Nitsşenin külliyyatından qızıl fraqmentlər

59-cu fraqment

Antik dünyanın bütün əməyi faydasız oldu. Mən bu fəlakətli fakt qarşısında hiss etdiklərimi ifadə etmək üçün kifayət qədər güclü sözlər tapmaqda acizəm. Bir halda ki, bu, hələ ilkin əmək idi, hələ yalnız minillik üçün özünüdərkin qranit fundamenti idi, onda antik dünyanın varlığının bütün mənası heçə dönür.
Yunanlar, romalılar! İnstinkt alicənablığı, zövq, metodik tədqiqat, təşkilatçılıq və idarəçilik dühası, inam, bəşəriyyət üçün gələcək əzmi və ona edilən himayədarlıq, «İmperium Romanii» simasında hamı üçün eyni olan böyük dəstək, yüksək üslub, lakin incəsənət şəklində deyil, gerçəklik, həqiqət, həyatın özü – və bütün bu zəhmət heç də hər hansı bir katastrofdan deyil, almanlar və onlara bənzər yavaşgedənlər tərəfindən deyil, yox, onu əl altından gözəgörünməzlər, hiyləgərlər, qansız vampirlər məhv etdilər; ona qalib gəlmədilər, qanını içdilər!
Gizli qisas hərisliyi və cılız paxıllıq hissi üstün gəldi! Hər cür dılğır və pis hisslərin sahibləri, bütün dünya mənəviyyat səfilləri birdən-birə mütləqiyyətə çevrildilər.

«HAKİMİYYƏT ƏZMİ» kitabından

303-cü fraqment

İnsan, nəzərə çarpmayan, özü haqqında yüksək fikirdə olan heyvan növüdür ki, xoşbəxtlikdən dövranı məhduddur; bütövlükdə yer üzündə həyat heç bir xüsusi aqibəti olmayan ani epizoddur ki, Yerin ümumi fizionomiyası üçün izsiz-tozsuz itib gedəcək; Yerin özü də, başqa ulduz topaları kimi iki heçlik arasında bir parıltı, mənasız, idraksız, iradəsiz özünüdərkdir, zərurətin ən pis növü, axmaq bir zərurətdir.

544-cü fraqment

Biz mənsəb pillələri ilə qalxdıqca, hiyləgərliyimiz də artır.
Qeyri-üzvi aləmdə bu, güman ki, baş vermir. Orada bəzək-düzəksiz güc gücə qarşıdır. Üzvi aləmdə hiyləgərlik başlayır; bitkilər artıq bunun ustalarıdır. Sezar, Napoleon (Stendalın onun barəsində dedikləri), eləcə də ali irqlər (italyanlar, yunanlar, odissey). Bütün üzvi funksiyaların, bütün güclü həyat instinktlərinin optikası.

684-cü fraqment

Mənim ümumi baxışlarım.
Birinci tezis: insan, növ kimi tərəqqi etmir, doğrudur, daha yüksək tiplər əldə olunur, lakin onlar qalmır, növün səviyyəsi yüksəlmir.
İkinci tezis: insan, bir növ kimi hər hansı bir başqa heyvan növü ilə müqayisədə irəlidə deyil: bütün canlı aləm və bitki aləmi ibtidaidən aliyə doğru inkişaf etmir. Lakin bütün növlər eyni vaxtda və bir-birlərinin üstündən və bir-birlərinə qarşı inkişaf edirlər. Ən zəngin və mürəkkəb formalar – zira, böyük anlayışı hələ özündə «ali tip»i əxz etmir – və bu cür nüsxələr ən asan məhv olurlar, yalnız ən aşağılar güman ki, davamlılığa malikdirlər.
Birincilər nadir hallarda əldə olunur və çətinliklə davam gətirirlər, sonunculara onların nüfuzdansalıcı məhsuldarlığı kömək edir və bəşəriyyətin içində də daha ali nümunələr, təsadüfi inkişafın xoşbəxt nüsxələri xoş və pis şərait dəyişmələrində başqalarından asan tələf olurlar. Onlar hər cür dekadansın təsirinə asanlıqla məruz qalır; gözəlliyin qısa ömrü, Sezarın dahiliyi «Suc Qenezis» hadisəsidir; bu cür şeylər irsən keçmir.
Üçüncü tezis: əhliləşdirilmə («mədəniyyət») dərinliyə getmir, harda ki o dərinliyə gedir, o saat deqradasiyaya uğrayır («xristian» tipi). Vəhşi adam və ya əxlaq dil ilə desək zalım, təbiətə qayıtmaq deməkdir, məlum mənada insanın bərpası, onun mədəniyyətdən müalicə olunması deməkdir.

(ardı var)

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: