Nitsşenin külliyyatından qızıl fraqmentlər

Ölüm həyatın ziddinədir, – deməkdən çəkinməliyik. Canlılar ölümün xüsusi bir növüdür, həm də çox nadir növü. Dünya daim yeniliklər yaradır, – fikrindən də çəkinməliyik. Əbədi mövcud olan heç bir substansiya yoxdur. Materiya da ilahiyyat kimi yanlış düşüncənin məhsuludur, əlbəttə, yalnız ealitlərin anladığı mənada. Biz nə zaman insanı xalis şəkildə təbiətləşdirsək, onda da təbiətdən azad olan yeni insan tapdığımızı iddia etməyə haqqımız olacaq.

«DAN ŞƏFƏQİ» əsərindən

Ön söz

Bu kitabda yer altında yaşayan adam iş vaxtı aşkara çıxarılır; torpağı buran, qazan, qazmaqla özünə yol açan insan. Kimin ki, dərin-dərin dərinliklərdə görülən işləri görməyə qadir olan gözləri var, görməyə bilməz ki, bu adam uzun müddət işıqsız və havasız qalmağından özünü çox da narahat hiss etmədən necə yavaş-yavaş, ehtiyatla, səbrlə irəliləyir. Belə düşünmək olar ki, o, hətta bu zülmətdə öz işindən və həyatından razıdır da. Hansı bir inamsa onu çəkib aparmırmı? Hansı bir təsəllisə onu mükafatlandırmırmı? Başa düşülməyən, müəmmalı, anlaşılmaz olub qalaraq o, öz səhəri var, öz xilası, öz dan şəfəqi var deyə, öz zülmətinə səbrlə dözməyəcəkmi?
O, yenə bura qayıdacaq; lakin onu sorğu-suala çəkməyin ki, orada, yer altında o, nə istəyir? Əgər təzədən insan olacaqsa, o, özü bu haqda bizə danışacaq, bu yalançı trofoni, bu yeraltı sakin! Onun kimi, köstəbək kimi uzun müddət tənhalıqda olanlar lal olmağı unudurlar.

166-cı fraqment

Nə qədər adamlarda birlik hissi çox sürətlə inkişaf edərsə, adamlar bir o qədər yeknəsək olur, aralarındakı hər cür müxtəlifliyə bir o qədər mənəviyyatsızlıq kimi baxılır. Beləliklə, bəşəriyyətin qumu meydana gəlir. Hamı necə eyni, necə xırda, necə girdə, necə yolagələn, necə yöndəmsizdirlər. Demokratiya bəşəriyyəti məhz bu cür quma oxşamağa aparır, xırda, zəif, aydın olmayan xoşbəxtlik hissi hamı arasında eyni cür yayılır. Doğrudanmı, bəşəriyyət buna can atır? Onun bugünki mənəvi duyğusu onu mütləq bu cür sonluğa aparır.

431-ci fraqment

Həqiqətin tiranlığına qarşı

Əgər biz hətta o dərəcədə axmaq olsaydıq ki, hər nə düşünürüksə, hamısını həqiqət hesab etsəydik də, əsla istəməzdik ki, yalnız onlar meydanda mövcud olaydı. Mən onda bilə bilməzdim ki, həqiqətin təkhakimiyyətliyini və fövqəlqüdrətliyini niyə arzulamaq lazımdır. Mənim üçün elə o da kifayət edərdi ki, onun hakimiyyəti böyükdür. Lakin o, həqiqət mübarizə aparmalıdır, onun mütləq rəqibləri olmalıdır ki, lazım olanda vaxtaşırı ondan xilas olmaq üçün qeyri-həqiqətdə sığınacaq tapasan. Bu olmasa, həqiqət ölüvay, gücsüz və mənasız olar və bizi də ona münasibətdə o günə qoyar.

«BÜTLƏRİN TORANLIĞI» əsərindən

38-ci fraqment

Mənim azadlıq anlayışım

Şeylərin dəyəri yalnız onların vasitəsilə nəyə nail olmaqla yox, həm də onlar neçəyə başa gəlir və bizim üçün nəyə dəymələri ilə müəyyən olunur. Bir misal gətirim: liberal-sosialist müəssislər məqsədə çatan kimi o dəqiqə liberallıqlarını itirirlər. Azadlıq, sonradan onların simasında özünün ən zalım və təhlükəli düşmənlərini tapır.

(ardı var)

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: