Vərdiş

Həyətin toyuq-cücələrini evin böyründəki 50-60 kvadrat mertrlik setkaya salıb saxlayırıq. Çünki həyəti qazıb göyərti və tərəvəz sahələrini dağıdırlar.

Budur, dördaylıq xoruzların biri hardansa yol tapıb bir aydır ki, səhərlər çölə çıxır, amma kimi görürsə, qaçır. Bütün günü orda-burda baş girləyir, vaxtının çoxunu isə setkanın bu tərəfində bacı-qardaşlarına yaxın oturaraq, səhər dənlədiklərindən başqa dənə həsrət qalır. Ha əlləşirsə, içəriyə yol tapa bilmir.
Buna baxmayaraq, hər səhər yenə həmin tapdığı yerdən çıxıb setkanın bu tərəfində qalır.
Niyə?
Çünki artıq vərdiş edib.
Salam Qədirzadənin bir novellası var. Bir arabaçı ayda bir-iki dəfə dəyirmana dən daşıyır. Yolda arabanı saxlayıb stalovada yemək yeyib, yarım litr də üstündən vurur.
Bir gün arabaçı ölür. Arabanın yeni sahibi də onun kimi dəyirmana dən daşımalı olur. Gəlib yolda stalovaya çatanda eşşək dayanır. Arabaçı nə qədər vurursa, nə qədər əlləşirsə, heyvan yerindən tərpənmir ki, tərpənmir. Səs-küyə stalovaçı gəlib işin nə yerdə olduğunu biləndən sonra təzə arabaçıya deyir ki, bəs əbəs yerə heyvanı döysə də, getməyəcək.
— Niyə? – deyə arabaçı soruşur?
— Çünki eşşək vərdiş edib.
Və əhvalatı ona danışır.
Bəli, bu cəhətdən insanlar heyvanlardan da qat-qat inadkar və tərsdirlər. Həbsxanaların daimi sakinləri olan oğru və bankçapanlar türmədən çıxan kimi, hətta elə çıxdıqları birinci gün yenə oğurluq edib, dükan çapıb tutulurlar.
Çünki artıq vərdiş edibilər.
Dad-aman vərdiş əlindən. Bu, qadınların modaya aludəçiliyindən də qat-qat güclü bir hissdir. Mində bir adam da ondan yaxa qurtara bilmir.
Çünki vərdiş və onun nəticəsi olan hərəkət artıq insanın ətinə və qanına keçir. Nə qədər ağıllı adamlar tanıyıram ki, siqaret çəkdiyinə görə ağır xəstəliklərə düçar olsalar da, çəkməkdən əl çəkə bilmirlər.
Lakin vay onda ki, ölkə başçıları bu mərəzə tutulsunlar.
Səddam Hüseynə nə qədər desələr ki, günahsız adamları edam etməkdən əl çək, o isə daha artıq qəddar olub hətta doğma qızlarının sevimli gənc ərlərini belə, edam etdirdi.
Diktator ki, xüsusilə gəncliyindən yalan danışmağa, riyakarlığa başladı, ölənəcən əl çəkməyəcək.
Yalan, vərdiş halını alanda, artıq dayanmaq mümkün olmur. Hətta aldatmaq üçün heç kim olmasa, özü-özünü aldatmağa başlayır ki, mən hamıdan güclü və ağıllıyam.
Azərbaycan Milli Məclisində olduğu kimi, yazıq sədr hələ ağzını açıb təklif irəli sürməmiş, deputatlar barmaqlarını düyməyə basıb onu bəyəndiklərini bildirirlər. Niyə bəyənirlər, hələ məlum olmasa da.
Onlarda günah yoxdur, çünki artıq vərdiş ediblər.
Vərdiş xeyirxah, ədalətli işlərdə təbii ki, gözəldir, nəcib keyfiyyətdir. Lakin təəssüf ki, bütün dünyada bu cür müsbət vərdiş nadir hadisədir.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: