Ömür

İnsan öz səhvi ucundan və ya biganəlikdən istədiyi yaşda ölə bilər:

Xeyirxah Şah İsmayıl kimi 38 yaşında da.
Lakin şər yaşamaq istəyilə də cəmi 60 baharlı ömür yaşamaq olar, – Şah Abbas kimi.
Şah İsmayıl doyub getdi, Şah Abbas isə doymadan.
Ancaq bunlar başqa nümunə, həyatda istisnalardır.
Allah bütün canlılardan fərqli olaraq insana konkret yaşamaq müddəti ayırmayıb. İnsan nə qədər istəsə, yaşaya bilər. Hazırda bizdə orta yaş müddəti 60-65-dir.
Amma 100 yaşlı, hətta daha çox yaşayanlar da doludur. Bəs Allah niyə belə edib, biz bu barədə yazmışıq.
Ümumiyyətlə, şər, xəbis, zalım və riyakar adam ki, belələri adətən, 80-dən çox yaşamırlar, ürək mənfi emosiyalara dözmür. Daimi əsəb gərginliyi istər-istəməz hər bir şər aktında özünü göstərir və ürəyin vacib telləri bir-bir qırılır.
Onları tikmək, bərpa etmək çətindir, bəziləri üzərindəki şutlama əməliyyatı kimi. Amma bunlara baxmayaraq, həmin telləri bərpa etmək 10 milyon, 100 milyon dollarlara da başa gəlmir.
Bəli, elə hiyləgər karyeristlər var ki, əsəbləri möhkəmdir. Niyyətləri gizlədə, ört-basdır edə bilir, hətta öz ürəyini belə, aldatmağı bacarır. Amma bu riyakarlıq və şərə xidmət gec-tez, antifiziki qanunlar kimi, hansı orqandasa üzə çıxıb özünü göstərir.
İnsan ömrü öz qol-budaqlarına xidmət zərurəti ilə təyin olunur. Xidmət başa çatmayınca adətən, insan yaşayır. Ən qarşısıalınmaz mərəzlər insanın öz qol-budağını tamamilə, artıqlaması ilə təmin etdikdən sonra gəlib onu tapır.
Nə qədər ki, həyatı səndən asılı olanlar var, yaşayacaqsan. Bunun üçün sənə böyük ağıl, bacarıq və nəhayət, enerji verilir.
İnsanlar ailə şəklində bir-birləriylə gözəgörünməz tellərlə bağlıdırlar. Bu bağlılıq, bu tellər kökdən qida alıb var olur. Kökün hansı yaşda olmasının rolu azdır. Ehtiyac var, budaqlardan tələbat gəlir, köklər gecə-gündüz hər cür mineralı qida və şirələrə göndərəcək, ta o vaxtacan ki, budaqlar külək və yağışlara davam gətirəcək möhkəmlikdə olsunlar.
Bəli, gənc ikən şər əməllərlə məşğul olub zavala gəlməmək mümkündür, amma nə qədər? Sənə ayrılmış böyük müddəti tezbazar etməklə xeyli yaşamaq olar, üstəlik, tükənməz sərvət hər cür çarəli mərəzləri asanlıqla aradan götürür. Lakin ləzzətli şər əməllərin fasiləsiz tətbiqi mərəzlərin çöküntüsü şəklində yığılıb qalır və illər keçdikcə bir gün çarəsiz mərəz şəklində «qəfildən» peyda olur. O zaman artıq milyonların faydası olmur. Nəticədə bu cür insan çox uzun ömrünün demək olar ki, yarısında tükənir və o, qətiyyən anlamır ki, bu qəfil sağalmaz mərəz törətdiyi şər əməllərin çöküntüsünün qabarmasıdır.
Bəs ondan sonra nə olacaq, bu, artıq başqa bir tarixdir.
Tarixlə Təbiət düz gəlmir. Tarixi aldatmaq, hətta zorlamaq olur, Təbiəti isə yox.
Xülasə, ömürlər o qədər saysız, dolaşıq, mürəkkəb və qəlizdir ki, ümumi bir qanunauyğunluğa sığışmır. Hərə istədiyi qədər yaşayır. İstəklər isə hərədə bir cürdür və heç vaxt uzun ömür üçün əsas olmur.
İnsan öz ömrünün qəssabıdır.

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: