Danabaş kəndinin əhvalatları

(Pritça)

II hissə

Bu yaxınlarda dahi Mirzə Cəlilin ev muzeyindən əməkdaşları bir əlyazma tapıblar. Bu əlyazma parlaq «Danabaş kəndinin əhvalatları» povestinin ikinci hissəsinin bir növ eskizindən ibarətdir. Əsər hansı səbəbdənsə yazılmamış qalıb. Amma onun planı, qısa süjet xətlərinin təsviri çox maraqlı olduğundan onu oxuculara təqdim edirik.

Bəli, Xudayar bəy zorla dövlətli Zeynəblə evləndi. Zeynəbin mərhum ərindən oğlu və qızı vardı. Sonra təbii ki, Xudayardan da bir oğlu oldu. Zeynəb işləməkdən xəstələnib öldü.
Uşaqlar böyüdülər.
Xudayar bəy Zeynəbdən olan oğulluğunu mal-qaranın və tövlənin qulluqçusuna, qızı isə anası kimi süd, qatıq və başqa təsərrüfat məhsullarının xidmətçisinə çevirdi.
O, öz əyriburun oğlunu Peterburqa ali təhsil almağa göndərdi. Oğlu isə oxuya bilmədi, məktəbdən qovuldu. Amma bunu gizlədərək atasının ayda göndərdiyi çoxlu qızıl pul hesabına gözəl mənzil tutub, fahişələrlə keyf edib, gününü qumarxanalarda keçirməkdə davam etdi.
Zeynəbin uşaqları cır-cındır içində gecə-gündüz işləyir, yeməkdən başqa heç nə görmür, heç nə almırdılar.
Beləcə, aylar, illər bir-birini əvəz edirdi. Nəhayət, Xudayar bəyin oğlu qumar və fahişələrdən doyub, saxta bir sənəd düzəltdirərək Danabaş kəndinə, öz mülkədar atasının yanına qayıtdı.
Atası nəhəng bir villada padşah kimi yaşayırdı, amma artıq qocalmışdı. Ona görə bütün təsərrüfatı, saysız var-dövləti və ağalıq oğlunun əlinə keçdi.
Ögey qardaş da xeyli yaşa dolmuş, özü də evlənmədən, ailə qurmadan nökərçiliyini davam etdirirdi.
Doğma oğul at belində kəndi, vilayəti gəzir, istədiyini alır, yeyir, içir, kef edirdi. Çünki var-dövlət başdan aşırdı.
Atası onu evləndirdi və var-dövlət bir az da artdı.
Aylar, illər keçdi. Zeynəbin uşaqları evlənmədən, ərə getmədən qocaldılar.
Xudayar bəy də qocalıb öldü və köhnə qumarbaz kəndin bir nömrəli adamına çevrildi.
Amma o da, atası da bir şeydə səhv etdilər, onların bir az ağılları olsaydı, Zeynəbin oğlunu evləndirər, qızını ərə verər, onlardan əmələ gələn oğul-uşaq böyüdükcə evin nökər və qulluqçularına çevrilər və beləliklə, Xudayar bəy də, oğlu da ömürlük heç bir məvacib almayan təzə, cavan nökər-naib sahibi olardılar.
Amma bu, ağıllarına gəlmədi. Çünki ata-oğul dahi hiyləgərlər idilər. Hiyləgərlik isə qətiyyən ağıl deyil. İnsaf, vicdan, ədalət və ləyaqətdən isə heç danışmağa dəyməz.
Şanlı ata və oğul anadangəlmə bu cür anlayışların nə olduğundan nəinki xəbərsiz, hətta yerli-dibli məhrum idilər.
Zeynəbin uşaqları, əlbəttə, bu qədər uzun illər ərzində dönə-dönə mənfur Xudayar bəyin və riyakar oğlunun zülmündən qurtara bilərdilər, amma onlar bunun üçün lazım olan ağıl, ən çox isə iradə və qətiyyətdən məhrum olduqları üçün onu bacarmadılar. Və yalnız onu bacardılar ki, gecə-gündüz Allaha şikayət edib inildəsinlər və despota yalvarsınlar.
Despot isə hər cür yalvarış və şikayətlərə qarşı nəinki qaya kimi sarsılmaz idi, hətta bu şikayətlərdən və iniltilərdən güc alırdı.
Əlbəttə, kiçik miqyasda bu cür zülmün təntənəsinə nadir hallarda rast gəlmək olar, lakin böyük miqyasda bu cür hadisələr dünya üçün çox xarakterikdir.

Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: