Əsərlərindən

Fizik və loqik

Hekayə

Kaliforniya Universitetinə bir fizik və ya bioximik lazım idi. Onların elanına dərhal iki gənc mütəxəssis gəldi. Fizik, artıq dünya şöhrətli Nobel laureatı idi. İkinci gələn isə məlum oldu ki, bioximik deyil, loqik, yəni məntiqşünasdır. Özü də tək deyil, təzəcə evləndikləri dünya gözəli olan bir qızla gəlmişdir.

Komissiya üzvləri təəccüblə bilmirdilər neyləsinlər. Onlar məntiq müəllimini də işə götürə bilərdilər, hərçənd ki, fizik daha çox lazım idi. Özü də belə bir şöhrətli fizik.

Məsələni ümumi söhbətdən sonra universitetin rektoru həll etməli oldu. Ümumi söhbətdə iştirak edən professorlar hər iki mütəxəssisi əla qiymətləndirdilər.

Arada hər üçü həyətdəki ayaqyoluna getdilər və qabaqda gedən məntiqşünas, dalınca da qız və fizik daxil oldular. Читать далее

Реклама
Categories: Əsərlərindən | Оставьте комментарий

Tarixi novella

İsgəndərin mükafatı

250px-Bust_Alexander_BM_1857

Makedoniyalı İsgəndər miladdan qabaq 324-cü ildə 32 yaşında dünyanı fəth edib, bəşəriyyəti diz çökdürüb və onlarla yara alıb Yaxın Şərqin paytaxtı Babilə qayıdırdı.
O, cəmi 20-30 minlik bir qoşunla nə az-nə çox, 900-ə qədər ölkəni və yüzlərlə, bəlkə də minlərlə şah, hökmdar, tiran və çarı məğlub edib, öz sevimli Butseval köhləninin belində oturub ağır-ağır gedir və artıq dünyada neçə İsgəndəriyyə şəhəri salındığını düşünüb, yanınca gələn təkgöz Parmeniona tərəf dönüb soruşdu:
— Neçə İsgəndəriyyə şəhəri salınıb?
— Hm, – Parmenion yanında gedən Putolomeyə baxdı. Onlar cavab verincə, lap kənardan gələn Kassandr dilləndi:
— On doqquz! Читать далее

Categories: Əsərlərindən | Оставьте комментарий

Şikayətçi

Novella

N rayonu prokuroru Muxtar Aydınbəyov səhər-səhər işə gəlirdi. Bu gün onun qəbul günü idi. Səhər yeməyi vaxtı yüz qram «Napoleon» konyakı da vurmuşdu.
Otaqda tək idi. Köməkçi qonşu otaqda müstəntiqlə hansı bir işi isə təcili sənədləşdirməklə məşğuldular.
Oturub təzəcə stol üstündəki son işləri nəzərdən keçirməyə başlamışdı ki, qapı döyüldü.
— Buyurun, – deyə bərkdən səsləndi.
Qapı açıldı və enlişalvar, yaxası açıq, mavigöz zorba bir adam içəri girdi.
Onun qapı ağzında dayanıb baxdığını görən Aydınbəyov bərkdən, – qapını ötrüb yaxın gəlin, – dedi və düşündü ki, qəribə adamdır ha…
Qəribə adam uzaqdan, – nə deyirsınız, – deyə bərkdən səsləndi.
Aydınbəyov «Allahu-əkbər» – düşünüb əli ilə işarə etdi və kişi nəhayət, arxasınca qapını örtüb iri, ətri sifətini prokurora tərəf çevirib, gözlərini ondan ayırmadan yaxın gəldi.
Aydınbəyov ona zillənən bu iri sifət və iri gözlərdən bir qədər çaşıb «paho, deyəsən, tamamilə yonulmamış nüsxədir» – düşünüb, əliylə stulu göstərərək – oturun, – dedi. Читать далее

Categories: Əsərlərindən | Оставьте комментарий

Təqib-davamı…

Yuxu məni aparır, bəzən qarnımın qurultusuna oyanırdım. Susuz idim. Ətrafda bulaq bol idi. Amma nə xeyri, çıxa bilməzdim.

Axşama yaxın yağış başladı. Çöldə heç kimin qalmayacağına əmin olub sığınacaqdan çıxdım. İri bir qarağat kolunun altına girdim. Yarpaqları o qədər sıx idi ki, çanta üstə oturub gözlədim. Qaranlıq düşürdü və bütün dünyanı elə bir şırıltı və xışıltı bürümüşdü ki, mənə elə gəldi ki, dünyada belə gözəl musiqi hələ yazılmayıb. Təbiət sanki bütün mənə qarşı olanları çöldən, dağdan evlərinə qovurdu ki, çıxıb yoluma davam edim. O mənim izlərimi yuyub aparırdı. Amma kol dalında daldalanıb yağışın kəsilməsini gözləyirdim. Bir də çıxıb yol getmək üçün hələ tez idi. Çöldə heyvanlarını axtarıb gəzənlərə rast gələ bilərdim. Aydındır ki, vəhşi heyvanlara da. Amma onlar insanlardan qorxur və insanlar qədər təhlükəli deyildilər.

Yağış qəfil başladığı kimi, qəfil də kəsdi. Bir az da oturub gözləməyi qərara aldım. Читать далее

Categories: Əsərlərindən | Оставьте комментарий

«Təqib» povestindən bir parça

Bir an da olsun fəaliyyətdən dayanmır, artıq bütün kəndlərə nümayəndələr göndərib hamısını gözdə-qulaqda saxlamışdı.

Qorxurdum ki, gecə yatam və saat iki ilə dörd arası fürsəti əldən verəm. Artıq talaşa üstə uzanmaqdan bütün əzələ və sümüklərim zoqquldayırdı. Saatı əlimdə, ovcumda tutub çaqqıltısına qulaq asır, hey arxam və ya o böyür-bu böyür üstə çevrilirdim. İt hürməsindən başqa dünyada heç bir səs-səmir gəlmirdi. Hə, bir də uğuldayan küləkdən başqa.

Düz saat üçün yarısında kümdən yerə atılmalı idim. Həyəcandan yuxum tamam qaçmışdı. Ürəyimin səsi ilə saatın səsi bir-birinə qarışmışdı. Biri guppuldayır, biri çaqqıldayırdı.

Çətini özümü Böyük çaya çatdıranacan idi. Ondan sonra gecələr rahat gedə biləcəkdim. Amma çaya kimi xeyli yol vardı. Çılpaq dağ kəsikləri, yarğanlar, dərələr, cığırlar… Читать далее

Categories: Əsərlərindən | Оставьте комментарий

Блог на WordPress.com.