Ərəblər və azərbaycanlılar…

(Fəlsəfi etüdlər silsiləsindən)

Ərəb və Azərbaycanlı xarakterlərinin müxtəlifliyinin şərtləri

İraqda və ya Misirdə hər hansı dövlət ədalətsizliyinə, seçki saxtakarlığına etiraz olaraq nəinki etiraz, sadəcə bununla heç cür barışmayaraq hər gün toqquşmalarda və antidövlət terror aktlarında onlarla, hətta yüzlərlə insan, əksəriyyəti də cavanlar və yetkinlər, canlarından keçirlər.
Eyni hadisə daha kobud ədalətsizlik və seçki saxtakarlığı zamanı Güney və Qüzey Azərbaycanında illərdən bəridir ki, baş verdiyi halda, buna etiraz olaraq bircə nəfər də olsa, canından keçmə hadisəsi baş vermir ki, vermir.
Niyə?
Aydındır ki, xarakterlər başqa-başqadır.
Bəs bu başqalıq nə ilə şərtlənir? Onun mahiyyəti nədir? Azərbaycanlının canını bu qədər üstün və əziz tutub hər cür saxtakarlığa, ədalətsizliyə, zorakılığa və hətta təhqirə dözməsi nə ilə izah olunur?
Ərəbin bu cür asanlıqla ölümün ağuşuna atılmasının və əksinə, azərbaycanlının canından qorxmasının səbəbi nədir? Yəni xarakter fərqinin mahiyyəti və mexanizmi necədir?
Hər iki insan ədalətsizlik ilə rastlaşanda beyinlərində nə baş verir? Dünyada hələ heç kim belə bir müəmmanı açmağa cəhd etməmişdir.
Axı niyə ölüm ərəb üçün adi bir şey, bizim üçünsə bu qədər qorxunc və mümkünsüzdür?
Bu suala müəyyən qədər Hamletin məşhur «Ölüm və ya olum» monoloqunda açıqlama verilir. Orada, həyatın o biri tərəfində nə olacaq, başımıza nə gələcək?
Hamlet üçün bu bilinməzlik hər cür ədalətsizliklərə dözməyin səbəbi idi.
Ərəb üçünsə bu gələcək, yəni həyatdan sonra baş verəcəklər cavan bir oğlanın görüşünə gedən bir qız ürəyi kimidir. Ərəb bütün varlığı ilə onu orada cənnətin gözlədiyinə artıq 25-30 nəsildir ki, arxayındır və o, ölümə gedərkən toy-bayrama, əbədi firavanlığa qovuşmağa getdiyinə min faiz əmin olaraq gedir. Və bu məsələdə qəlbində zərrə qədər də şübhə və tərəddüd yoxdur.
Azərbaycanlı, özbək, türkmən, tacik və başqaları və bunların qohum-qardaşları isə, necə deyərlər, əldəqayırma müsəlman olduqlarına görə, müsəlmanlığı könüllü deyil («qılınc müsəlmanı» məsələsi), iqtisadi qazanc gətirdiyi səbəbilə qəbul etdiyinə görə qəlbinin yalnız üst qatında müsəlman olmuşdur. Alt qatı isə tamamilə boş və dinsiz qalır. Aydındır ki, insanın hərəkətlərini, davranışlarını idarə edən də məhz həmin alt qatdır. Bizdə, adını çəkdiyimiz və çəkmədiyimiz digərlərində isə bu qat tamamilə ATEİSTDİR. Nəinki adi insanların, hətta böyüklü-kiçikli din xadimlərinin də. İnsan da inanmadığı şeyə qurban gedə bilərmi?
Yox!
Bir neçə il qabaq çaya qonaq olduğum bir ərdəbilli şirniyyat baqqalının dediyi sözlər yadımdan çıxmır. Mən Allahdan söz salanda o, əli ilə başımı göstərərək «Allah burdadır» demişdi. Yəni heç bir Allah-zad yoxdur.
Heç şübhəsiz ki, 35 milyonluq bütün cənublu soydaşlarımızın dindarlığı bu cürdür. Belə olduqda beyin öz bütün rezervuarı, bütün 100 trilyonluq neyronları ilə ölümdən qorxur və qaçır. Çünki bu ölüm ağır məğlubiyyət, hər cür yaşamağın, ləzzətlərin, yemək-içməyin, düşüncənin və tamaşanın sonu deməkdir. Və buna görə də azərbaycanlı ölümdən dəhşətə gəlir və hər cür şərəfsiz həyatın bu məğlubiyyətdən və yox olmaqdan yaxşı olduğuna əmin olduğu üçün ona dözür, nəinki dözür, hətta ölümün siyasi, mənəvi təhqirə alternativ olması, daha doğrusu, həyatını şərə etiraz silahı kimi işə salması zərurəti və mümkünlüyü ağlına belə, gəlmir.
Bəs onda ailə konfliktləri, maddi iflaslar və çıxılmazlıqlar nəticəsində hər gün canına qəsd edən onlarla Qüzey azərbaycanlısının intiharını hara yazaq?
Bəli, bu dərin affekt, canından çox sevdiyi ləzzətdən, yemək-içməkdən, qumardan, seksdən məhrum olanda azərbaycanlı üçün həyat öz mənasını tamamilə itirir. Azərbaycanlı üçün siyasi-mənəvi məhrumiyyət heç bir ağırlıq, əzab, dözülməzlik gətirmir. Bütün bunlar ləzzətdən, yemək-içməkdən və seksdən məhrum olanda əmələ gəlir. Azərbaycanlı beyni yalnız bu dediklərimizə işləyir və milli-mənəvi əzab, siyasi əsarət anlayışı onlar üçün yerli-dibli yoxdur.
Əgər o, güneyli azərbaycanlılarda olduğu kimi milli-siyasi əsarətdə maddi təzyiqdən çıxış yolu tapırsa, gündəlik çörəyini çıxarırsa və hətta firavansa bu, onun üçün tam komfort, tam kifayətdir. Uşaqlarının məktəbdə hansı dildə oxuması, radio və televiziyanın bütün günü hansı dildə danışması onun üçün diskomforsiya yaratmır və onun beynini əsla incitmir.
Azərbaycanlının evdə arvadı, çöldə avtomobili varsa (əlbəttə, cibində çörək pulu ilə), o, cənnətin yeddinci qatındadır və artıq inanmadığı cənnət onun nəyinə gərəkdir.
«Soğan olsun, nağd olsun» bizim şərəfsiz atalar sözlərimizdən biridir.
Azərbaycanlıya (əlbəttə, bütövlükdə) dövlət, dediyimiz yaşayış tərzində mane olmursa, bu dövlət aparatının hansı formada mövcud olmasının heç bir əhəmiyyəti və təsiri yoxdur. Maşınına, qazancına, seksinə və yeməyinə mane olma – istəyirsən azərbaycanlının lap belinə min, heç bir narazılıq aktı görməyəcəksən.
Ərəb, səhra vadilərində min illərlə azad yaşamış, ayrı-ayrı tayfa və qəbilələr daxilində öz mənliyini həyat və yaşayış müstəqilliyi içində qoruyub formalaşdırmışdır. Bağdadda və ya Qahirədə hökmranlıq edənlər onun bu daxili aləminə zərrə qədər də olsun, müdaxilə edə bilməmişlər. Ərəb üçün daxili azadlıq milli yekdilliklə daim vəhdətdə olmuşdur və VI yüzillikdə meydana çıxan yeni düşüncə tərzi onun çoxminli tarixi ilə ahəngdar olduğundan və düşüncə tərzi şəklində daha geniş üfüqlər açdığından İslam qısa bir müddətdə ərəbin beyninə nüfuz etmiş, onu tamamilə fəth etmişdir. Bu fəthetmə də ərəbi sürətlə fatehə çevirib, onu qısa bir müddət ərzində Yaxın Şərq və Ön Asiyanın ağası etmişdir.
Ərəb üçün nəhayətdə dini məslək, siyasi məsləkə hopmuş və bu da tezliklə öz səmərəsini verdiyinə görə o, tamamilə dini-siyasi əsgərə çevrilmişdir.
Ona görə canab Börüsoy hər gün səhifə-səhifə yazıb nə qədər çığırsa da, öz soydaşlarının heç vaxt azadlıq və müstəqilliyini görə bilməyəcəkdir.
Heç vaxt!

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: