Böyük firon getdi

Böyük firon getdi, çünki ağılsız idi. Lakin buna görə yox, Misir ərəbləri kişidir. Onlar sadəcə olaraq cinslərini doğruldurlar. Başqaları üçünsə cinsin fərqi yoxdur və daha doğrusu, 5 milyonun cinsi məlum deyil, güman ki, yoxdur!

Hətta mənim kimi dünyada çox şey görən və hər şeyi yaşayan bir adam da xalqın cəmi 20-25 ildə belə kəskin metamorfozaya uğramasına mat qalır.
Mat qalır ki, bütöv bir xalq 4 -5 villalı, hətta 10-15 villalı və 10, 20, 50 və daha çox avtomobilli ola-ola, necə kütləvi halda sələmçilər ordusuna çevrilə bilərmiş. 1 manata da güzəştə getməyən, 1 manat üçün mavi olmağa hazır olan çoxmilyonlu sürü…, necə xalq və ya millət adlana bilər?
Necə ola bilər ki, insan mənəvi aşınmaya, manqurtluğa bu qədər hazır ola? Necə ola bilər ki, bütöv bir xalqın bir nəfər kimi şərə bir zərrə də daxili müqaviməti olmaya?
Mən bu çudoviçnı faktı necə izah edəcəyimi bilmirəm ki, bilmirəm. 5 milyon kişinin birdən-birə prinsip nə olduğundan xəbərsizliyi faktı göz qabağındadır. 5 milyonluq məsləksizlər, prinsipsizlər sürüsü. Bəli, ordu yox, məhz sürüsü. Çünki Bakı küçələri ilə şütüyən, yolları, yol kənarlarını, meydanları, sağda-solda evlərin, binaların bütün dəlik-deşiklərini dolduran xarici avtomobillərin sükanı arxasında oturub, özünü Əzrail kimi qüdrətli və hökmlü sayan bu çoxmilyonlu məxluqları necə sürü deyil, ordu adlandırmaq olar?
Oğurluq və rüşvət prestij dərəcəsinə yüksəldilən bir ölkənin sakinləri güclü və ya paqonlu görəndə tarakanlara çevrilirlərsə, bu, hətta sürüdən də aşağıdır.
Ay Allah, bu necə sirdir, Babək kimi, Mirzə Fətəli kimi, Üzeyir bəy kimi, Mir Cəfər Bağırov kimi insanlar yetirən bir xalq bu qədər tarakanlaşa bilərmi?
Mən az qala inanmamağa məcburam ki, Babək də, Mirzə Fətəli də (özü soykökünü pers yazıb), Ramazan Xəlilovun dediyi kimi Üzeyir bəy də doğrudan da ölkəmizin korennoy sakinlərinə məxsusdurlar.
Sonra gələn Cəfər Cabbarlı və Qurban Səid də eləcə.
Çünki hər necə insan toplusu olsaydı, heç olmasa, içərilərindən bir nəfər hər şeyin adını və ünvanını açıq-aşkar car çəkərdi.
Ah, Andersen, hardasan?!
İnsan təbiətdə ən əcaib məxluqdur. Hərçənd ki, qadınlar və kişilərin zahirən gözəllərinə çox rast gəlmək olur.
Məhəmməd Mursi bir despotu yıxıb hakimiyyətə gəldi və elə o dəqiqə özü də despot oldu. Görürsüzmü, insan necə əcaib bir məxluqdur.
Bu adam unutdu ki, xalqı rus xalqı deyil və ya hər hansı türk xalqı deyil. Bu xalq qəzəbli, prinsipial, şərəfli ərəb xalqıdır!
Və xalq, yenə minlərlə nümayəndəsi ölümə gedib, despotu qundaqda ikən boğdu.
Hərdən mənə elə gəlir ki, yox, xalqımız qısır deyil, əksinə, hamilədir, özü də düz 69 ildir, amma heç cür doğa bilmir. Daha doğrusu, doğur, amma doğulanlar dərhal metamorfozaya uğrayıb tarakana dönür.
Amma kim bilir, xalqımız bəlkə də, hançansa tarakana çevrilməyən məxluqlar da doğdu.

P.S. Hər halda, İranda, başqa hər yerdə din pərdəsi altında mürtəce rejimlər devrilir. Əlbəttə, Allahın iradəsi ilə.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: