Suallar, suallar

Dünyada nə ilə təsəlli tapmaq olar? Hey fikirləşirəm, tapa bilmirəm. Hətta qədim hind «upanişadları» da köməyə gəlmir.

İnsan nədirsə, nə olursa, kim olursa, mığmığa kimi bir şeydir. Səhərdən-axşama kimi rahatlıq bilmədən vurnuxan, özünü ora-bura vuran bu ötəri molekullar, atomlar, hüceyrələr və neyronlar toplusu eləcə, bir yığın mığmığa kimi əlləşir, vurnuxur, xəbəri olmur ki, zaman onunçün nə hazırlayır.
Əslində nə hazırladığını bilir, amma Burulğanın ondan yan keçəcəyini düşünür. Nəinki düşünür, hətta buna əmindir.
Burulğan isə kordur, kimi aparacağının fərqində deyil.
Amma yox, heç vaxt o, heç kimi yandırıb-yaxmır. Əgər özün arvad-uşağını «tabuta» mindirib, saatda 120-150 kilometr sürməsən, Burulğan heç vaxt adama dağ çəkmir.
O, tədricən, hiss olunmadan, zərrə-zərrə qoparıb aparır.
Nəsə yenə bir sual beynimi döyəcləyir:
Bədbəxtlik nədir? Bu kateqoriyaları insanların özləri təyin edib. Bəs biz niyə onların əsiriyik?
Niyə sonluq acı olur? Niyə insan parçalanıb dağılmağı ilə barışa bilmir? Özü də kütlə adamları yox, Veyningerin təyin etdiyi kimi, ölməzlik arzusu ilə yaşayanlar.
Niyə bu son, başqa bir şəkildə təzahür etmir? Məsələn, insan da hər hansı bir dən kimi, buğda kimi illərlə qalıb gözləyə bilməzdimi? Misir məqbərələrində tapılan buğda dənləri hətta indi yenə də əkinə yararlıdır.
Bəs, gözümüzün qabağında hər gün kütləvi surətdə ölüm burulğanına atılan Misir ərəbləri? Bu, qəzəb və prinsip atlantları? Bu, ölümə meydan oxuyan saysız qəhrəmanlar irqi?
Onlara baxanda belə çıxır ki, biz bəşəriyyətin tamamilə atxodlarıyıq.
Öz şəxsimiz, aydındır, tamamilə Veyninger deyən kimi, ölməzlik istəyindəyik. Amma buna əmin olmadığımıza görə və ümumiyyətlə, planlar hələ başa çatmadığına görə beləyik.
Ölməzliyin olub-olmaması sual altında olduğundan hər axşam Günəşlə bir yerdə qürub edir, səhərlər doğuluruq. Bu, aydındır və Yaradan, əgər həqiqətən o, varsa, niyə haçansa hansı birimizin qulağınasa pıçıldamır ki, qorxma bala, kainatın hansı küncündəsə sizin kimilər üçün sığınacaq yaradılıb. Doğrudur, bu, «Quran»da vəd edilib. Amma «Quran» insan zəkasının məhsulu olduğuna görə onun bu vədləri bir çoxlarını təmin etmir.
Bu vəh, bu təsəlli yoxdur, yoxdur! Başımızı cinsi ehtirasın ani və mənasız yaşantısı və onun məhsulu olan özümüzəbənzərlər və bənzəməyənlərlə aldadıb bizi Letaya yola salmaq, o boyda yaradıcının şəninə yaraşırmı?
Bir halda ki, mənimlə qonşum arasında yerlə göydən də nəhəng bir fərq qoymusan, bəs bu fərqin nəticəsi hanı? Hər ikimizi eyni təhqiramiz bir nəticə ilə yola salırsan.
Bir əsl mahiyyəti tamamilə puç olan, hətta üfunət yayan şeylərlə başını aldadıb, sonra əzabla, zülmlə yediklərini burnundan gətirmək o boyda Qüdrətə yaraşırmı?
Özü də, özün seçib ayırdığın, tamamilə fərqləndirdiyin nüsxələri də eyni həsrət və məyusluqlda doldurub yola salmaq?
Əks təqdirdə atomun mahiyyəti, Kvant mexanikası, genetika mühəndisliyini tədqiq etməyi, Platondan, Aristoteldən Nitşeyə qədər fövqəlzəkalar yaratmaq nəyə lazımdır?

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: