Nitsşenin külliyyatından qızıl fraqmentlər

«BÜTLƏRİN TORANLIĞI» əsərindən

51-ci fraqment

Məndən çox vaxt soruşurlar, niyə mən alman dilində yazıram: Heç yerdə məni vətəndə olduğu kimi pis oxumurlar. Lakin kim bilir, istəyirəmmi ki, hazırkı zamanda məni oxusunlar? Elə şeylər yaratmalı ki, zaman, ölməz forma və mahiyyət üzərində əlləşib əbəs yerə diş sındırsın. Bax, belə şeylər üzərində əlləşməkdə mən qeyri-təvazökaram.
«Əbədiyyətin» forma əsası sayılan aforizmlər, sentensiyalar yaratmaqda mən almanlar arasında birinci ustayam. Mən öyünürəm ki, bəzilərinin bütöv bir kitab yazmalı olduğu, digərlərinə isə hətta bu da kifayət etmədiyi mətləbləri cəmi on cümlədə ifadə edə bilirəm. Mən bəşəriyyətə onun heç vaxt sahib olmadığı dünyanın ən dərin kitablarından birini, məhz öz «Zərdüşt»ümü bağışlamışam; yaxınlarda isə ən müstəqil kitabımı da bağışlayacağam.

11-ci fraqment

Bax, mən belə başladım: mən özümə acımağı tərgitdim.

12-ci fraqment

… Hakimiyyətə nail olmaq baha-başa gəlir: hakimiyyət adamı axmaq edir. Haçansa almanları «mütəfəkkirlər» adlandırırdılar; bəs indi? Onlar hələ də təfəkkürə qadirdirlərmi? Almanları ağıl darıxdırdı, onlar idraka etibar etməyi yadırğadılar, siyasət onların bütün əqli fəaliyyətlərə marağını söndürdü.

13-cü fraqment

Əgər insan nə üçün yaşadığını bilirsə, onun üçün necə yaşamağın demək olar ki, fərqi yoxdur.

«ŞƏN ELM» əsərindən

53-cü fraqment

Harda ki, adi gözlər, meyllərin büründüyü incə formalar sayəsində elə-beləcə pis meylləri ayırıb fərqləndirə bilmir, orda da insan öz firavanlığının səltənətini müəyyən edir və ora daxil olmaq üçün təhlükəsizlik, ləzzət və iltifat kimi o hissləri fəaliyyətə təhrik edir ki, hansı ki, pis meyllər onları müəyyən hədd daxilində də yerləşdirir! Bax, bu səbəbdən sadə xalqın və onların övladlarının qəlbində bu qədər aydınlıq var, amma böyük mütəfəkkirlərin qəlbindəsə narahat vicdanla həmsərhəd dərəcəsində zülmət və qüssə olur.

305-ci fraqment

Niyə Təbiət insanlara münasibətdə bu qədər xəsisliyə yol verib? Niyə o, insanları qəlblərindəki daxili işığın ehtiyatına uyğun olaraq birini az, birini çox işıq saçmaq xüsusiyyəti ilə mükafatlandırmır?

253-cü fraqment

Elə insanlar lazımdır ki, tənha, səssiz-səmirsiz, özünə qapılıb, dolanacağından razı, ardıcıl, görünməz bir fəaliyyətlə məşğul olmağı bacarsınlar.

236-cı fraqment

Axı, əvvəl-axır insan həqiqətləri nədir? Təkzib edilə bilməyən insan yanılmaları!

Tərtibçi və tərcüməçidən

Hələ 30-35 il əvvəl bloknotuma köçürdüyüm fraqment və onların hissələri, yəni Nitşe külliyyatının qaymağı burda bitir. Sonrakı nömrələrimizdə təbii ki, bu qaymaqlar davam edəcək. Çünki Nitşe fraqmentlərində «qaymaq» ilə «südün» fərqi çox azdır. «Südün» özü də elə qaymaq kimi şeydir. Lakin aydındır ki, «qızıl fraqmentlər» kimi dahi filosofun bütün külliyyatını tərcümə etmək qeyri-mümkündür. Ona görə mən Nitşe yaradıcılığına bəlkə də, bütün dünyada ən yaxından və ən dərindən bələd olan adam kimi bu incə fərqi seçib-ayırmaq bacarığım sayəsində «qaymağın qaymağını» bu qədər sayı az olan tələbələrimə və oxucularıma hədiyyə edirəm. 
Bu nömrədən sonra bilavasitə külliyyatın cildlərindən götürdüyüm fraqmentlər çap olunacaqdır.

(ardı var)

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: