Günahkar mələk

(Dostum Nurəddinə)

Bir nəfər yapdığı iki insan fiqurunu tərəziyə qoyub hey çəkirdi. Fiqurların biri nəhəng, digəri isə cılız idi. Nəhəng, gülümsəyən bir saqqalsız, cılız isə qanadları olan ciddi bir saqqallı idi. Yapıcı, ha bu fiqurların yerini dəyişdirir, onu tərəzinin bu gözünə, o birisini isə digər gözünə qoyur, yenə cılız saqqallı, gülümsəyən saqqalsızdan ağır gəlirdi.
Bir nəfər yoldan ötən, ona nəzər salıb dedi:
— Əmu, niyə bu fiqurları hey ora-bura qoyub çəkirsən?
Yapıcı dedi:
— Oğul, heç cür başa düşmürəm ki, niyə saqqallı yüngül, tərəzidə yekəpər saqqalsızdan ağır gəlir?
Cavan yolçu ona dedi:
— Burda nə var ki, əmucan. Sənin tərəzin onların günahlarını çəkir. Deməli, bu yüngül adamın günahı daha ağırdır.
— Bəs niyə belə, oğul? Axı, zülmkar yekəpərdir.
— Əmucan, yekəpər zülmkar olsa da, deməli, cılızın günahı ondan daha ağırdır.
— Niyə?
— Çünki zülmkar onun çiyinlərində taxta çıxıb.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: