Ruhların söhbəti: Stalin və Beriya

23. Stalin və Beriya

stalinDM2109_468x551beriya

STALİN – Lavrenti, sən axırda mənimlə niyə belə rəftar elədin? Hətta boğub öldürdün.
BERİYA – Pato (gürcücə xozeyn), sən artıq bütün reallıq hissini itirib dünya üçün təhlükəli idin. Açıq-aşkar üçüncü dünya müharibəsinə hazırlaşırdın.
STALİN – Hə?
BERİYA – Məgər üçüncü dünya müharibəsinə hazırlaşmırdın? Özü də təzəcə Amerikadan oğurlayıb istehsal etdiyimiz atom bombası ilə. Sən artıq xəstəlikdən tamamilə ağlını itirmişdin. Mən bu bombanın ABŞ-dan oğurlanmasını və istehsalını təşkil etdim ki, Amerika bizi şantaj eləməsin, sən isə onu həqiqətən işə salmaq istəyirdin. İkincisi, bütün Siyasi Büronu həbs etdirib güllələtmək niyyətində idin, elə deyilmi?
STALİN – Hə, doğrudur. Çünki hamınız ingilis casusları idiniz.
BERİYA – Ay pato, nə ingilis, nə casus? Molotov kimi dünyada sənə sadiq olan bir adam ingilis casusu ola bilərdimi?
STALİN – İnsan nə desən, edə bilər. Sən insan təbiətinə bələd deyilsən.
BERİYA – Bələd olmasam da, özümü ki, tanıyıram. Sən, məni də şübhəsiz ki, aradan götürəcəkdin.
STALİN – Səni aradan götürmək istəsəydim, bunu çoxdan edərdim. Hələ lap 1938-ci ildə. Yejovun əliylə. Amma mən səni Kremlə gətirib, o boyda səlahiyyət sahibi elədim. Sənsə məni əvvəl zəhərlədin, sonra da boğub öldürdün.
BERİYA – Əvvələn, Yejov o vaxt artıq sənin özünün başını kəsmək istəyirdi. Sənə o vaxt məndən sadiq adam yox idi. Ona görə məni Kremlə gətirtdin. 1953-cü ildə də ABŞ-la müharibəyə başlamağa hazırlaşırdın, elə deyilmi?
STALİN – ABŞ-ı məhv edəcəkdim və bütün dünya ölkələri Sovet Sosialist Respublikaları İttifaqına daxil olacaqdılar.
BERİYA – Məgər ABŞ əlini cibinə qoyub sənə tamaşa edəcəkdi?
STALİN – Kütləvi qırğın olacaqdı. Dünyada lap qoy 100 milyon qırılaydı, biz ki bunkerdə oturub rahat gözləyəcəkdik.
BERİYA – Bəs şəhərlər, Moskva, Leninqrad, vətənimiz Gürcüstan? Məgər o qırğından sonra dünyada salamat yer qalacaqdı ki, Ümumdünya Sovet Sosialist Respublikaları İttifaqı da yaradasan?
STALİN – Zato, ABŞ-ı məhv edəcəkdim.
BERİYA – ABŞ da səni məhv edəcəkdi. Hətta yeraltı şəhərlərini də. Sən onu, o səni.
STALİN – Ay axmaq, bəs bu qədər atom bombalarını neyləyəydik? Bəzək, yaraşıq üçün yaratmışdıq? Bunları harasa atmasan, nə ləzzəti. Yaxşı, bunlar heç. De görüm necə oldu ki, məndən sonra partiyada rəhbərliyi Nikita kimi yaramaza verib özünü məhv etdin, məni də rüsvay?
BERİYA – Mən tədricən SSRİ-dəki zorakı quruluşu yavaş-yavaş dəyişib, normal dövlət yaratmaq istəyirdim. Ona görə ölkədə rəhbərliyi partiyadan alıb hökumətə verdim. Sadəcə, buna tam «uspet» edə bilmədim, çünki tək idim. Bir də məni qabaqladılar.
STALİN – Belə çekist idin? Sən onları qabaqlayıb aradan götürmək əvəzinə, onlar səni qabaqladı?
BERİYA – Bəli, səhv elədim. Gərək dərhal, birinci növbədə sənin istədiyin kimi Politbüronun bu qoca qurdlarının hamısının başını əkəydim. Bəli, pato, səhv elədim. Nikita bir balaca geciksəydi, mən artıq sistemi dəyişəcəkdim. Cəmi 3 gün ərzində məni tutdurub güllələtdirdi. Sonra da axmaq bir tamaşa verib məhkəməmi təşkil etdi və «dvoynik»imi ittiham elədilər.
STALİN – Ay axmaq, bu yalançı sistemi mən dünyaya ağalıq etmək üçün yaratdım. Bütün dünya bizim olacaqdı. Əvvəl yaramaz Hitler qoymadı, sonra da sən.
BERİYA – Ay pato, sənin başın artıq xarab olub. 22 milyon kvadrat kilometr sənə azlıq edirdi, hələ bir dünyanı da tutub rusların əlinə vermək istəyirdin? Nəyinə lazım idi axı bu?
STALİN – Bunu rus xalqı istəyirdi.
BERİYA – Rus xalqı donuz kimi bir şeydir. Gözəl Fransanı, Almaniyanı, İngiltərəni, Yaponiyanı tutub bu donuzların əlinə vermək istəyirdin? Belə də insafsızlıq, belə də axmaqlıq olar? Bunlar dünyanı nə günə qoyacaqdılar?
STALİN – Cəhənnəmə ki. Zato, bütün dünya «Şiroko strana moya rodnaya» oxuyacaqdı.
BERİYA – Sən də qulaq asıb ləzzət alacaqdın?
STALİN – Hə.
BERİYA – Nə yaxşı ki, səni boğub öldürdüm.
STALİN – İdiot!

İyul, 2013.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: