Kafkanın «Qəsr»i və «PRAP»

(Ədəbi pritça)

Frans Kafkanın «Qəsr» romanı qədər hələ dünyada realist əsər yazılmamışdır. Əlbəttə, keçmişdə və daha çox hazırda da dünyada bu cür hakimlər az deyil və az olmayıb da. Lakin onların ən parlaq nümunəsi bizimkidir. Bunlar Qəsr və PRAP-da güzgüdə əks olunan kimi tamamilə eynidirlər, lakin bir sıra gözəgörünməz fərqlərlə.

Yerölçənin Qəsrə girmək şansı nə qədər sıfra bərabərdirsə, onun bu niyyətə çatmaq istəyinə, istəyinə ha, çatmasına yox, bununçün mübarizəsinə heç bir maneə yoxdur və heç kim də mane olmur. Və roman qəhrəmanı bütün əsər boyu bu istək, bu arzu uğrunda bezikmək, yorulmaq bilmədən mübarizə aparır.
Amma PRAP-a girməyi arzulamaq isə cinayət sayılır. Çünki burada yetişdirilən və törədilən cinayətlər o qədər açıq və qorxuncdur ki, onları sakinlərindən başqa kimsənin görməsi ağlasığmazdır.
Buranın sakinləri bağban, həkim və genetiklər kimi hər gün yeni-yeni cinayət növləri sintez etməklə məşğuldurlar.
Kafka «Qəsr»indən fərqli olaraq burada su əvəzinə konyak içmək çox adi bir hadisədir. Burada hər gün böyük-böyük məbləğdə pullar səpələnir və yalnız 3-5 ildən bir vojak, ayaq altına tökülmüş və heç kimin nəzər salmadan üstündən tapdayıb keçdiyi ayaq altından bir ovuc xırda pul götürüb uca binanın pəncərəsindən xalqa atır.
Kafka «Qəsr»inin kənddəki nümayəndəsi olan kəndxuda ilə hər gün istənilən adam görüşüb danışa bilər, PRAP-a isə hətta küçədən keçəndə dayanıb baxmaq da qadağan və təhlükəlidir.
Burada həm də yalanlar, rüşvətlər, qanunsuzluqlar müalicə və təmir olunur.
Kafka hələ 90 il qabaq bu yeni Qəsri görmüşdü. Bu Qəsr universal olduğu qədər də fərdidir, çünki hətta KXDR-sında da beləsi ağalıq etmir və hər hansı ağa, xozeyn, bato buradakı dərəcədə sərbəst və azğın deyil.
Bu cəhətdən Kafkanın «Qəsr» romanının mahiyyətini Avropada hələ heç kim qana və dərk edə bilməyib, çünki avropalılar bunun üçün hələ çox sadəlövhdürlər.
P.S. Bəs mən niyə inadla başımla Qayanı sarsıtmaq istəyirəm? Çünki Qasid olmasaydı, çoxdan ya göylərdə pərvaz edir, ya da çox güman ki, geofizika ilə əyani məşğul olurduq.
Amma Qayanın kəllə zərbələrini hiss etməmək alicənablığını da unutmaq insafdan deyil.

Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: