. Nəyi ürəyim istəyib yazmışam. Romanlarım, povestlərim hamısı qəzetdə çıxıb. Eyni zamanda da ictimai — siyasi, publisistik, tarixi, fəlsəfi, psixoloji və hətta musiqili mövzularda da yazmışam. Məsələn, Bethovenin sonataları. Dünyada bu mövzuda yazılmayıb. Düzdü, hələ başa çatdırmamışam, hələ ki, 16 sonatasına şərh yazmışam. Bir-bir dinlədikcə hər birində Bethovenin nə demək istədiyini, hansı hissləri, ideyaları əks etdirmək istədiyini şərh etmişəm. Təsəvvür edin ki, onları heç bir-birindən ayırmaq olmur, amma mən hər birinin sujetini, ideyasını, açmasını yazmışam. Mən, ümumiyyətlə musiqiylə çox məşğul olmuşam. Lap balaca olduğum vaxtlardan. Məsələn, 1 — 2-ci siniflərdə oxuyanda “Arşın mal alan”ı əzbər bilirdim.  Читать далее

Categories: Müsahibələr | Оставьте комментарий

““Raykom” qızını öpdüm, polkovnik qızını isə…”

14 yaşında sevəsən, amma həmin qızı hələ də xatırlayasan. Altmış ildən sonra o qız yuxularına gələ, xəyalında yaşaya…Bəlkə də çoxlarınız inanmayacaq, amma doğrudan da bu belədir. Ömrünün ahıl çağlarını yaşayan sevimli yazıçımız Əlisa Nicat illərin o tayından boylanan alagözlü Şərqiyyəni hələ də unutmayıb. Dediyinə görə, hələ də yuxularında gülərüzlü o Lənkəran gözəlini görür və kövrəlir. Həmin gün yenidən uşaqlığına, yeniyetməlik çağına qayıdır. Uşaqlığını içində qoruyub saxlayan  yazıçını “Uşaqlıqdan reportaj”a dəvət edəndə dərhal razılaşdı. Hətta səhhətindəki nasazlığa baxmayaraq vaxtı dəyişmədi… Читать далее

Categories: Müsahibələr | Оставьте комментарий

Əlisa Nicat: “Məhəmməd Peyğəmbərə güzəştə getdim ”

“İsa adlı peyğəmbər olmayıb axı”

Kulis.az-ın suallarını tanınmış yazıçı Əlisa Nicat cavablandırır. 

— “Müdriklik məbədi” kitabına müasir Azərbaycan filosoflarından özünüzdən başqa heç kimi daxil etməmisiniz. Bu isə birmənalı qarşılanmır.  Читать далее

Categories: Müsahibələr | Оставьте комментарий

Əlisa Nicat: “Rəsul Rza məndən iki dəfə balıq istədi”

İlk şeirimi də Rəsul Rza çap etdi 

Kulis. az-ın suallarını yazıçı Əlisa Nicat cavablandırır

— Əlisa müəllim, əsərlərinizin külliyyatının hazırlanması işi nə yerdədir?

-8 cildi hazırdır. Cəmi 32 cild olacaq. Lovğalıq olmasın, Asiyada hələ heç kim 32 cildlik kitab yazmayıb. Doğrudur, Murakami yazıb, amma bu, ədəbiyyat deyil, detektivə bənzər bir şeydir. Ona qalsa, Çingiz Abdullayevin 200 romanı var. Ancaq onun adı heç bir yerdə ensiklopediyaya daxil edilmir. Bu yaxınlarda rus ensiklopediyası çıxıb, 20 cilddə, ora da daxil etməyiblər, baxmayaraq ki, rus dilində yazır. Elə bil belə bir adam yoxdur.  Читать далее

Categories: Müsahibələr | Оставьте комментарий

GünazTV 07:09:2011

 

Categories: Müsahibələr | Оставьте комментарий

Yazıçı–filosof Əlisa Nicatın 75 yaşı tamam olub

Yazıçı-filosof Əlisa Nicatın 75 yaşı tamam olub. O, 75 illik ömür yolunda sözün həqiqi mənasında tarixi yazıb. Gələcək nəsillər məhz onun əsərlərindən faydalanacaqlar. SalamNews xəbər verir ki, onun bir sıra qiymətli publisistik, fəlsəfi əsərlərin müəllifidir. Şerləri, tərcümələri, aforizmləri ilə tanınır və uzun illər ədəbiyyat aləmində vacib araşdırmalar aparıb. Əlisa Nicat təvazökarlıq hissini itirməyərək gözü tox yaşayır, əsərlərini və sadiq oxucularını ən böyük qazanc sayır.Böyük yazarın bu gün 75 yaşı tamam olsa da, onu yaxın dostlarından başqa, heç kim, o cümlədən Yazıçılar Birliyi təbrik etməyib. Adı çoxlarına məlum olmayan bir çox qələm əhli prezident təqaüdü alsa da Əlisa Nicat bu imkandan da məhrumdur. Hazırda yazıçı Abşeronun Masazır qəsəbəsində sadə evdə yaşayır. Vaxtını yaradıcılıqla, kiçik baxçasındakı ağaclara qulluq etməklə və dirrikdə çalışmaqla keçirir. O, yazıçılığa olan əbədi məhəbbətinin heç vaxt azalmayacağını deyir.

