Nitsşenin külliyyatından qızıl fraqmentlər

685-ci fraqment

İnsanın böyük keçmişini fikrən seyrə dalanda məni hər şeydən artıq nə heyrətə salır? O ki, mən orada daim Darvin və onun məktəbinin hazırda gördüklərinin və görmək istədiklərinin, yəni daha güclü, daha uğurlu nüsxələrinin seçimi xeyrinə, növün tərəqqisinin qələbəsi naminə deyilənlərin tamamilə tərsini görürəm. Çünki məhz bunun əksinə olanlar gözə dəyir: xoşbəxt birləşmələrin nəticələrinin məhvi, ali nümunə nümayəndələrinin faydasızlığı, ortabab və ortababdan da aşağı tiplərin ağalığının labüdlüyü!
O hakimiyyət əzmi ki, mən hər cür dəyişmənin son nəticəsi kimi görürəm, əlimizə belə bir əsas verir anlayaq ki, seçmə, – istisnalar və xoşbəxt təsadüflər xeyrinə baş vermir, daha güclü və xoşbəxtlər onlara qarşı çıxan sürü təşkilatlanmanın instinktləri, zəiflərin qorxaqlığı və say üstünlüyü ilə üz-üzə gələndə məlum olur ki, bu mübarizə üçün çox zəifdirlər. Hər hansı növün hakimiyyət yüksəlişi yalnız o halda mümkündür ki, onun orta və aşağı tiplərinin deyil, uğurlu, güclü nüsxələrin üstünlüyü halda mümkündür. Birincilər güclü məhsuldarlıqları və davamiyyətləri ilə seçildikləri halda, ikincilər təhlükələrə məruz qalmaları, tez sıradan çıxmaları və növ kimi saylarının sürətlə azalmaları ilə diqqəti cəlb edirlər.

«ŞƏN ELM» əsərindən

45-ci fraqment

Bəli, mən onunla fəxr edirəm ki, Epikurun xarakterini başqalarından tamamilə fərqli anlayıram və onun barəsində nə eşidir və ya oxuyuramsa, bütün bunlarla bərabər qədim dünyanın günortadan sonrakı saatlarının xoşbəxt tamaşaçılığından ləzzət alıram: mən ləzzətlə görürəm ki, onun gözləri sahilyanı qayalıqlar arasından dənizin geniş, ağımtıl səthinə necə tamaşa edir: gün yavaş-yavaş batır, eyni zamanda böyük və kiçik canlılar onun işığında necə arxayın və sakitcəsinə oynayırlar. Həmin işıq və həmin dinc və sakit gözlər … Belə bir xoşbəxtliyi yalnız uzun müddət iztirab çəkmiş bir insan tapa bilərdi, o xoşbəxt gözlər ki, qarşısında varlığın sonsuz dənizi sanki əbədi sakitləşib, elə xoşbəxtlik ki, tamaşaçını əsla doydurmur. Dünyada bu qədər sadə bir nəşə hələ indiyə kimi görünməmişdi.

109-cu fraqment

Kainatı pisləməyə və ya tərifləməyə bizim nə haqqımız var? Onu rəhmsizlikdə və idraksızlıqda ittiham etmək və ya bunların əksinə olduğunu iddia etmək düz deyil.
O kamil deyil, gözəl deyil, alicənab deyil və bunların heç birinə də çevrilmək istəmir, o, ümumiyyətlə, heç insanı təqlid eləməyə can atmaq niyyətində də deyil. O, bizim estetik və mənəvi mülahizələrimizin heç biri ilə zərrəcə də olsun təsirlənmir də. O, özünü qorumağa can atmaq niyyətindən də çox-çox uzaqdır. Biz hər cür məqsədin yox olduğunu bildiyimizdən, heç bir təsadüfün də olmadığını bilirik; zira, yalnız məqsədlər dünyası ilə yanaşı, «təsadüf» sözünün də mənası ola bilər.

(ardı var)

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: