Ruhların söhbəti: Polyak və rus

22. Polyak və rus

yazi

POLYAK – Adə, ay haramzadə, ay Allahın bici, nə istəyirsən məndən? Min ildir zəhərli sarmaşıq ağaca sarılıb onu inkişafa qoymadığı kimi, daim yapışmısan məndən, əl çəkmirsən. Axı, nə istəyirsən? Məqsədin nədir? Say çoxluğundan, alman hərbi generallarının beyni və dəyərsiz kölə saldatların çəyirtkə kimi axını ilə neçə yüz ildir əl çəkmirsən məndən.
RUS – Neyləyim, almana, fransıza, ingilisə gücüm çatmır. Həm zəka, həm istedad, həm hərbi hünər, həm də ləyaqət ilə hamısından necə çarəsizcəsinə aşağı olduğumu görüb acığımı səndən çıxıram. Sənə ki gücüm çatır, səni ki əzib-parçalayıram, ürəyim az da olsa, təsəlli tapır.
POLYAK – Ay yaramaz haramzadə, bir halda ki, öz ərazin, öz torpaqların ucsuz-bucaqsızdır, bir halda ki, özün daim kölə, ac və bədbəxtsən, nə olar ki, otur öz xarabanda. Dost əlini uzat, uzaq qohum kimi, dost kimi mehriban olaq! Hansı yaxşıdır, bizi parçalayıb daim sataşmaq, ya əl-ələ verib dost-qardaş olmaq?
RUS – Olaq da. İndi ki daha vahid və müstəqilsən, kim sənə mane olur?
POLYAK – Ay haramzadə, axı niyyətindən əl çəkmirsən. Gecə-gündüz təzədən bizi qapazaltı eləmək istəyirsən. Axı prezidentimizin, ailəsinin, yüksək elitamızın nə günahı vardı, sənə neyləmişdilər təyyarələrini vurub 150 nəfər seçmə oğul və qızlarımızı qırdın?
RUS – Onların mənim ərazimdə nə işi vardı?
POLYAK – 1940-cı ildə vəhşicəsinə, yırtıcı kimi güllələdiyin 40 min polyak zabitlərinə abidə qoymağa gedirdilər. Həmin 40 min gənc, xalqımızın igid, qəhrəman zabitlərinin nə günahı vardı?
RUS – Onları almanlar qırdı.
POLYAK – Əvvələn, yalansa üzünə tüpürüm. İkincisi, axı, bəs indi nə istəyirsən bizdən? 2-3 saatlığa gəlib- gedəcəkdilər. Axı, niyə bu alçaqlığından əl çəkə bilmirsən? Axı, əsrlər boyu bizi qırmaqla, ölkəmizi parçalamaqla nə qazanmısan? Hə, 100 nəfər elitamızı məhv etdin, nə qazandın?
RUS – Dərsini verdim ki, atılıb-düşməyəsən. Biləsən ki, səni istədiyim vaxt yenə məhv edə bilərəm.
POLYAK – Axı, bu sənə heç nə vermir. Xalqımızın nifrətindən başqa nə qazanırsan?
RUS – Gözünü qorxuduram. NATO-ya üzv olursan, düşmənlərimə qoşulursan. Ona görə yerində dinc otur. Necə deyərlər, otdan aşağı, sudan lal ol.
POLYAK – Ay yaramaz, axı 1920-ci ildə olduğu kimi, bizim əlimizə də fürsət düşə bilər. Bəs qisasdan qorxmursan?
RUS – Əvvələn, nə qədər ki, 55 min atom bombası əlimizdədir, heç NATO da bizə sataşa bilməz. İkincisi, hətta atomsuz da tank, təyyarə və raketlərimiz sizin ordunuzun sayından çoxdur. Tak çto, o günü görə bilməyəcəksən.
POLYAK – NATO sizi xarabazara döndərər.
RUS – Biz də onları. Bizim ucumuz-bucağımız yoxdur, Sibir, Uzaq Şərq qalacaq.
POLYAK – Xeyr, Sibir, Uzaq Şərq gec-tez çinlilərin və yaponların olacaq. Bütün dünya ilə düşmənsiniz və bütün dünya ilə vuruşmağa gücünüz çatmaz.
RUS – Sən hardan bilirsən gücümüz nə qədərdir? POLYAK – Bilirik. ABŞ bilir, Qərbi Avropa bilir, biz də bilirik. Bilirik ki, bombalarının çoxu başın kimi boşdur. Bir də, bəd ayaqda ordun da dağılacaq, çünki artıq içində rus qalmayıb. İldə 2 milyon azalırsan.
RUS – Səhv edirsən. Ruslar azalsa da, lap tükənsə də, ruslaşmışlar çoxdur. Onlar Stalin kimi rusdan daha artıq rusdurlar. Tak çto, öz dərdinə qal.

İyun, 2013.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: