Ruhların söhbəti: Rus və yəhudi

21. Rus və yəhudi

RUS – Bilmirəm sizin əlinizdən hara qaçım? Belə də iş olar? Dünyanın yarısını fəth edəsən, amma özün itaətdə saxladıqlarının köləsi olasan. Necə qurtarım bu bəladan, bilmirəm.
YƏHUDİ – Bu bəlaya səni Allah salıb. Çünki Allah səni ancaq üç şey üçün yaradıb: saldat, fəhlə və mujik olmaq üçün. İstəyirsən göyə çıx, sən bu işlərdən başqa heç nədə kara gələ bilməyəcəksən. Lap bütün dünyanın sahibi olsan da, yenə belə qalacaqsan.
RUS – Niyə, bəs Pyotra qədər necə yaşayırdım?
YƏHUDİ – Lap pis, bağışla məni, heyvan kimi. Yenə sağ olsun Pyotr ki, öz qohumları olan almanları çağırıb sizi bir az səliqəyə saldı, tərbiyələndirdi, bir az adama oxşatdı. Bilirsizmi, sizi yıxan da özgələrdir, qaldıran da.
RUS – Necə yəni?
YƏHUDİ – Sizin yaradıcı şəxsiyyətlərinizin 90 faizindən çoxu özgələrdir. Sizi uçuruma aparanların, başınıza bəla açanların da 80-90 faizi yadlardır. Başlayaq Puşkindən. Lap Ryurikdən bu yana bütün çarlarınız alman, bütün böyük generallarınız alman, fransız, türk, yəhudi, bütün sənətkarlarınız alman, fransız, yunan, polyak. Adlarını sadalayımmı?
RUS – Yox.
YƏHUDİ – Bu, işin bir tərəfi. İndi gəl o birinə tərəfinə baxaq. Bütün marksistlər, anarxistlər, inqilabçılar, qiyamçılar kimlər olub? Yəhudilər və ya başqa millətlərdən olan Lenin, Stalin, Trotski və sairlər.
RUS – Doğrudur. Yaxşı, bəs axı mən neyləyim? Necə bu bəladan xilas olum? Mənim hakimiyyətdə olduğum ölkədə 70 ildə 70 millətin hamısı məndən yaxşı yaşayıb və yaşayır. Mənə qalan bu olur ki, nədir-nədir, Politbüroda rusca danışırdılar.
YƏHUDİ – Sənin bu vəziyyətlərdə qazancın çox olub, ya zərərin?
RUS – Əlbəttə, zərərim.
YƏHUDİ – Deməli, sən Puşkin və Lermontov, Çaykovski və Rimski Korsakov, Suvorov və Kutuzov, Bryullov və Mendeleyev, Bulqakov və Axmatova, Çexov və Levitan kimi yüzlərlə korifeydən məhrum olmağı bir az tox həyatla dəyişməyi yaxşı hesab edirsən?
RUS – Əşşi, söhbət dinc və toxluqdan getmir, söhbət azad və firavan həyatdan gedir. Mənə o dahilər lazım deyil, onlarsız da keçinə bilərəm. Özümünkülər bəsdir.
YƏHUDİ – Kimdir sənin özünkülərin? Çaadayev və ya Merejkovski, Dostoyevski və ya Blokmu, Qumilyev və Pasternakmı, Şostakoviç və Raxmaninovmu?
RUS – Əşşi, 10 faizi mənim olar, ya yox?
YƏHUDİ – Yox! Məsələ burasındadır ki, sənin istedad yaratma qabiliyyətin yoxdur. İndi ki bu qədər xalqlar səninlə qaynayıb-qarışıb, sənin dilində sənin üçün yaradırlar, ona görə Allah da səni əbədi köləliyə məhkum edib. Dünyada heç görünübmü bir xalq gedib başqasına müraciət etsin ki, gəlin bizə ağalıq edin? Deməli, sənin öz-özünü idarə etmək qabiliyyətin yoxdur. Səninki odur ki, əmrlə kəsəsən, qırasan, bir də «net» və ya «nelzya» deyəsən. Sən bu sözləri deyəndə bilirsənmi, necə xoşbəxt olursan. Bunu eləmək olar? – Net! Gəzmək olar? – Net! Baxmaq olar? – Net! Danışmaq olar? – Net! Ağlamaq olar? – Net! Gülmək olar? – Net! Yaşamaq olar? – Net! Bax, sən busan! Allah səni yaradıb ki, nə özün yaşayasan, nə də başqalarını yaşamağa qoyasan.
RUS – Belə olmaz axı. Axı, bunun bir çıxış yolu olmalıdır. Olmaz ki, mən də almanlar, fransızlar kimi rahat, xoş bir gün görüm?
YƏHUDİ – Almanlar və fransızlar kimi yaşamaq üçün gərək alman və ya fransız doğulasan.
RUS – Yaxşı, sadə insan kimi də yaşaya bilmərəm? YƏHUDİ – Yox!
RUS – Niyə?
YƏHUDİ – Bayaq dedim axı. Götürək elə sizin Yeltsini. 10 il əvvəl necə idi, indi necədir? O cür təmiz, alicənab adam gör necə dönüb hamıya oxşadı. Hələ bu, yaxşısıdır.
RUS – Yaxşı, bəlkə yenə özgəsini rəhbər seçək? Onda yaxşı olar, hə?
YƏHUDİ – Yox, onda daha pis olar. Hansı rus Stalin qədər imperiya və yeni ərazilər qəsb etmək hərisi ola bilər? Heç kim. Qeyri-rus daha amansız və rəzil rusa dönür.
RUS – Onda bəs nə olsun?
YƏHUDİ – O olsun ki, necə varsansa, elə də qal. Qorxaq və qəsbkar, tupoy və riyakar, kölə və qəddar. Dünyanın sonuna kimi sən belə olub qalacaqsan.
RUS – Niyə elə deyirsən? 90-cı ildə 14 respublikaya müstəqilliyi mən vermədim?
YƏHUDİ – Yox, Yeltsin verdi. Sonra da peşman oldu.
RUS – Bəs niyə verdi?
YƏHUDİ – Çünki artıq Rusiyanın bu 14 xalqı belində aparmağa taqəti yox idi, dizləri əsirdi.
RUS – Yaxşı, heç olmasa indiki vəziyyətdə qala bilərəmmi?
YƏHUDİ – Çətin. Yenə birisi gəlib köləliyi bərpa edəcək, sən də dinc və xoşbəxt olacaqsan. Çünki sən azad olan kimi köləlikdən ötrü vəhşiyə dönürsən.

Реклама
Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: