Ruhların söhbəti: 19. Stalin və Hitler

19. Stalin və Hitler

hitler-stalin

STALİN – Adolf, sən mənimçün ideal idin, amma nə boyda, qrandioznı planımı pozdun.
HİTLER – Hə, elədir. Mən dünyanı xilas elədim, amma sən generalisimus oldun.
STALİN – Çünki axmaq Ruzveltin və sərxoş Çörçillin və torpaq hərisi olan rusların sayəsində.
HİTLER – Amma sən axmaqların, mən isə ağıllıların kumiri oldum.
STALİN – Ona görə də sənin pərəstişkarların tək-tük, mənimki isə çox-çoxdur.
HİTLER – Niyə demirsən ki, sənin kitablarının üzünə baxan yoxdur, mənimki isə hələ də əldən-ələ gəzir.
STALİN – Adolf, bəs niyə belə?
HİTLER – Çünki səninkilər üzdə olan şirin yalanlarla doludur, mənimki isə acı həqiqətlərlə.
STALİN – Ay Adolf, axı həqiqət, yalan, bütün bunlar nisbi şeylər deyilmi?
HİTLER – Qətiyyən! Yalan odur ki, içi boşdur və buna görə də ağla heç nə vermir, həqiqət isə ən böyük müəllim kimi öyrədir və zənginləşdirir.
STALİN – Nə olsun ki… Sənin ardıcılını hər yerdə tuturlar, mənimsə hələ də heykəllərim, büstlərim qoyulur.
HİTLER – Çünki əslində dünya hələ də yəhudilərin əlində oyuncaqdır, xüsusilə ABŞ-da. Sənin 30-cu illərdə qırdığın yəhudilər bəlkə də, sayca mənimkilərin qırdıqlarından çox olar, amma onlar məni səndən qabağa saldılar. Deyə bilərsənmi niyə?
STALİN – Çünki son nəticədə sən onlara İsraili qazandırdın, mən isə Birobidcanı. Amma onlar Birobidcana yox, düşmən əhatəsində olan İsrailə köçdülər.
HİTLER – Əvvələn, vətən şirindir. İkincisi, onlar İsraildə azad, Biroda isə rusların qapazaltısıdırlar. Səncə, hansı yaxşıdır?
STALİN – Sən allah, müstəqillik sözünü işlətmə, qətiyyən xoşum gəlmir.
HİTLER – Çünki axmaq Marksın, xəstə Leninin ideyalarından başqa sənin beynində özünəməxsus heç nə yox idi.
STALİN – Ay ağılsız, mən dünyanı necə xoşbəxt edəcəkdim. Bütün bəşəriyyət kommunist olacaqdı, yer üzü kazarma və baraklarla dolu olacaq, milyardlarla insan zəng səsləriylə durub işə gedəcək, işdən qayıdacaq, bir mahnını oxuyacaqdılar. Dünyada qarnıtox kölədən xoşbəxt adam varmı?
HİTLER – Bax, bu sözün doğrudur.
STALİN – Bəs niyə mənim planlarıma, bəşəriyyətin xoşbəxtliyinə mane oldun?
HİTLER – Çünki öz xalqıma yazığım gəldi.
STALİN – Yazığın gəldi və qurban verdin?
HİTLER – Fiziki itkiləri bərpa etmək olur, mənəvi itkiləri isə yox.
STALİN – De görüm, xalq üçün beyin faydalıdır, ya ərazi?
HİTLER – Sən bilən, hansı?
STALİN – Mən səndən soruşuram, sən də məndən?
HİTLER – Əlbəttə, beyin.
STALİN – Niyə?
HİTLER – Çünki beyin firavanlıq gətirir, ərazi isə yox.
STALİN – Necə yəni?
HİTLER – Almaniyanın heç nəyi yoxdur, amma firavandır, Rusiyanın isə ucu-bucağı yoxdur və hər şeyi var, amma ac və bədbəxtdirlər.
STALİN – Niyə axı?
HİTLER – Çünki beyin yoxdur və olan-qalan da ancaq və ancaq yeni torpaqlar tutmaq xülyası ilə yaşayır. Bununçün də bütün var-yoxunu yeni silahlara verir və rahat olur.
STALİN – Günahın hamısı vodkadadır. İçirlər, olan-qalan ağıllarını da itirib heyvan səviyyəsinə düşürlər. Bilmirəm, bunların axırı necə olacaq?
HİTLER – Deyim?
STALİN – Hə, söylə.
HİTLER – Uzaq Şərq çinlilərin, Sibir də ayrıca dövlət olacaq, ruslara Uraldan bu yana Avropa Rusiyası qalacaq və tədricən onlar da avropalaşıb azad və firavan olacaqlar.
STALİN – Bəs Sibir?
HİTLER – Sibir də Rusiya dövləti adlanıb sosializmə qayıdacaq və sən də onların allahı olacaqsan.
STALİN – Ha, ha, ha… (gülür)

Əlisa Nicat, İyul, 2013.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: