Torpaq hərisləri

500 ildir ki, Rusiya imperiyadır. 500 il ərzində şişib-şişib, indiki 17 milyon kvadrat kilometr olub.

Tatar, başqırd, çuvaş, kalmık, Altay və Krım tatarlarını (hazırda Ukrayna işğalındadır), sonralar isə Şimali Qafqaz xalqlarını, dünənə kimi isə daha 10 böyük respublikanı işğal altında saxlayırdı.
Qarnı şişmişdi və mədəsi bu nəhəng tikələri heç cür həzm edə bilməyib daim ağrıyır, nə yediyini, nə içdiyini bilib, bilmirdi ki, neyləsin.
Nəhayət, Boris Nikolayeviç Yeltsin adlı nəhəng bir şəxsiyyət xalqına yazığı gəlib heç bir maddi və mənəvi faydası olmayan 10 «müttəfiq respublika»nı mədəsindən qusdurdu və ruslar nəhayət, mədə ağrısından rahat oldular.
Amma göründüyü kimi, orqanizm hələ təzə vəziyyətə öyrəşməyib, bir xeyli ürəkbulanması oldu.
Amma buna baxmayaraq, imperiya yenə ucsuz-bucaqsız, qanunsuzluq, rüşvət, zorakılıq və ədalətsizlik yuvası idi. Xalq yenə yarımac, ölkədə antidemokratik rejim, bütün seçkilər saxtalaşdırılır, parlament də dünənki KQB zabiti Putinin əlində oyuncaqdır.
17 milyon kvadrat kilometr, yerin altı da, üstü də sərvətlə dolu olan bir ölkənin xalqı yenə bədbəxtdir. Və bu sərvətlərin yarıdan çoxu mifik düşmənlərə, ilk növbədə isə ABŞ-a və Yaponiyaya qarşı müharibə hazırlığına sərf olunur.
Həddən artıq qapalı bir ölkə olduğuna görə Rusiyanın bu 55 min nüvə başlığı, saysız kontinental (yəni Amerikaya bomba apara biləcək) raketlər və başqa saysız hücum vasitələri həqiqətən nə yerdədir, yararlıdır və ya yararlı deyil, məlum olmur. Amma buna görə dünyanın bir sıra böyük ölkələri, o cümlədən, ABŞ mübahisəli məsələlərdə çox vaxt Rusiyaya güzəşt gedirlər.
Lap bugünlərdə Edvard Snovden adlı bir cavan əks-kəşfiyyat nümayəndəsi Honkonqa, oradan da Rusiyaya gəlib, axmaq açıqlamaları ilə bütün dünyanı çaşdırıb. ABŞ dövləti tərəfindən onun satqınlığına bu dərəcədə kəskin reaksiya gözləməyən gənc «kommunist» indi məəttəl qalıb. Moskvanın Şeremetov aeroportunda iki həftədir ki, qalıb neyləyəcəyini bilmir. Çünki bütün Avropa və Asiya ölkələri ona sığınacaq verməkdən imtina edib. Putin də qalıb məəttəl. Bir yandan buna sevinir və Amerikanın bir çox hərbi sirlərini ələ keçirdiyinə görə çalıb-oynamağa hazırdır. Digər tərəfdən, ABŞ-dan qorxur, çünki xüsusilə iqtisadi gəlirlərinin böyük əksəriyyəti bu ölkədən asılıdır. ABŞ Administrasiyası dönə-dönə bəyanat verib casusun geri qaytarılmasını tələb edir. Putin də qalıb məəttəl. Versin, dünyada biabır olar, verməsin, axı qorxur. Belə ki, ABŞ hər hansı vaxt neftin gəlirini kəskin şəkildə aşağı salıb Rusiyanı pis günə qoya bilər.
İnsan nə qədər hiyləgər olursa, bu hiyləgərlik yerdən yuxarı nə qədər ölçülürsə, bir o qədər də yerdən aşağı axmaq olur. Ən gülməli orasıdır ki, özünü hamıdan ağıllı hesab edən bu hiyləgər, ABŞ dövlətini axmaq və gicbəsər hesab edərək bəyanat verir ki, əgər Snovden ABŞ-ın sirlərini heç yana yaymayacağına söz verirsə, biz ona siyasi sığınacaq verə bilərik.
Adə, ay 10 santimetrlik uzunqulaq, axı Amerika konqresi, Administrasiyasını sən nə qədər axmaq hesab edirsən? Əvvələn, casus onsuz da nə bilirsə, siz beyninin neyronlarına qədər sıxıb almısız. İkinci də, bu qədər də adam ələ salmaq olar?
Bəli, vəziyyət belədir. Bu nəhəng ölkənin həmişə başında axmaqlar durur, nə qədər hiyləgər olsalar da. Və bir daha təkrar edirik, insan ki hiyləgər oldu, bir o qədər də axmaq olur.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: