Əlisa Nicat cazibəsində

Millətin əlindən alınan haqqı…

Nurəddin İsmayıl

Azərbaycan oxucularının əsərlərini sevə-sevə oxuduğu, çox hormət bəslədiyim Əlisa Nicat, müəllifi olduğum, lakin başlığı redaksiya tərəfindən qoyulan bir yazıma görə məni əməlli başlı məzəməmt etdi. Yazı sabiq dövlət başçısı, mərhum H.Əliyevin onu sevənlərin dilində əzbər etdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi üzərində qurulmuş və “Azərbaycanlı olmağın qüruru” başlığı altında “Hürriyyət” qəzetində yayılmışdı. Əslinə qalsa hörmətli Əlisa müəllimin etiraz etdiy də “azəraycanlı olmağın qüruru” ifadəsinə idi.

Anlaşılan odur ki, o, Azərbaycanda qürur duyulası, millətlərə örnək olası, dövlət kimi ədalətinə görə güvəniləsi dəyərlər olmadığına, vətəndaşlarımızın hüquq və vəzifələrinə biganə qalmasına, haqsızlığa dözüm nümayiş etdirməsinə etiraz  açısından “azərbaycanlı olmağın qüruru” başlığından əndişə duymuşdur. Lakin Əlisa müəllim azərbaycanlı dedikdə yəqin ki, söhbətin, erməni, gürcü, fransız, rus və başqa millətlərdən fərqli olaraq milli kimliyi zorən “azəbaycanlaşdırılan” azərbaycanlılardan deyil, böyük kəsimi türk etnosundan formalaşan və  yaranmasında, inkişafında xüsusi rolu və aborogen haqqı olan etniklərin də qatıldığı toplumdan getdiyinin fərqindədir. Читать далее

Реклама
Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Bəhmən Sultanlıya cavab

(Kimya elmləri doktoru, professor Bəhmən Sultanlının məktubuna cavab məktubu)

Əzizim Bəhmən Sultanlı, məktubunu oxudum. Yaratdıqlarıma və şəxsiyyətimə verdiyin yüksək qiymətə görə sağ ol!
Bəli, 77 yaşımda axır ki, bir çox dərrakəli və qədirbilən insanların xoş sözlərini esidir?m, elə sözlərini ki, Üzeyir bəydən bəri hələ heç bir Azərbaycan türkü haqqında, ümumiyyətlə, sağlığında heç kim haqqında deyilməmişdir.
Bu epitetlər və qiymətlər iki cəhətdən mənim üçün xoşdur. Əvvələn, onlar heç bir vəzifəsi, adı, pulu, vəzifəli qohum-qardaşı və rəsmi şöhrəti olan yazıçı haqqında deyilmir, fikirləşəsən ki, nəsə təmənna və ya konyuktura güdülərək deyilir. Читать далее

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Əlisa Nicata açıq məktub

behmen-sultanli11Bəhmən Sultanlı

Əziz dostum Əlisa Nicat!

“Hürriyət” qəzetinin 07.01.2013 sayında dərc etdirdiyiniz “Dostuma məktub” adlı köşə yazınızı oxudum. Müəyyən məqamlarına görə o yazını özümə aid etdim. İşlətdiyiniz müyyən müqayisələrinizlə boynuma böyük məsuliyət qoymusunuz. Hətta cənc olsaydım belə, o məsuliyətin altından çıxa biləcəyimi təsəvvür edə bilmirəm. Читать далее

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Dahinin həyatı

Və yaxud Əlisa Nicatin 77 şərəfli ili

Axşamın alatoranlığı, soyuq, sərt şimal küləyı bu naməlum qocanı Masazır körpüsünün altında, dar bir küncə sığınmağa məcbur etsə də, o, qıvraq görünürdü. 77 yaşında olmasına baxmayaraq başını dik tutub, şax qaməti ilə ətrafa boylanır, gözləri ilə mənim hansı tərəfdən gələ biləcəyimi arayırdı. Mən uzaqdan onu görürdüm, özüm də bilmədən yavaş yeriyir, adamın sifətini qarsayan soyuq, sazaqlı qış havasında körpünün solğun işıqları altında dayanan bu məchul insanın taleyini göz önümə gətirir, 20 illik dostluğumuz dövründə onun mənə tanış olan keşməkeşli həyatını bir daha xəyalımdan keçirirdim. Bu bir neçə dəqiqə ərzində onun bütün həyatı sürətlə gözlərimin qarşısında vərəqləndi və məni az qala soyuq tər basdı, papağımı əlimə alıb kürkümün yaxasını açdım, əlimin biri ilə yaxınlıqdakı ağacdan tutub özümü toparladım və xeyli müddət zəif, qırmızımtıl körpü işığının altında duran bu çəlimsiz, arıq cüssəli insana baxmağa başladım. Onun nə düşündüyünü, bu dəfə hansı deyilməmiş mövzular haqqında xəyal etdiyini təsəvvür etməyə, daxilinə nüfuz edib bir anlıq onun özü olmağa, dünyanı onun kimi təxəyyül etməyə cəhd edirdim. Lakin bu mümkün idimi, onun düşündüklərini başqaları düşünə bilərdimi, onun həyatını özgələri onun özü kimi yaşaya bilərdimi?! Читать далее

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Kafka nəcə yaşayırsa, Siz də elə yaşayacaqsınız, ey işıqlı insan!

Sən mənə insanlardan mı danışırsan? İnsanlar keçmişdə, tarixin tozlu səhifələrində qaldı. İndi sadəcə karikaturalar yaşayır….
H.N.Atsız

Bu yazımı Əlisa Nicat’a həsr edirəm. Tərif və ya tənqid üçün yox, sadəcə onun üçün darıxdığımdan yazıram…
Zatən Əlisa müəllimin kimsənin tərifinə ehtiyacı yoxdur. Tənqidə gəlincə, buna layiq olan oğulu hələ analar doğmayıb…

İki insan xoşbəxtdir:
1. Hər şeyi bilən
2. Heç nə bilməyən…
Ə.Nicat Читать далее

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

“Ehram”ın gizlinləri

2008-ci ildə tamamlanmış, 2010-cu ildə “Əsərləri”nin III cildində ilk dəfə çap olunmuş “Ehram” romanı Əlisa Nicatın “Artakserks və bitlisiləşmiş türklər” romanı kimi despotizmə qarşı ezop dilində üsyanın bədii əksidir. “Artakserks” romanı haqqında yazmışdım. Əlisa Nicat romanı barədə yazır: “Bu əsər iki dahiyanə romanın- “Uliss” və “Proses”in bənzəri kimi yazılmayıb. Lakin hər iki romanın təsiri mütləqdir. O mənada ki, əgər həmin romanlar olmasaydı, “Ehram” da yarana bilməzdi. Yəni Kafka və Coys əsər üçün bir növ ideya mənbəyi olub”.

Читать далее

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

ARTAKSERKSİZM

Dilqəm Əhməd

Dilqəm Əhməd


“Cəhənnəmin varlığı üçün iblis qədər cəhənnəm əhli də məsuliyyət daşıyır. Lakin vay onda olur ki, cəhənnəm əhli cəhənnəm həyatında da xoşbəxt olur”. (Əlisa Nicat)

Əlisa Nicatın “Artakserks və Midiya türkləri” əsəri müasir Azərbaycan ədəbiyyatının nadir incilərindəndir.

İki min beş yüz il ərzində qədim Midiya, müasir Azərbaycan adlanan məkanda gedən proseslərin anlatıldığı roman öz orijinallığı, fərqliliyi ilə seçilir.

Roman cəhənnəmdə də xoşbəxt yaşamağı bacaran, bir gün cəhənnəmin qapısı açıldığı təqdirdə belə, oranı tərk etmək cəsarəti olmayan bir etnosun, yaltaqlığın, ikiüzlülüyün, qorxaqlığın hökm sürdüyü bir məmləkətin iki min beş yüz illik acılarla dolu, ikrah doğurucu yaşamını gözlər önünə sərir.

Kimdir Artakserks?

Minillər ərzində cilddən-cildə girə bilən, hər dönəmdə fürsət gözləməyi bacaran, fürsət gəldiyi təqdirdə ilan kimi qabığını tökərək cavanlaşan, şər ilə anlaşdıqdan sonra ölümsüzlük qazanan və bütün zamanlarda Midiya türklərinin qəniminə çevrilən bir despotdur. Читать далее

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Şərqin Kafkası

Ruhunda Şərq müdrikliyi ilə Qərb idrakını birləşdirən

dahi filosof Əlisa Nicatın 75 illik yubileyinə

Seymur Əliyev

Seymur Əliyev


“Özüm də bilmirəm nə deyim bu dəm:

Görünür ya allah, ya da heç nəyəm”

M.Y.Lermontov

Tanınmış Azərbaycan mütəfəkkiri Əlisa Nicatın filosof və yazıçı olaraq kimliyi ölkə ədəbi və elmi-fəlsəfi mühiti ilə az-çox tanış olan hər kəsə yaxşı bəllidir. Saysız-hesabsız tarixi romanlar, povestlər, pritçalar müəllifi olan bu canlı əfsanənin 75 il ərzində yaratdığı zəngin ədəbi irs özlüyündə bütöv bir ölkənin ədəbi-fəlsəfi sərvətinə bərabər olan qeyri-adi və təkrarsız xəzinədir. Bu mənada Ə.Nicatın böyüklüyünü yenidən anlatmağa, onun misilsiz istedadının məhsulu olan qiymətli əsərlərin önəminə diqqət çəkməyə lüzum yoxdur. Lakin bu gün – 75 illik həyatının zirvəsində qərar tutan və bütün dünyaya öz zəkasının dərkedilməz ucalığından nəzər salan bu insan haqqında özşəxsi müşahidə və qənaətlərimin cüzi bir hissəsini dilə gətirməyi lazım hesab edirəm. Əminəm ki, aşağıda söyləyəcəklərimin doğruluğu yalnız Ə.Nicat dühasının pərəstişkarları tərəfindən deyil, onun ifşaedici söz qamçısının izlərini kürəyində daşıyan insanlar tərəfindən də qəbul ediləcək, daxilən də olsa təsdiqlənəcəkdir. Читать далее

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Aqil Abbasdan

Bir yazıçı Əlisa Nicat var. Əslində o, daha çox filosofdu. Həm qeyri-adi istedad sahibidi, özü də qeyri-adi adamdı. «Elm və həyat» jurnalında işləyəndə mənə bir universitet qədər dərs deyib, həm də çox eqoist adamdı. İnsanlara bir az yuxarıdan aşağı baxır, xüsusilə də kitab-dəftərdən uzaq olan, səviyyəsi aşağı olan insanlara. Özü çox yüksək intellektə malikdi. İli yadımdan çıxıb. Bir dəfə «Neftçi» ilə «Paxtakor»un oyunundan sonra stadionu və stadionun ətrafını yandırmışdılar. Səhər işə gələndə dedi:

— Xəbəriniz var? «Azərbaycan gəncləri»ni oxuyanlar stadionu yandırıblar.

Və mənə də həmişə deyərdi ki, «Ağatlı oğlan»ı oxuyanlar, «Məlikməmməd»i oxuyanlar Şuşada qardaşlarının kəndirini kəsdilər.

Aqil Abbas

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Блог на WordPress.com.