Ənvər Börüsoydan sürpriz

Axırı ki, o günü gördüm. Axırı ki, Ənvər Börüsoyun qələmindən də həqiqətən aktual, faydalı, məzmunlu, kəsərli və hətta cəsarətli bir yazının meydana çıxdığını gördüm.
İllərdən bəri Ermənistan, Rusiya, İran siyasəti barədə palaz-palaz məntiqsiz, mənasız proqnoz və açıqlamalardan sonra birdən-birə belə parlaq bir publisistika nümunəsinin doğula biləcəyini heç kim təsəvvür edə bilməzdi. Bu, ona oxşayardı ki, məsələn, keçmiş dostum Hadı Rəcəbli Milli Məclisdə mikrafonu əlinə alıb ayda 100-150 manat əməkhaqqı alan həkim və müəllimlərin faciəvi güzaranından danışa. Belə bir şey mümkünmü? Əsla! Hərçənd ki, bu barədə haray-həşir salması ilk növbədə məhz onun vəzifəsidir. Çünki kişi, zarafat deyil, 20 ildir ki, Milli Məclisin Sosial Siyasət Komissiyasının sədridir.
Deməli, Ənvər Börüsoyun musiqi və ümumiyyətlə, mədəniyyət anlayışı, qapı-qapı gəzib kartofsatanın mədəniyyət anlayışından da aşağı olan Əbülfəs Qarayev adlı bir adamın nəhayət, əsl dəyəri barədə car çəkməsi heyrət doğurur.
Bəli, Əbülfəs Qarayev məşhur bəstəkar, əmisi Qara Qarayevin musiqiçi olmasından savayı musiqiyə aid heç nə bilmir. Və əmisinin musiqiçi olduğunu bildiyinə görə mədəniyyət naziri kimi nəsə bir iş görməyi qərara alıb və Qara Qarayev kompleksini yaratmağa başlayıb.
Əbülfəs Qarayev o adamdır ki, biz 3 dəfə qəzet vasitəsilə Üzeyir bəy irsinin taleyi, onun hələ də ifa olunmayan kantataları və nəhayət, «Şah Abbas və Xurşudbanu» adlı opera incisinin yenidən tamaşaya qoyulması barədə müraciətlərimizə bircə dəfə də olsun nəinki cavab verib, heç ümumiyyətlə, reaksiya göstərməyib. Çünki bu səviyyəsiz adam elə hesab edir ki, nazir olduğuna görə həddindən çox böyük adamdır və qəzetlərdə çıxan hər uşaq-muşağın müraciətlərinə reaksiya verməyə vaxtı yoxdur.
Bəli, Ənvər Börüsoy, musiqidən xəbərsiz olan, bir növ musiqi naziri olan bu adamın mahiyyətini və mədəniyyətimizi bərbad hala salan fəaliyyətini çox gözəl şəkildə açıb-tökür.
Amma ona bildirmək istəyirəm ki, deyir, dəyirman öz işindədir, çax-çax baş ağrıdır. Yəni özünü göyün yeddinci qatında hiss edən Əbülfəs Qarayevin bu dəfə də heç tükü belə, tərpənməyəcək və öz işiylə məşğul olacaq. Çünki nə qədər musiqidən və ya müdriklikdən xəbərsiz olsa da, yaxşı bilir ki, neyləyir. Çünki neylədikləri onun öz ağlının məhsulu deyil, ona diktə olunur.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: