Dünya sərkərdələri

Alkiviad (e.ə. 450 — 404)

Alkiviad qədim zadəgan nəslinə məxsusdu. Atası beotiyalılarla Xeroneya döyüşündə həlak olmuşdu. O, Periklin də yaxın qohumu idi. Uşaqlıq və gənclik illərində hədsiz yaraşıqlı olan Alkiviad istər-istəməz hamıda rəğbət oyadırdı. Onun saysız himayədarları və tərbiyəçiləri vardı. Sokrat onu bir çox təhlükəli yollardan qorumuş, gənc və qabiliyyətli oğlanın düzgün tərbiyə olunmasında əsas rol oynamışdı. Əvəzində Alkiviad da filosofa öyrəşib onunla birgə özünü sərt həyat tərzinə alışdırmışdı. Hələ yeniyetmə ikən Sokratla bərabər Potideya döyüşündə iştirak etmiş, onunla bir çadırda qalıb çiyin-çiyinə vuruşmuşdu. Döyüşün gərgin vaxtında Sokrat yaralanan Alkiviadı ölümdən qurtarmışdı. Bütün bunların nəticəsində Alkiviad həm də gözəl natiqlik məharəti qazanmışdı. Buna görə hələ erkən yaşlarından siyasi fəaliyyətə başlayanda onun gələcəyinə şübhə edən çox az idi.
Siyasi həyatda onun iki rəqibi vardı. Qoca Niki və gənc Feak. Lakin nə Sokrat, nə də başqaları Alkiviadın təbiətindəki hədsiz şöhrətpərəstliyi, özündən razılığı və həyasızlığı düzəldə bilməmişdilər. Buna görə Plutarxın yazdığı kimi onu heç kim sevmirdi, lakin xalq şöhrətli adamları hörmətdən salmaq və ləkələmək üçün ondan istifadə edirdi. Читать далее

Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Trayan

Min illik Roma imperiyası tarixdə doğrudan da unikal hadisədir. Dünyada görünməyib ki, bir şəhər bu qədər yüzilliklər ərzində dünyanın yarısına ağalıq etsin. Bu parlaq tarixin eniş-yoxuşları, şərəf və triumflarla bərabər rüsvayçılıqları da çox olmuşdur. Ancaq bizim məqsədimiz rüsvayçılıqları deyil, şərəfləri, daha dəqiqi, ölkəsinə şərəf gətirənlərin əməllərini açıb göstərməkdir. Bu cəhətdən Roma imperatoru Trayanın həyatı gözəl nümunə sayıla bilər.
O, İspaniyada romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə onlardan daha artıq ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu. Читать далее

Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Admiral Nelson

Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı. Buna görə 12 yaşı olanda Horatsio dayısı Sanqlinqin kapitan olduğu «Trayemfom» keşikçi gəmisində qulluğa girdi. Lakin dayısı onu Hindistana gedən ticarət gəmisinə düzəltdi. İki il çəkən bu səfərdən qayıdan 15 yaşlı Nelson artıq mahir dənizçi idi.
1773-cü ildə o, Şimal qütbünə ekspedisiyaya gedən hərbi gəmilərin birində səfər etdi. Bu səfərdən sonra Nelson 18 aylıq İran körfəzinə və Hindistana yola düşdü. Həmin səfər zamanı o, vətəni üçün qəhrəman olacağına and içdi. Qayıtdıqdan sonra Nelson dayısının köməyi ilə 64 düyməli «Uorçester» hərbi gəmisində dördüncü leytenant kimi qulluğa başladı. Elə həmin ildə o, imtahan verib leytenant rütbəsini aldı.
Читать далее

Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Armini

Qədim german tayfalarının qəhrəmanı. Xerusk tayfaları ordularının komandanı Siqimerin oğlu Armini idi. O dövrün ənənələrinə uyğun olaraq Romada tərbiyə alıb gənc yaşlarından imperator Avqustun qoşununda qulluq etmişdi. Üzdə özünü imperiyaya sadiq göstərsə də, imperatorun şəxsən ona yaxşı münasibətinə baxmayaraq, Romada döyüş qaydalarının və hərbi taktikanın bütün sirlərini öyrənəndən sonra Germaniyaya qaçmışdı.
Germaniyada bu zaman Roma legionlarına əslən suriyalı prokonsul Kvintali Var başçılıq edirdi. Daha doğrusu, o, Reynin o biri sahilindəki tayfa və xalqları itaətdə saxlamaq vəzifəsini icra edən general-qubernator idi. Roma hakimlərinin bu azadlıqsevər tayfaların içində Roma qanun və qaydalarını zorla tətbiq etmələri hər tərəfdə həyəcan və narazılıq əmələ gətirmişdi. Lakin onlar açıq üsyana cəsarət etmirdilər, çünki Varın yanında olan təcrübəli legionlar döyüşə hazır vəziyyətdə idilər. Katt tayfalarının başçısı Segest hərbi valini xəbərdar etsə də Armini Varı Reynlə Elba arasında narahatlığa səbəb olacaq heç bir hadisə baş vermədiyinə inandırmış və üstəlik Varın öz yanında cəmi üç legion və bir neçə koqort saxlayıb qalan legionları Romaya göndərməsinə nail olmuşdu.
Читать далее

Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Riçard Aslanürəkli

Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi. Riçard da qiyamçı qardaşlarına qoşuldu. Çünki atası hakimiyyəti böyük oğluna, Akvitaniyanı da kiçik oğluna verməklə Riçardı tamam əliboş qoymaq istəyirdi. Mübarizədə ata oğullara qalib gəldi. Amma onları bağışladı. Riçard öz əyalətində baronların qiyamı ilə qarşılaşdı. Baronlar artıq ingilis kralı olan böyük oğul III Henrixi və Britaniyanın hersoqu kiçik Joffruanı Riçardı qovmağa dəvət etdilər. Lakin 1183-cü ildə böyük qardaş gözlənilmədən vəfat etdiyinə görə istər-istəməz Riçard kral seçildi. Atası ondan xahiş etdi ki, öz əyalətini kiçik qardaşına versin. Amma Riçard doğulduğu yeri heç kimə vermək istəmirdi. 1189-cu ildə I Henrix də vəfat etdi. Читать далее

Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Oliver Kromvel

Demək olar ki, müasir dünya parlamentar demokratiyasının banisi Oliver Kromvel(Oliver Cromwell) Böyük Britaniyanın bu günə qədər məğlubiyyət nə olduğunu bilməyən hərbi qüdrətinin də yaradıcısıdır. O, Hantinqdonda zadəgan ailəsində doğulmuş, gəncliyində Avropa ölkələrində muzdlu döyüşçü kimi gün keçirmişdi. Kromvel Puritan dini tərbiyəsinə bütün ömrü boyu sadiq qalmış və qətiyyətlə bu dini prinsipləri ölkəsində tətbiq etmişdir. Bir sərkərdə kimi isə o, dühasını çox gec — 40 yaşından sonra göstərmişdi. Əlbəttə, o vaxt İngiltərə parlamenti ilə kral I Karlın konflikti başlamasaydı, Kromvel bəlkə də Hantinqdonda öz zəmilərində əkinçiliklə məşğul olacaqdı. Lakin kral parlamenti buraxanda bir deputat kimi bu Kromveli də narazı saldı. Beləliklə, parlament tərəfdarları ilə royalistlər (kral tərəfdarları) arasında vətəndaş müharibəsi başlandı. Bu hadisə tarixdə çox vaxt İngiltərə Burjua inqilabı adlanır. Royalistlərdən fərqli olaraq parlament tərəfdarları uzun saç saxlamadıqlarına görə onları girdəbaşlar adlandırırdılar. Читать далее

Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Şah İsmayıl Xətai

1493-cü ilin payızında Savalanın ətəkləriylə qurumuş otları, yarpaqları xışıldada-xışıldada gündoğan tərəfə dörd atlı çapırdı. Başlarında on iki zolaqlı qırmızı çalma, çiyinlərində polad sinəbənd, bellərində uzun, əyri qılınc olan ucaboy, enlikürək dörd atlı… Atlar köpük içində idilər. Atlıların sifəti isə daş kimi sərt və hissiz idi. Onlar dinib-danışmadan çapır, çapırdılar. Yalnız qabaqda çapan atlı sürəti azaltmadan arabir əlini qaşları üstünə qoyub ətrafı seyr edirdi. Hamının nəzəri ikinci atlıda, daha doğrusu onun tərkindəki uşaqda idi.
Bu atlılar kim idi? Onlar hara belə dördnala çapırdılar? İkinci atlının tərkindəki balaca oğlan kim idi? Xülafə bəy Ustaclı, Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı və Piri bəy Qacari… Bu atlılar uzaq Gilana, Ləhicana çapır, Ağqoyunlu hökmdarı Rüstəm Mirzənin təqibindən qaçırdılar. Qaçırdıqları isə Azərbaycan torpağının, Azərbaycan xalqının və Azərbaycan dilinin gələcək xilaskarı, 7 yaşlı İsmayıl idi. Gələcəkdə Amudəryadan Bağdada kimi, Dərbənddən Herata kimi ucsuz-bucaqsız Qızılbaş səltənətinin banisi və hökmdarı olacaq Şah İsmayıl Səfəvi.
Qızılbaş əmirləri pənah axtardıqları yerə qaçmaqda səhv etmədilər. Gilan hakimi Mirzə Əli, İsmayılı altı il təqiblərdən qoruyub saxladı. Ağqoyunlu hökmdarları nə qədər elçi və qoşun göndərib İsmayılı tələb etsələr də Səfəvilərin qüdrətinə inanan Gilan hakimi onu düşmənlərə vermədi.
1499-cu ildə 13 yaşlı İsmayıl öz tərəfdarları ilə ilk yürüşə çıxdı. Babası Şeyx Cüneyd, atası Şeyx Heydər kimi o da Azərbaycan taxt-tacı uğrunda mübarizəyə başladı.
Читать далее

Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Suvorov

Ruslar tarixi qəhrəmanlar və böyük sərkərdələr cəhətdən çox da varlı deyillər. Ona görə istər rus çarları, istərsə də sovet çarlarının əmrilə tarixçi və publisistlər daim öz qələmlərilə bu boşluğu doldurmağa çalışırdılar. Və əgər XIX əsr çürük Osmanlı imperiyası olmasaydı, ümumiyyətlə Rusiya min il ərzində hər hansı bir döyüşdə qalib gələn sərkərdə nə olduğunu bilməyəcəkdilər. Ona görə bu xalq daim yalançı qəhrəmanlar və sərkərdələr düzəltməyi öz ideoloqlarına və sənətkarlarının qabağına tələb kimi qoyurdu.
Rusların tək-tük həqiqi döyüş komandanlarından biri də türk mənşəli Suvorovdur. Damarlarında türk qanı axan bu sərkərdə kiçik hərbçi ailəsində anadan olmuş, 17 yaşlarında Semyonovsk alayında fəaliyyətə başlamışdır. 1749-cu ildə podporuçik, iki il sonra serjant olur.
Читать далее

Categories: Dünya sərkərdələri | 1 комментарий

Hannibal

Roma imperiyasının tarixində bu dövləti bir nəfərdən başqa heç bir kənar qüvvə, heç bir başqa dövlət məhv olma təhlükəsi qarşısında qoya bilməmişdi. Həmin adam Karfagen sərkərdəsi Hannibal (e.ə. 247 – e.ə.183) idi. Bu hadisə də ona görə heyrət doğurur ki, bir adamın arxasında nə imperiya, nə də ölkə vardı. O, cəmi bir şəhərin — Karfagenin qüvvəsinə və köməyinə bağlı idi.
Karfagen Aralıq dənizi sahilində qədim ticarət şəhəri idi. Burada məskən salan əhali qədimdən ticarətlə məşğul olub, Cənubi İtaliya, Siciliya və ümumiyyətlə, Aralıq dənizi sahili ölkələri ilə sıx əlaqə saxlayırdı. Əvvəllər onların rəqibləri yox idi. Lakin sonralar Apennin yarımadasında Roma — möhtəşəm bir şəhər qorxunc şəkildə yüksəldi.
Haminkar Barki İspaniya və başqa ərazilər uğrunda Roma ilə mübarizə apararkən 9 yaşlı oğlu Hannibalı məbədə aparıb orada mehrab önündə qatı düşmənləri olan Roma ilə ömrü boyu düşmən olacağına and içdirmişdi. Hannibal doğrudan da öz andına sadiq qaldı. Son nəfəsinə kimi yağı düşmənlə vuruşdu. Həm də necə!
Читать далее

Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Moşe Dayan (1915-1981)

O, Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci Dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi.
Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı.
1948-ci il yanvarın 10-da ərəb azadlıq ordusu yarandı. Lakin yəhudilər o zaman David Ben Qurionun başçılığı ilə daha sıx birləşmiş qüvvə idilər. Читать далее

Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Создайте бесплатный сайт или блог на WordPress.com.