Təpəgöz və qoyunlar

Təpəgöz qoyunları qovub nəhəng bir mağaraya doldurmuş, mağaranın ağzına iri bir qaya parçası qoyub, gedib gəzir və ya uzanıb yatırdı.

O, bununla kifayətlənməyib qoca bir canavarı bu bir neçə milyonluq qoyun sürüsünə qatmışdı. Canavar qoyunlara qardaş olduğuna and içmiş, amma acından ölməməkçün təbii ki, hər gecə xəlvətə salıb birisini yeyər və dərisini geyərək qoyunlardan qətiyyən seçilməzdi.
Təpəgöz bir şeyi nəzərə almamışdı. Bu da ondan ibarət idi ki, onun mağaranın ağzına qoyduğu qaya parçasını qoyunlar əlbir olub, qeyrət göstərərək kənara ata bilərdilər, amma bu, ağıllarına gəlmirdi. Hansının da ağlına gəlirdisə, qətiyyən ona qulaq asmırdılar.
Nəhayət, tale onların üzünə güldü və çoxmilyonlu sürü yığışıb özlərinə vojak – yəni başçı seçmək qərarına gəldilər ki, o, bir çarə tapıb onları bu bəladan xilas etsin. Çünki hər gün Təpəgöz on qoyunu həzm-rabedən keçirirdi.
Uzun və gərgin müzakirələr. Müzakirələrdən sonra seçkilər keçirildi və bir neçə milyonluq qoyun sürüsü bir neçə milyon qoyun və qoçlardan birini deyil, elə məhz Təpəgözün adamı, hər gecə bir qoyunu kabab çəkib yeyən Canavarı özlərinə başçı və vojak seçdilər.
Böyük və qədim yunan şairi Homer yazır ki, bu seçimdən sonra Yabcazəran adasında həmin mağarada qoyunlar hələ də Təpəgözün əsiridirlər.
Amma hər gün bir neçəsinin dərisi soyulsa da, sayları qətiyyən azalmır, əksinə, getdikcə artır. Çünki qoyun ki var, çox məhsuldar heyvandır, nə qədər çox yeyilsələr, bir o qədər artımları böyük olur.

Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: