Nitsşenin külliyyatından qızıl fraqmentlər

«ŞƏN ELM» əsərindən

Fridrix Nitsşe (8)

338-ci fraqment

İztirab əzmi və canı yananlar

O şey ki, bizi cani-dildən və dərindən-dərinə dərdə salır və bizə əzab verir, başqaları üçün demək olar ki, tamamilə əlçatmaz və anlaşılmazdır: elə bil bununla da biz, bizə ən yaxın, hətta bir qabdan yediyimiz adam üçün də naməlumuq.
… Xususi bir bədbəxtlik zərurəti mövcuddur ki, vahimələr, məhrumiyyət, ağır günlər, qayğılar, gecə macəraları, ümidsiz vəziyyətlər, uğursuzluqlar və onların tamam əksi olan vəziyyətlər mən və sən üçün onlar qədər zəruridir.
Ah, insan səadəti nədir təsəvvüründən nə qədər uzaqsız, siz ey toxlar və biganələr! Axı, xoşbəxtlik və bədbəxtlik bir-birinə sarmaşan qardaşlar və ya əkizlərdir.
Mən əla bilirəm: öz yolundan sapmaq üçün yüzlərlə mərifətli, mötəbər üsullar var, həqiqətən də ən yüksək əxlaqlı üsullar.
Özünçün yaşamaq imkanında olmaq üçün gizli yaşa!
Öz nəslin üçün ən vacib şeylərdən xəbərsizlikdə yaşa! Özünlə bugünki gün arasında ən azı yüz illik bir pərdə çək!
Və bugünün fəryadları və nalələri, hərbi marşlar və inqilablar sənin üçün qoy uzaq bir şırıltı olsun!

«İNSANİ, HƏDDƏN ARTIQ İNSANİ» əsərindən

5-ci fraqment

İztirab çəkənin pessimist olmağa qətiyyən haqqı yoxdur.

61-ci fraqment

Türkün fatalizmi

Türkün fatalizmi o köklü səhv üzərində qurulub ki, o insanı fatuma qarşı qoyur. Əslində isə hər bir insan öz taleyinin bir hissəciyinin təmsilçisidir. Ey bədbəxt qorxaq, sən özün o məğlubedilməz Moyra bacılarının təmsilçisən ki, allahlar üzərində də hökmranlıq edirdilər.

171-ci fraqment

Ortabablıq, – güclü ağlın kütlə üzərindəki üstünlüyünü ört-basdır edib gizlədə bilməsi üçün fövqəladə dərəcədə uğurlu bir maskadır.

173-cü fraqment

Ağıl nə qədər şən və əmin olarsa, insan bir o qədər bərkdən gülməyi yadırğayır. Bunun əvəzində onun dodaqlarında ağıllı həyatın saysız gizli həzzləri qabağında heyrət nişanəsi kimi daim bir təbəssüm oynayır.

194-cü fraqment

Yuxu… Yuxuda biz hədsiz dərəcədə yaradıcılıq enerjisi sərf edirik ki, gündüzlər düşünməyə və yaratmağa güc qalmır.

270-ci fraqment

Əgər hər hansı bir məlum məqamdasa insan özünü yaxşı hiss edirsə, buna baxmayaraq o, öz zehnində yaxın adamının bədbəxtliyini onun özünə də haçansa bədbəxtlik üz verəndə istifadə edə biləcəyi kapital kimi toplayır.

288-ci fraqment

Təmizlik

Uşaqda təmizliyi ehtiras dərəcəsinə gətirmək lazımdır; sonralar o, yeni çevrilmələr yolu ilə demək olar ki, hər cür covmərdlik dərəcəsinə yüksəlib, nəhayətdə növ-növ istedadı əvəz edəcək. Qüsursuzluq, mötədillik və xeyirxahlıq mənbəyi kimi ətrafındakılar üçün səadət daşıyıcısı olacaq.

340-cı fraqment

Bunu bil, nə qədər ki, səni tərifləyirlər, deməli, sən hələ öz yolunu tapmamısan, başqalarına sərf edən yoldasan.
«BÜTLƏRİN TORANLIĞI» əsərindən

4-cü fraqment

Mədəniyyət və dövlətin bir-birini aldatması əbəsdir. Onlar daim antaqonizm vəziyyətindədirlər.
Mədəniyyətin bütün çiçəklənmə mərhələləri həm də siyasi tənəzzüllər mərhələlərində baş verir.
Mədəniyyət mənasında bütün böyüklər, siyasi olmayıblar, zərərli, apolitiçno olublar.

6-cı fraqment

… Əvvələn, bizə ətrafımızı görməyi öyrətmək lazımdır; ikincisi, düşünməyi öyrətmək, üçüncüsü isə danışmağı və yazmağı öyrətmək lazımdır. İlk əvvəl qarşısı alınmış instinktlərin inkişaf etdirilməsi ağıl üçün məşq ola bilər, yəni zahiri qıcıqlanmaya dərhal reaksiya verməmək qabiliyyətini əldə etmək lazımdır, görməyi bacarmaq lazımdır. O mənada ki, necə ki, mən başa düşürəm və adi dildə də mənası eyni olub güc, iradə adlanır, əsas mahiyyəti də ondadır ki, istəməyin əksinə olaraq qərarı təxirə salmağı bacarmaq lazımdır. Kütlə adamları, az intelligentlər hər bir impulsun dalınca gedib ona müqavimət göstərmək iqtidarında olmurlar. Çox hallarda bu xüsusiyyət xəstəlik, tənəzzül əlaməti, tükənmə simptomu hesab olunur.
Görməyi bacarmaq praktikada o mənada nəzərə alınır ki, insan həyat vaqeələrinə münasibətdə ehtiyat və inamsızlıq nümayiş etdirir: hər cür yeniliyi və yabançılığı demək olar ki, düşməncəsinə bir sakitliklə qarşılayır və məsələyə qarışmaqdan çəkinir.

14-cü fraqment

Necə? Sən axtarırsan? Sən on dəfə, yüz dəfə çoxalmaq istəyirsən? Özünə ardıcıllar axtarırsan? Bu halda bil ki, sən yalnız sıfır əldə edə bilərsən.
74-cü fraqment

Darvin əleyhinə

Əgər mübarizə baş verirsə də, yalnız və yalnız hakimiyyət uğrunda mübarizə gedir.
… Güclü və imtiyazlı adamlar, xoşbəxt istisnalar təntənə çalmır! Növlər kamilləşmir: zəiflər çoxsaylı və ağıllı olduqları üçün daim güclülərə üstün gəlirlər. Darvin ruh məsələsini unudurdu (təmiz ingilis ənənəsində), zəiflərdə isə ruh məsələsi çox inkişaf edib. O kəs ağıllı olur, kim ki, ağlı özü üçün zəruri hesab edir.
Güc, ağıl haqqında qayğılanmır («ağıl nəyimizə lazımdır, – hazırda Almaniyada belə düşünürlər, – bizə imperiya da kifayət edir»).
Gördüyünüz kimi, mən ağıl deyəndə ehtiyatlılığı, səbri, hiyləgərliyi, riyakarlığı, özünü ələ almağı və mimicru adı altında nə məlumdursa, onları nəzərdə tuturam, – necə deyərlər, yaxşı adamların əksəriyyəti də bu qəbildəndir.

48-ci fraqment

Bərabərlik haqqında

Bəli, axı dünyada məhz bu təlim kimi zərərli ağı yoxdur! Ədaləti vəz etmək, əslində ədalətin məhvinə çalışmaqdır.

(ardı var)

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: