Fizik və loqik

Hekayə

Kaliforniya Universitetinə bir fizik və ya bioximik lazım idi. Onların elanına dərhal iki gənc mütəxəssis gəldi. Fizik, artıq dünya şöhrətli Nobel laureatı idi. İkinci gələn isə məlum oldu ki, bioximik deyil, loqik, yəni məntiqşünasdır. Özü də tək deyil, təzəcə evləndikləri dünya gözəli olan bir qızla gəlmişdir.

Komissiya üzvləri təəccüblə bilmirdilər neyləsinlər. Onlar məntiq müəllimini də işə götürə bilərdilər, hərçənd ki, fizik daha çox lazım idi. Özü də belə bir şöhrətli fizik.

Məsələni ümumi söhbətdən sonra universitetin rektoru həll etməli oldu. Ümumi söhbətdə iştirak edən professorlar hər iki mütəxəssisi əla qiymətləndirdilər.

Arada hər üçü həyətdəki ayaqyoluna getdilər və qabaqda gedən məntiqşünas, dalınca da qız və fizik daxil oldular.

Üç nömrə vardı. İkisi kişi, biri qadın nömrəsi. Hər üçünün girişi xeyli çəkdi. On-on beş dəqiqədən sonra yuyunub, çıxıb gəldilər. Əvvəlcə qız, sonra məntiqşünas, axırda da fizik çıxdı.

Rektor hər iki mütəxəssisi qəbul edib söhbətləşdi, sonra qərarını elan etdi. O, üstünlüyü dahi fizikə deyil, loqikə verdi. Məsələ bunda idi ki, loqiklə gözəl, bir-birlərini hədsiz sevirdilər, lakin loqikin övladı ola bilməzdi. Fiziklə o, ayrı-ayrı şəhərlərdən gəlmişdilər və indi burada bir-birlərini görmüşdülər.

Sən demə, loqik arvadına deyibmiş ki, bir övladımızın olması üçün bu, ən yaxşı fürsətdir.

Qız ona qulaq asır.

Fizik, təbii ki, bu sövdələşməni bilmədən məsələni yoluna qoyur.

Loqik, əhvalatı rektora danışır.

Beləliklə, loqik və gözəl arvadı adi, bayağı bir adamın deyil, dahi bir fizik və insanın övladının ata və anası olurlar.

Səssiz, heç kim heç nə bilmədən və hiss etmədən. Çünki qız, fizikdən ömründə bu barədə heç nə deməyəcəyinə söz alır.

Əhvalatı eşidən rektor, fizikə deyil, loqikə, məntiqşünasa üstünlük verib onu işə qəbul edir.

Categories: Əsərlərindən | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: