Köşələr

Təbiətin səbir kasası daşacaq

Özü də lap yaxınlarda. Bəlkə, hətta onu biz də gördük. Buna işarələr çoxdur, Amurun daşması və s.

Rusiyanı nə diz çökdürə bilər? Zəlzələ istisna olunur, Rusiyada zəlzələlər olmur. Tufan, qasırğa, smerç də nadir hadisədir. Soyuğa öyrəşiblər, 50 dərəcə soyuqda da dözürlər. Meşələri də, qazları da boldur.
Hə, meşələr… Meşələr yana bilər, amma bu, Putinin vecinə deyil, eləcə də, əhalinin kütləvi qırğını.
Atom stansiyaları partlaya bilər, əlbəttə, haçansa və buna ümid var.
Ümumiyyətlə, Avropa Rusiyasında nə ola bilər? Təbiət bu zəli xalqa neyləyə bilər? Hə, astroid. Bunun da gümanı çox azdır. Belə şeylər olmur. Ola bilər, amma olmur. Читать далее

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Azərbaycan yazıçısı nə yaza bilər?

Azərbaycan realist ədəbiyyatı xülyəvi poeziya sərməstliyindən ayılandan sonra başlayır. Və Mirzə Şəfi və Mirzə Fətəlidən sonrakı 70 il ərzində nəsr və dramaturgiya nümunələri ilə meydana çıxıb. Əslində nəsrimiz cəmi 25-30 illik dövrü əhatə edir.

Çünki 1920-ci ildən sonra Azərbaycanda bolşevik müstəmləkəçilik dövrü gəldi və ədəbiyyat, Leninin təbirincə, «ümumproletar işinin bir hissəsi»nə çevrildi.
Əlbəttə, Cəfər Cabbarlının özünəməxsus ustalıqla yazılmış pyesləri ayrıca bir mövzudur.
Bu 70 illik saxta «sosializm realizmi» epoxasından əvvəlki 30 ildə yaranan bütün poeziya, proza və dramaturgiya nümunələrinin hamısının mövzu və motivi Mirzə Fətəli əsərləri ilə bərabər milli xarakterin, milli davranış və rəftarın, milli düşüncə tərzinin və bütün bunlarda zəka, məntiq və mənəviyyatın yoxluğunun təsvirindən və ən başlıcası, qamçılanmasından ibarətdir. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Jirinovskidən yeni açıqlama

Yaramaz Vladimir (nədənsə bütün Vladimirlər belə olur) Jirinovski RTR telekanalında çox maraqlı bir həqiqəti açıqladı:

Rusiya iki növ mövcudluq qarşısındadır, yəni iki cür şəkildə ola bilər, ya despotik bir rejim olub tamlığını, bütövlüyünü saxlamaq, ya da demokratik olub parçalanmaq.
Yəni, əgər Rusiya, rus dövləti, rus xalqı 17 milyon kvadrat kilometrlik ərazinin daimi sahibi olub qalmaq istəyirsə, mütləq güclü, hərbi, antidemokratik, aqressiv və yarımac dövlət olaraq qalmalıdır. Çünki yalnız bu cür o, bu 17 milyon kvadrat kilometrlik ərazisini saxlaya bilər. Yox, əgər demokratik, sülhpərvər, iqtisadi cəhətdən inkişaf etmiş, Konstitusiya ilə idarə olunan və azad seçkilər keçirən bir ölkə olmaq istəyirsə, onda mütləq gec-tez Şimali Qafqaz, sonra isə Sibir, Ural, Uzaq Şərq, Başqırdıstan, Tatarıstan, Kalmıkstan və s. respublikalara parçalanmaq zərurəti ilə üzləşəcək və o zaman indiki Rusiyanın yerində 6-7 və bəlkə də, daha çox müstəqil dövlətlər əmələ gələcək. Və çox güman ki, hamısı da Pribaltika, Ukrayna və başqaları kimi Rusiyaya düşmən olacaq. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Anamın kəndi

Mən Lerikin Zuvand mahalının Yuxarı Gədik kəndində doğulmuşam. Çünki atam oralıdır. Və biz müxtəlif yerlərdə yaşayan vaxtı əmim Rəşid və başqa çoxlu qohum-qardaşlarımız hələ də orada yaşayırdılar.

1948, ya 50-ci ildə atam Lerikdə «Lesxoz»un – yəni Meşə İdarəsinin direktoru işləyərkən mən Qosmalyanlı Firuz dayının atının tərkində gecəykən Yuxarı Gədiyə gedib, bir ay əmim qızı Simuzərin evində qalmışam.
Sonralar həmin hadisə «Monoloq» hekayəsində təsvir olunub.
Bir-iki il sonra Sovet-İran sərhəd məsələləri ilə əlaqədar ata yurdum Yuxarı Gədik, dünyanın bəlkə də bu ən səfalı yaylağı öz havası, suyu və dadlı ərik, alma ağacları ilə bərabər köçürüldü. Aydındır ki, ağaclar köçə bilməzdi və bir müddət sonra məhv olub getdilər. Eləcə də, evlərin xarabalıqları qaldı. Amma sən demə, evlər də ölürmüş, çünki həmin xarabalıqlar belə, yox olub itdi. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Bəşər Əsədin uşaq qətlləri

Eşidəndə ki, avqustun 5-də Şimali Suriyada Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında döyüş zamanı dinc əhalidən 450 nəfər, o cümlədən, 120 uşaq öldürülmüşdür, bir xeyli özümə gəlmədim.

Hətta təsadüfən 1 uşaq ölsə belə, bütün ölkələrdə bunun üçün səbəbkar məhkəməyə verilir, kim olursa-olsun. Əgər lap prezidentin əmri ilə bir əməliyyat zamanı uşaq öldürülübsə, prezident məhkəməyə çəkilir. Amma bu mənfur degenerat neçə ildir ki, on minlərlə insan, o cümlədən, yüzlərlə məsum uşaq qanını tökə-tökə hakimiyyətdən əl çəkmir ki, çəkmir. Bəlkə də o, artıq hakimiyyətdən getmək qərarına gəlir, amma Rusiya, Çin və başqaları buna icazə vermirlər. Bütün bunlar öz yerində, mən ümumiyyətlə, bütün tarix ərzində bu qədər rəzil diktator və tirana rast gəlməmişəm. Adamı çox da məzlum xalq üstünə qısqırdarlar və bunun üçün çox da adama ən yeni təyyarə, raket və tank verərlər, bəs insan öz xalqına, onun günahsız nümayəndələrinə qarşı bu qədər qəddarlığa razı olarmı? Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Ənvər Börüsoydan sürpriz

Axırı ki, o günü gördüm. Axırı ki, Ənvər Börüsoyun qələmindən də həqiqətən aktual, faydalı, məzmunlu, kəsərli və hətta cəsarətli bir yazının meydana çıxdığını gördüm.
İllərdən bəri Ermənistan, Rusiya, İran siyasəti barədə palaz-palaz məntiqsiz, mənasız proqnoz və açıqlamalardan sonra birdən-birə belə parlaq bir publisistika nümunəsinin doğula biləcəyini heç kim təsəvvür edə bilməzdi. Bu, ona oxşayardı ki, məsələn, keçmiş dostum Hadı Rəcəbli Milli Məclisdə mikrafonu əlinə alıb ayda 100-150 manat əməkhaqqı alan həkim və müəllimlərin faciəvi güzaranından danışa. Belə bir şey mümkünmü? Əsla! Hərçənd ki, bu barədə haray-həşir salması ilk növbədə məhz onun vəzifəsidir. Çünki kişi, zarafat deyil, 20 ildir ki, Milli Məclisin Sosial Siyasət Komissiyasının sədridir. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Torpaq hərisləri

500 ildir ki, Rusiya imperiyadır. 500 il ərzində şişib-şişib, indiki 17 milyon kvadrat kilometr olub.

Tatar, başqırd, çuvaş, kalmık, Altay və Krım tatarlarını (hazırda Ukrayna işğalındadır), sonralar isə Şimali Qafqaz xalqlarını, dünənə kimi isə daha 10 böyük respublikanı işğal altında saxlayırdı.
Qarnı şişmişdi və mədəsi bu nəhəng tikələri heç cür həzm edə bilməyib daim ağrıyır, nə yediyini, nə içdiyini bilib, bilmirdi ki, neyləsin.
Nəhayət, Boris Nikolayeviç Yeltsin adlı nəhəng bir şəxsiyyət xalqına yazığı gəlib heç bir maddi və mənəvi faydası olmayan 10 «müttəfiq respublika»nı mədəsindən qusdurdu və ruslar nəhayət, mədə ağrısından rahat oldular.
Amma göründüyü kimi, orqanizm hələ təzə vəziyyətə öyrəşməyib, bir xeyli ürəkbulanması oldu.
Amma buna baxmayaraq, imperiya yenə ucsuz-bucaqsız, qanunsuzluq, rüşvət, zorakılıq və ədalətsizlik yuvası idi. Xalq yenə yarımac, ölkədə antidemokratik rejim, bütün seçkilər saxtalaşdırılır, parlament də dünənki KQB zabiti Putinin əlində oyuncaqdır.
17 milyon kvadrat kilometr, yerin altı da, üstü də sərvətlə dolu olan bir ölkənin xalqı yenə bədbəxtdir. Və bu sərvətlərin yarıdan çoxu mifik düşmənlərə, ilk növbədə isə ABŞ-a və Yaponiyaya qarşı müharibə hazırlığına sərf olunur. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Həqiqət və yalan

Gənclik illərimdə dəlisi olduğum Corc Bayronun gözəl bir fikri var ki, həqiqət, yalandan daha çox inanılmaz olur.

Bayron fikrini açıqlamır, yalnız qeyd edir.
Lakin bəs niyə belədir?
Bunun qısa cavabı da var, lakin gəlin bir az məsələnin dərinliyinə gedək. Hər şey insanın psixologiyası ilə bağlıdır, hər şey şüuraltı düşüncədən gəlir. Bunlar isə insanların ilk dəfə ayağa qalxdığı və daha çox sonrakı milyon illərin mağara həyatı ilə bağlıdır. Bu həyatda hər şey homosapiensin – insanın özündən asılı idi və o, yalnız özünə ümid ola bilərdi. Ətraf isə düşmən qüvvələrlə dolu idi. Qaranlıq, soyuq….
Kim güclüdür, o yaşayırdı. Bu dövrlər üçün Darvinin dedikləri tamamilə qüvvədə qalır. Nitşenin «Anti-Darvin» adlı dahiyanə qeydləri ingilis zəka nəhənginin bəsirətinə kölgə sala bilməz. Nitşenin söylədikləri sivilizasiyalar dövrü insanlarına tətbiq edilə bilər.
Çünki yeni, tarixi və sivilizasiyalar dövrünün insanları arasında doğrudan da, artıq güclülər və seçilmişlər dözümsüz, faydasız və gərəksizdirlər. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Böyük firon getdi

Böyük firon getdi, çünki ağılsız idi. Lakin buna görə yox, Misir ərəbləri kişidir. Onlar sadəcə olaraq cinslərini doğruldurlar. Başqaları üçünsə cinsin fərqi yoxdur və daha doğrusu, 5 milyonun cinsi məlum deyil, güman ki, yoxdur!

Hətta mənim kimi dünyada çox şey görən və hər şeyi yaşayan bir adam da xalqın cəmi 20-25 ildə belə kəskin metamorfozaya uğramasına mat qalır.
Mat qalır ki, bütöv bir xalq 4 -5 villalı, hətta 10-15 villalı və 10, 20, 50 və daha çox avtomobilli ola-ola, necə kütləvi halda sələmçilər ordusuna çevrilə bilərmiş. 1 manata da güzəştə getməyən, 1 manat üçün mavi olmağa hazır olan çoxmilyonlu sürü…, necə xalq və ya millət adlana bilər?
Necə ola bilər ki, insan mənəvi aşınmaya, manqurtluğa bu qədər hazır ola? Necə ola bilər ki, bütöv bir xalqın bir nəfər kimi şərə bir zərrə də daxili müqaviməti olmaya? Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Vərdiş

Həyətin toyuq-cücələrini evin böyründəki 50-60 kvadrat mertrlik setkaya salıb saxlayırıq. Çünki həyəti qazıb göyərti və tərəvəz sahələrini dağıdırlar.

Budur, dördaylıq xoruzların biri hardansa yol tapıb bir aydır ki, səhərlər çölə çıxır, amma kimi görürsə, qaçır. Bütün günü orda-burda baş girləyir, vaxtının çoxunu isə setkanın bu tərəfində bacı-qardaşlarına yaxın oturaraq, səhər dənlədiklərindən başqa dənə həsrət qalır. Ha əlləşirsə, içəriyə yol tapa bilmir.
Buna baxmayaraq, hər səhər yenə həmin tapdığı yerdən çıxıb setkanın bu tərəfində qalır.
Niyə?
Çünki artıq vərdiş edib.
Salam Qədirzadənin bir novellası var. Bir arabaçı ayda bir-iki dəfə dəyirmana dən daşıyır. Yolda arabanı saxlayıb stalovada yemək yeyib, yarım litr də üstündən vurur. Читать далее

Categories: Köşələr | Оставьте комментарий

Создайте бесплатный сайт или блог на WordPress.com.