Dünya poeziya inciləri

Dünya poeziya inciləri

Oxuculara vəd etdiyimiz kimi Homerdən başlayaraq dünya poeziya inciləri nümunələrinin toplusunun və onların şərhinin dərcinə başlayırıq.

Kitaba yazılan ön sözu vaxtilə çap etdirdiyimizdən təkrara ehtiyac görməyib birbaşa məqsədə keçirik.
Homerin «İliada»sından parçalar hazır olsa da, onlara yazılacaq şərh vaxt və gərgin təhlil istədiyinə görə bu gün ikinci nümunədən bəhs edəcəyik.
Heç şübhəsiz ki, söz dahi Nizaminindir.
Öz dilinə və xalqına həqarətlə baxan bu böyük şair-mütəfəkkir bizim üçün ana dilində heç nə qoymayıb. Hətta ətrafındakılar, Firdovsi və ya Şota Rustavelli kimilər də onun üçün ibrət dərsi olmayıb. Neyləməli, reallıqla barışmaqdan başqa çarə qalmır.
Mən hələ uşaqlıqdan Nizami lirikasının aşiqiyəm. Vaxtilə ilk dəfə «Nizami» almanaxlarının birində çap olunmuş bu qəzəl və qəsidələri demək olar ki, 60 ildən artıqdır ki, daim oxuyur və ləzzət alıram. Читать далее

Categories: Dünya poeziya inciləri | Оставьте комментарий

Блог на WordPress.com.