Categories: Müsahibələr | Оставьте комментарий

«Bu mənim arzumdur»

06 -08 -2011 tarixli «Bizim Yol» qəzeti

Avqustun 10-da yazıçı, publisist Əlisa Nicatın 75 yaşı tamam olur. Onlarla əsəri işıq üzü görən məşhur yazıçı dövlət qayğısından tam kənarda saxlanılır. Bununla belə o, maddi sıxıntılarına baxmayaraq 30 cildlik külliyyatının nəşrinə start verib. Yubiley ərəfəsində Əlisa Nicatla görüşərək yaradıcılığı, ədəbi sahədə vəziyyət, ölkədə gedən proseslər haqqında fikirlərini öyrəndik. Həmişə səbirli olması və səmimiyyəti ilə seçilən publisist yaradıcılıq aləmindəki vəziyyətdən danışdı.

— Əlisa müəllim, hazırda hansı işlərlə məşğul olursunuz?

— Mənim 30 cildlik külliyyatım var. Onları nəşr etdirməklə məşğulam. Hələlik 6 cildi çıxıb, 7 cildi isə nəşrə hazırlanır. Əsas işim budur. Həm də qəzetdə işləyirəm. “Hürriyyət”də sonuncu romanım çıxır. Roman Azərbaycan dövlətinin 1988 -1993-cü illərindən bəhs edir. Romanın adı Məhəmməd Rzanın macəralarıdır. Ancaq əmin olun ki, 1988 -1993-cü illər necə olubsa, əsrdə o cür də yer alır. Hələlik bu işlərlə məşğulam. Читать далее

Categories: Müsahibələr | Оставьте комментарий

Siyasi çevrilişlərdə bəxtimiz gətirmədi!

Əlisa Nicat: “Azərbaycan bir tərəfdən ərazi işğalına, bir tərəfdən siyasi işğala, üçüncü tərəfdən isə iqtisadi işğala məruz qalıb”

Onun 75 yaşı tamam olur. Azərbaycanın yaşayan əfsanələrindən biridir. Canlı ensiklopediyadır. Yaşadığı mənalı ömürdə yüzlərlə kitab tərcümə edib, yazıb, tövsiyə edib, qəzet-jurnal çıxarıb, Milli oyanışın təntənəsi üçün əlindən gələni edib. Əlisa Nicatdan bəhs edirik. Ömrünün bu çağında bir çayın qırağında bir koma həsrəti ilə yaşayan Azərbaycan müdrikindən. Onun bu qədər işlərinə baxmayaraq, dövlət ona nə çay qırağı vermədi, nə də koma. Üstünə üstlük, heç gündə min adama verilən «Prezident təqaüdü» belə ona qıyılmadı. Prezident Administrasiyasında əyləşən və ziyalılarımızın gününü qara edən hörmətli Fatma Abdullazadənin sayəsində heç ad da almadı Əlisa müəllim. İndi, budur, Azərbaycanlı müdrikin 75 yaşı tamam olur.

75 yaşının tamam olması münasibətilə Əlisa Nicatı danışdırdıq… Читать далее

Categories: Müsahibələr | Оставьте комментарий

«Xalqla mənim aramda uçurum var»

Əlisa Nicat: “Çünki biz bir-birimizin dilini anlamırıq”

“Bu gün Azərbaycan cəmiyyəti kütləvi surətdə oxumaqdan imtina edib”

Azərbaycan ədəbi-fəlsəfi fikrində özünəməxsus dəst-xətti ilə seçilən Əlisa Nicatın kimliyi hər kəsə bəllidir. Insan zəkasını heyrətə gətirən dərin fəlsəfi fikirləri ilə yanaşı, xeyli sayda tarixi romanlar müəllifi kimi də Azərbaycan oxucusunun sevimlisinə çevrilən bu isim, yarım əsrdən çoxdur ki, bitib-tükənməyən bir ehtirasla yazıb-yaratmaqda, milyonlarla insanı “sehirli qələmi” sayəsində özünə məftun etməkdədir. Fəqət bütün qeyri-adiliklərinə, fövqəlbəşəriliyinə baxmayaraq, Ə.Nicat həyatı da taleyin amansız zərbələrindən, təəssüf və peşmançılıqlarından xali deyil. Odur ki, Ə.Nicatla söhbətimizdə filosofun müxtəlif məsələlərə baxışı ilə yanaşı, onun hər kəs üçün qapalı olan daxili dünyasına da nəzər salmağa çalışdıq. Читать далее

Categories: Müsahibələr | Оставьте комментарий

Блог на WordPress.com.