Qayanı görməyən gözlər

(Əziz və xeyirxah bir dostuma)

Bir nəfər ürəkdən Allah bəndəsi nə müddətdi ki, illər uzunu arzuladığı həcc ziyarətinin lap ağzında dayanıb irəli gedə bilmirdi. Çünki onun yolunu nəhəng qara bir qaya kəsmişdi. Ətrafdan yol yox idi. Qaya da divar kimi ucalırdı. Amma kişi hey gah əyilə-əyilə, gah qaça-qaça gəlib qayaya çatır, əliylə onu yoxlayır, sanki nə olduğunu başa düşməyib niyə irəli gedə bilmədiyinə mat qalırdı.
Bir nəfər yoldan ötən cavan onun bu halına baxıb, nəhayət, dözə bilməyib dedi:
— Əmucan, niyə belə edirsən? Sənin ki, mən bilən sap-sağlam gözlərin var. Bəs qabağındakı o boyda qayanı görmürsən?
— Hanı qaya? Axı, mən heç nə görmürəm.
— Dağ boyda qayanı görmürsən?
— Xeyr.
— Bəs onda niyə irəli gedə bilmirsən?
— Elə mən də ona təəccüb edirəm.
— Paho, – deyə cavan oğlan lap çaşıb qaldı. – Sən o boyda dağı görməyib niyə qabağa gedə bilmədiyini başa düşə bilmirsən? Mən dünyada birinci dəfə görürəm ki, adamın gözləri ola-ola, gözləri görə-görə qabağındakı dağı görməsin.
Kişi dedi:
— Nə dağ-dağ salmısan? Nə tutmusan, əl çəkmirsən? Hanı qaya? Varsa, nədir axı onun adı?
— Əmucan, onun adı Məzahir Pənahovdur.
Kişi yenə başını bulayıb, heç nə başa düşmədi.

Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: