Ruhların söhbəti: Lavrenti Beriya və Mir Cəfər Bağırov

24. Lavrenti Beriya və Mir Cəfər Bağırov

beriya2images

BERİYA – Əziz Mir Cəfər, bağışla, səni çox qorudum, amma axırda elə kobud səhv buraxdım ki, özümü də, səni də məhv elədim.
MİR CƏFƏR – Sən də məni bağışla.
BERİYA – Niyə?
MİR CƏFƏR – Məhkəməmdə sənin barəndə bezobidnı olsa da, bir-iki artıq söz dedim.
BERİYA – Eh, artıq nə fərqi, məni söysən də, ya tərifləsən də. Əsas məsələ o idi ki, məni yaramaz Xruşşov artıq məhv etmişdi. Halbuki, mən onu necə asanlıqla aradan götürə bilərdim. Necə bu səhvi buraxdım, bilmirəm.
MİR CƏFƏR – Səhvin onda oldu ki, Xruşşova inandın. Halbuki, biz onu çox təhqir etmişdik. Ona görə gərək ona inanmayaydıq.
BERİYA – Mən düşünürdüm ki, rus xalqını totalitarizm zülmündən azad etməklə bu xalq, onun başbilənləri mənə arxa olacaqlar.
MİR CƏFƏR – Sən rus xalqını tanımırdın? Sən bilmirdin bu xalq yaxşılıq, azadlıq nədir, bilmir. Arvad kimi zoru və gücü sevir.
BERİYA – Elədir. Mən sürətlə sosializmin mənfur cəhətlərini ləğv etmək istəyirdim. Amma unudurdum ki, Xruşşov kimilər həmin o mənfur cəhətlərin hesabına yaşaya bilərlər.
MİR CƏFƏR – Səndən sonra Xruşşov, Stalinin kultunu öldürdü, amma kommunizmə toxunmadı.
BERİYA – Çünki toxunsaydı, özü də gedəcəkdi.
MİR CƏFƏR – Lavrenti, bəs niyə SSRİ dağılandan sonra mənim vətənim bu günə qaldı? Sistem guya dəyişdi, amma əslində yenə həmin kommunist nomenklaturası və onların övladları hakimiyyətə qayıtdı.
BERİYA – Çünki SSRİ dağılandan sonra Rusiyada da, sənin və mənim vətənlərimizdə də kommunist «verxuşka»nın kökü kəsilməli idi, amma heç birinin burnu da qanamadı.
MİR CƏFƏR – Yeltsin KQB-nin təkcə adını yox, bütün heyətini dəyişməli idi. Amma o axmaq Rusiyanın da parçalanacağından qorxub axırda hakimiyyəti özü KQB polkovnikinə verdi. O da təbii ki, bütün köhnə mexanizmini – şər imperiyasının bütün metodlarını bərpa edib işə saldı. Və yenə dünyanı qütblərə bölüb, gərginlikdə saxladı.
BERİYA – Çünki Rusiya hələ də dünyada üçüncü imperiyadır.
MİR CƏFƏR – Birinci ilə ikinci İranla Çindir?
BERİYA – Hə, elədir. Bu üçlük dünyaya heç cür rahatlıq və firavan yaşamaq imkanı vermir.
MİR CƏFƏR – Heç ümumiyyətlə, dünyada rahatlıq və firavanlıq dövrü olub ki.
BERİYA – Olsa da, hər dəfə beş-on il. Sonra yenə hansı bir dəlisə dünyanı bir-birinə vurub. Heyf, fürsəti əldən verdim. Haqqın, ədalətin, azadlıq və demokratiyanın kökünü kəsənlərin kökünü kəsmədim.
MİR CƏFƏR – Bilirsənmi, Lavrenti, Rusiyada, Qafqazda, Orta Asiyada bu, mümkün deyil. Şovinizm zəhəri, torpaq hərisliyi bu xalqların beynini elə zəhərləyib ki, məsələn, Ermənistan, ya sizin Gürcüstanda heç cür anlamırlar və heç vaxt da anlamayacaqlar ki, Belçika, Lüksenburq kimi lap kiçik ölkələr var, daim azad və firavandırlar. Çünki ölkələrin böyük, ya kiçikliyi əsas deyil. Əsas odur ki, onun sakinlərinin xarakter və düşüncə səviyyəsi sağlam olsun.
BERİYA – Hə, elədir. Sizdə deyilən kimi, qozbeli qəbir də düzəltməz.

İyul, 2013.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: