Həqiqət və yalan

Gənclik illərimdə dəlisi olduğum Corc Bayronun gözəl bir fikri var ki, həqiqət, yalandan daha çox inanılmaz olur.

Bayron fikrini açıqlamır, yalnız qeyd edir.
Lakin bəs niyə belədir?
Bunun qısa cavabı da var, lakin gəlin bir az məsələnin dərinliyinə gedək. Hər şey insanın psixologiyası ilə bağlıdır, hər şey şüuraltı düşüncədən gəlir. Bunlar isə insanların ilk dəfə ayağa qalxdığı və daha çox sonrakı milyon illərin mağara həyatı ilə bağlıdır. Bu həyatda hər şey homosapiensin – insanın özündən asılı idi və o, yalnız özünə ümid ola bilərdi. Ətraf isə düşmən qüvvələrlə dolu idi. Qaranlıq, soyuq….
Kim güclüdür, o yaşayırdı. Bu dövrlər üçün Darvinin dedikləri tamamilə qüvvədə qalır. Nitşenin «Anti-Darvin» adlı dahiyanə qeydləri ingilis zəka nəhənginin bəsirətinə kölgə sala bilməz. Nitşenin söylədikləri sivilizasiyalar dövrü insanlarına tətbiq edilə bilər.
Çünki yeni, tarixi və sivilizasiyalar dövrünün insanları arasında doğrudan da, artıq güclülər və seçilmişlər dözümsüz, faydasız və gərəksizdirlər.
Lakin axı, sivilizasiyaların tarixi 10 min ildən o yana getmir. İnsan isə 170 min il bundan qabaq ilk dəfə paltar geyinib və ondan əvvəlki milyon illərdə isə ayaq üstə gəzsə də, başqalarından heç nə ilə fərqlənməyib.
Bəs o, bu on milyon illər ərzində beynində nələri, hansı həqiqətləri həkk etmişdir?
Aydındır ki, beyin «daş səhifə»lərdən ibarətdir. Ordakı ilk yazılar min illərlə pozulmur.
Mağara adamı görürdü ki, mağara başçısı fövqəlinsandır, hamıdan güclü, hamıdan sağlam, hamıdan qətiyyətli və bəlkə də, hamıdan ağıllıdır. Lakin bu ağıl indiki mənasında deyildi, daha çox vəziyyətdən çıxmaq, fəndgirlik və s. ilə ifadə olunurdu.
Və nəticədə o, mağara, tayfa, qəbilə, kənd, şəhər və nəhayət, ölkə diktatoruna çevrildi.
Əgər hələ bu gün, 20-ci yüzilliklə hər hansı kiçik bir ölkədə bir nəfər, özü də necə, nə istəyir edirsə, kimi istəyir dövlətli, kimi istəyir ac saxlayırsa, nəyi istəyirsə həqiqət, nə istəyirsə yalan kimi təqdim və təsdiq etdirirsə, indi görün milyon illər əvvəlki vojaklar nələr ediblər.
Biz konkret nümunələrə getmirik. Belə zorakılıq nümunələrini görmək istəyənlərə sağlam düşüncə sahibi olmaq kifayət edər.
Beləliklə, tayfa, qəbilə, şəhər başçıları və şahlarının və ümumiyyətlə, qoluzorluların milyon illər ərzində öz istəklərini, vəhşi instinkt və ehtiraslarını zorla yerinə yetirməsi, hər cür dəliliklərini və sərsəmliklərini həqiqət kimi qələmə verdiklərini görə-görə, bütün bunlar milyon illər ərzində insan beyninə həkk olunub və adi, gündəlik, təbii reallıq kimi bu gün də qəbul olunur.c9f324d1cbb6
Belə çıxır ki, həqiqət, həqiqət deyil, yalan, yəni onun əksi olan şey həqiqətdir. Çünki addımbaşı həqiqət yox, yalan qazanc gətirir, fayda verir, sərvət, mal, şöhrət qazandırır.
Ona görə kim olursa-olsun, qulaqları həqiqət eşidəndə o saat şəklənir və xoşagəlməz bir hadisə kimi o dəqiqə oradan uzaqlaşır. Əksinə, yalan eşidəndə bunun tamamilə zərərsiz, faydalı olacağını düşünüb həmin hadisədə iştirak etmək istəyir.
Bu, stereotip deyil, çünki stereotiplər 5, 10, 50 ilə dəyişə bilər. Həqiqətin yalandan üstün olduğunu beyinlərə həkk etdirmək üçün uzun-uzun illərin azad, demokratik, qanuni siyasi rejimi, evlərdə, məktəblərdə, radio və telekanallarında gecə-gündüz təbliğat, ən başlıcası isə faydalı olduğunu dönə-dönə təkrar etmək lazımdır ki, nəhayət, adamlar çəkinmədən, qorxmadan yalana yox, həqiqətə inansınlar və yalanı dillərinə gətirməsinlər.
Məsələnin qısa mahiyyəti belədir.
Bəs, axı yalan nə qədər intişar etsə də, qeyri-rəsmi və ya yazılı və hətta əlyazma şəklində olsa da, həqiqət həmişə olub, yalanın arxasınca sürünmüş olsa da. Bu isə Təbiətin sirlərindən biridir. Heç bir təqib, hətta ölüm qorxusu həqiqətin, beyinlərin alt qatında olsa da, yaşamasına mane ola bilmir və zaman-zaman həqiqət carçıları doğulur. Və onlar da yalandan daha inanılmaz olan acı həqiqətlərin ölməsinə və itib getməsinə imkan vermirlər.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: